İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏr müƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ


əmr be məruf və nəhy əz münkərin növləri



Yüklə 0,83 Mb.
səhifə6/7
tarix24.12.2017
ölçüsü0,83 Mb.
#17862
1   2   3   4   5   6   7

əmr be məruf və nəhy əz münkərin növləri


Dediyimiz kimi, əmr be məruf və nəhy əz münkər iki hissəyə bölünür: Nəzəri və əməli. Bunların hər birisi özü-özlüyündə müstəqim və qeyri-müstəqim hissəyə ayrılır.

Siz qeyri-müstəqim yolla əmr be məruf və nəhy əz münkər etmək istəsəniz, ilk mərhələdə saleh, təqvalı, pəhrizkar və öz elminizə əməl edən müsəlman olmalısınız. əməlin təsir dairəsi başqa amillərdən olduqca genişdir. Söz əməl qədər təsir göstərə bilməz. Xalqın filosoflara deyil, Peyğəmbər və övliyalara itaət etməsi bizim iddiamızı aydın şəkildə sübut edir.

Çünki filosoflar cəmiyyətdə ancaq bir məktəb və ideologiya aşılayırlar. Otağın bir guşəsində oturaraq kitab yazıb cəmiyyətə təhvil verirlər. Amma peyğəmbərlər və övliyalar ideologiyaya əhəmiyyət verməklə yanaşı, tam qətiyyətlə öz dediklərinə əməl edirlər. Daha doğrusu, insan əvvəl əməl edib sonra danışarsa, sözünün təsiri neçə dəfə artar.

əli ibni əbi Talib əleyhissəlam buyurur:

Mən heç vaxt sizi özüm əməl etmədiyim bir şeyə dəvət etməmişəm və habelə kimsəni özüm tərk etmədiyim bir əməldən çəkindirməmişəm. özüm tərk edən kimi sizi də çəkindirərəm.

Xalqı dilinizlə deyil, əməlinizlə dinə dəvət edin. İnsan əməl edərsə, cəmiyyətdə olduqca artıq təsir bağışlaya bilər.

Müasir və məşhur filosof Janpalın bu mövzu ilə əlaqədar yeni bir sözü vardır. Bu sözün yeniliyi olmasa da, yeni bir ifadə ilə bəyan edilmişdir, o, deyir:

“Mən cəmiyyəti özüm gördüyüm işə dəvət edərəm,” O, düz deyir, siz öz əməlinizdə cəmiyyəti pisliyə, yaxud yaxşılığa dəvət edərsiniz. Şübhəsiz ki, sizin əməliniz öz ictimaiyyətinizdə bir növ sədaqət yaradacaqdır, bu inkar edilməz bir həqiqətdir. əslində biz cəmiyyəti öz gördüyümüz işə dəvət edirik. İnsan, xalqı özü çəkinmədiyi bir əməldən uzaqlaşdırmaq istəsə, onun fəaliyyəti nəticəsiz qalar. Mən sizə desəm, siz mənim əməlimə deyil, sözümə baxın! Bu iş mümkün olası deyil. Birinci dərəcədə əməl və sonra isə söz öz təsirini göstərir.

Hər bir islahatçı şəxs birinci dərəcədə özü saleh olmalıdır. özü sıravi əskərlərlə bərabər irəliləyən sərkərdə ilə, arxada dayanıb yalnız əmr edən sərkərdənin fərqi çoxdur. Peyğəmbər və övliya həmişə: “Biz getdik siz də ardımızca gəlin!”-deyə əmr edərmişlər.

Rəsuli-əkrəm (s) öz buyurduqlarına əməl etməsəydi islam ordusu bu qədər müvəffəqiyyət əldə edə bilməzdi. Xalqa: «Gecə namazı qılın!»-deyə əmr etsə də, özü hamıdan çox ibadət edərdi. İnfaq və fədakarlıqda da belə idi. O, özü birinci fədakar idi. Yəni əvvəl özü başlayar, sonra başqalarına əmr edərdi. O, «Cihadun fi səbilillah» deyə əmr etdikdə, özü və qohum-əqrəbası cəbhənin ön sırasında dayanırdılar. Təbiidir ki, Peyğəmbərin bu işi başqalarını da rəğbətləndirirdi. Onlar, Peyğəmbərin öz istəklilərini ölümə yolladığını və özünün hamıdan əvvəl silahlanıb düşmənin üzərinə hücum etdiyini və bu yolda ziyan görüb dişinin sınmasını müşahidə etdikdə, artıq onun həqiqət olduğuna inanırdılar.

Peyğəmbərin (s) Həmzeyi Seyyidüş-şühəda və əli əleyhissəlamdan istəkli adamı var idimi? O, Bədr davasında hamıdan əvvəl bu iki nəfəri meydana göndərdi. Həzrət əli (ə) Peyğəmbərin əmioğlusu və kürəkəni idi, o, Peyğəmbərin oğlu kimi idi. Çünki, əli (ə) Peyğəmbərin evində böyüyüb, boya-başa çatmışdı.

əvvəlcə istəkli əmisi Həmzə və əmioğlusu əbiübəydə ibni Harisi müharibə meydanına göndərdi.

Hüseyn ibni əli əleyhissəlamın əməli çox idi, yoxsa xütbəsi? əməllərinin miqdarı xütbələri ilə müqayisədə qat-qat çox idi. əməl olan yerdə sözə ehtiyac duyulmur. O, öz xütbəsində fəryad edərək buyurdu:

«öz qanını bizim yolumuzda axıdıb, şəhadət zirvəsinə yüksəlmək istəyənlər bizimlə gələ bilərlər, başqa məqsədləri olanlar qayıtsınlar. Canından keçməyənlər bizimlə gəlməsinlər. Bizim qafiləmiz candan keçənlərin qafiləsidir Görürsünüz ki, imam Hüseyn (ə)-ın ən istəkliləri candan keçənlərin qafiləsində idi. Hüseyn (ə) öz əzizlərini Mədinədə qoyub gəlsəydi, kimsə etiraz edərdimi? əlbəttə yox! İmam əgər öz əzizlərini Kərbəla səhnəsinə gətirməsəydi, onun qiyamı bu qədər mənəvi dəyərə malik ola bilməzdi. Hüseyn əleyhissəlam Allah yolunda öz qanına boyanıb şəhid oldu. O, öz var-yoxunu tamamilə bu yolda fəda etdi. İmam Hüseyn (ə)-ın əzizləri buraya zorla deyil, əqidə və iman üzrə gəlmişdilər. İmam bu səfərdə zərrəcə olsa ürəyində qorxu hissi olanları gətirməmişdi. Həmin səbəbə əsasən İmam əleyhissəlam onunla gələnləri yol uzunu iki-üç dəfə sınadı və imtahandan çıxmayanları qaytardı.

İmam Məkkə şəhərindən hərəkət edərkən:

“Canından keçməyə hazır olmayanlar qayıtsınlar”-deyə əmr etdi. Amma bəziləri elə təsəvvür edirdilər ki, bəlkə də imam Kufəyə mənfəət dalınca gedir, onlar: “Biz, qafilədən geri qalmamalıyıq” deyə, yola düşdülər. Çöl ərəblərinin bir hissəsi imam Hüseyn əleyhissəlama qoşuldular. İmam (ə) yol uzunu belə bir xütbə oxudu: Ey camaat! Bizim müvəffəq olub yüksək məqam vəzifələr əldə edəcəyimizə ümid edənlər səhv edirlər.” Bu xütbədən sonra çoxları qayıtdılar. İmam tez-tez ona qoşulan camaatı sınayırdı, Aşura gecəsi isə sonuncu sınaq həyata keçirildi. O gecə imamın bütün səhabələri sınaqdan çıxdı.

Nasixüt-təvarixin müəllifi səhv edərək yazır ki, Aşura gecəsi imam Hüseyn əleyhissəlam xütbə oxuyub öz məqsədini bildirdikdə, bir dəstə o Həzrəti tərk edib qaçdılar. Tarix kitablarının heç birisi bu mətləbi təsdiq etmir. Aşura gecəsi imamın səhabələrindən heç birisi o Həzrəti tərk etmədi. O gecəyə kimi imamla qalanlar bütün imtahanlardan çıxmışdılar.

əgər Aşura gecəsi imamın səhabələrindən bir nəfər də olsa belə düşmənə qoşulub özünü təhlükədən qurtarsaydı, bu İmamın məktəbinə böyük bir nöqsan hesab edilərdi. əksinə olaraq o gecə düşmən ordusundan ayrılaraq imama qoşulan da oldu. əgər Hüseyn ibni əli əleyhissəlam nə kimi təhlükələrlə qarşılaşacaqlarını bildirməsəydi, ola bilərdi ki, Kərbəla hadisəsindən sonra camaatın yarısı qayıdıb imamın əleyhinə təbliğat aparaydılar. Çünki heç vaxt cəbhədən qaçanlar-“mən qorxub qayıtdım”-deməz.

əksinə hər kəs öz xeyrinə olan yalançı bir məntiq uydurub özünə bəraət qazandırardı.

Hüseyn ibni əli əleyhissəlam ordu başçılığına namizəd olan Hürr ibni Yəzid Riyahini özünə doğru cəlb etdi. Qeyd etmək lazımdır ki, Hürr adi bir şəxs deyildi. Hamı bilir ki, düşmən ordusunda ömər Səddən sonra ikinci böyük şəxsiyyət Hürri idi. O, zirək və şücaətli bir kişi idi. Hüseyn ibni əli (ə) onu, özünə birinci qılınc çəkən şəxs olmasına baxmayaraq, əməli əmr be mərufla cəzb edib tövbə edənlərin cərgəsinə daxil etdi. Bu kişi, öz rəşadət və fədakarlığı ilə məşhur idi. O, min nəfər atlı ilə imamın qarşısını kəsməyə tapşırıq almışdı.

İmam əleyhissəlam onu kövrəltdi, ürəyinə həqiqət işığı saldı. O, ilk növbədə dünyapərəst bir adam idi, amma təbiətində olan paklıq onu imam Hüseynə doğru yönəltdi.

Amma, digər tərəfdən də o, hər bir insanın vücudunda olan fitrətə görə, öz-özünə “ölsəm, bir daha arvad-uşağımı görməyəcəyəm, mal-dövlətimi itirəcəyəm, mən öldükdən sonra bəlkə də düşmən var-yoxumu müsadirə edib uşaqlarıma heç nə verməyəcək və...”-deyirdi.

Belə bir vəziyyətdə insan iki yolun ayrıcında çaşıb qalar. Bir nəfər Hürrün titrədiyini gördükdə, ona müraciətlə: “Nə üçün titrəyirsən”-dedi. O, elə təsəvvür edirdi ki, Hürr qorxusundan titrəyir. Hürr: Sən mənim nə kimi vicdan əzabı çəkdiyimi bilmirsən. Mən özümü Behiştlə Cəhənnəm arasında sərgərdan görürəm, nəqd cəhənnəmi, yoxsa nisyə behişti seçmək üçün tərəddüddəyəm-dedi.

Hürr dərin iztirab keçirirdi, o, qəti qərara gələ bilməmişdi. Düşmən bilməsin deyə, özünü yavaşca kənara çəkib atını qamçılayaraq imam Hüseyn əleyhissəlamın xeymələrinə doğru getdi. O, imam Hüseyn əleyhissəlamın səhabələri onun həmlə edəcəyini təsəvvür etməsinlər deyə, təslim olmaq və aman istəmək nişanəsilə qalxanını tərsinə tutdu.

Onunla ilk rastlaşan imam Hüseyn əleyhissəlam idi. İmam xeymənin qapısında dayanmışdı. Hürr: əssəlamu ələykə ya əba əbdullah –deyə salam verdi. Sonra İmama müraciətlə:- “Mən günahkaram, mən bədbəxtəm, mən sizin yolunuzu bağlayan günahkaram...”-dedi.

O, əlini Allah dərgahına uzadıb dedi: “İlahi! Mən sənin övliyalarını qorxutmuşam, məni bağışla!”

Hürr İmama müraciət edərək: “Mənim günahlarımı qanımdan başqa heç bir şey yuya bilməz. Xahiş edirəm buyurasınız ki, mənim tövbəm qəbul olar yoxsa yox?”

Həzrət buyurdu: “əlbəttə ki, qəbul olar!”

Hürr sevinərək dedi: “Tövbəm qəbul olduğuna görə Allaha şükr edirəm, indi isə meydana gedib öz qanımı sizin yolunuzda axıtmaq üçün izn istəyirəm.”

İmam buyurdu: “Ey Hürr! Sən bizim qonağımızsan, atdan enib xeyməyə gəl ki, sənə qulluq edək!” Amma Hürr atdan enmədi, icazə alıb meydana getdi və əbədi səadətə qovuşdu.

Burada görürük ki, əməli əmr be məruf təbliğ və qiyamın dəyərini yüz dəfə artırır.

əmr be məruf və nəhy əz münkər İmamın qiyamını dəyərləndirdiyi kimi, imam Hüseynin qiyamı da əmr be məruf və nəhy əz münkəri dəyərləndirir. Görəsən bu nə deməkdir? Məgər Hüseyn ibni əli əleyhissəlam bir islami qanunun dəyərli, yaxud dəyərsiz olmasında təsir göstərə bilərmi?! Yox, heç də belə deyildir, biz demək istəmirik ki, islamda əmr be məruf və nəhy əz münkər qanunu müəyyən bir dəyərə malik idi, imam Hüseyn (ə) gəlib bu əslin dəyərini daha da çoxaltdı.

Bu iş imam və peyğəmbərin yox, ancaq Allahın işidir. Bu üsulları insanlar üçün göndərən Allah, onların dərəcə və dəyərini də təyin etmişdir. Hətta, peyğəmbər də bu kimi üsulları dəyişdirməyə qadir deyildir.

Dini elmlərdə məqami isbat və məqami sübut adlı iki müxtəlif termin vardır.

İzah: Məsələn, bir şəhərdə neçə nəfər ürək həkimi olsa, onların eyni səviyyəli və yaxud müxtəlif dərəcəli mütəxxəssis olmaları mümkündür. Xalq bunları bir-birindən necə ayırd etməlidir? Onları olduğu kimi tanımaq mümkündürmü? Bəzən camaat bu həkimləri bir-birindən ayırd edə bilərlər və bəzən də mümkündür ki, birinci dərəcəli həkimi ikinci dərəcəli kimi tanısınlar. Demək burada məqami-isbatla məqami-sübut bir-birindən fərqlidir.

Biz təsəvvür etdiyimiz «şey»-in mahiyyəti onun həqiqi mahiyyəti ilə fərqlənir. Həqiqət budur ki, imam Hüseyn (ə) əmr be məruf və nəhy əz münkərin dəyərini islamda yox, islam dünyasında artırdı. Çünki «şəyun fi nəfseh» məqamında bir şeyin dəyərini çoxaldıb-azaltmaq Hüseyn ibni əli (ə), Peyğəmbəri-əkrəm (s) və əli ibni əbu Talibin ixtiyarında deyil. Allah özü hər bir əsası müəyyən qədər dəyərləndirmişdir. Görəsən islami cəmiyyət, islami dəyərləri məqami sübut və məqami «şeyun fi nəfseh» təyin olunan kimi tanıyırmı? Xeyr! Çox vaxt bu məsələnin tam əksi olur, yəni cəmiyyətdə birinci dərəcədə əhəmiyyətə malik olan üsula əsla diqqət yetirilmir və əvəzində mənasız bir şey həddindən artıq dəyərləndirilir. əli (ə) buyurdu: «Məncə islam, xalq arasında tərs üzü geyilmiş bir kürk vəziyyətinə düşəcəkdir

Kürkün tərs üzü geyildiyi kimi, islamı da əksinə təbliğ edəcəklər. İnsan kürkün tərs üzünü geysə nəinki qızışmaz, üstəlik gülünc bir görkəmə də düşər.

Müsəlmanların nəzərincə əmr be məruf və nəhy əz münkərin dəyəri müxtəlifdir. Bu məsələni müsəlman alimlərinin nəzərincə izah edirik. Bu alimlər əmr be məruf və nəhy əz münkər qanununun mahiyyəti barəsində elmi mübahisələr aparmış və onun qiymətini müəyyənləşdirmişlər. Lakin qeyri-müstəqim mübahisələrdən də əmr be məruf və nəhy əz münkərin dəyərini anlamaq olar. Rəsuli-əkrəm buyurdu:

əgər insan islamda bir-biri ilə zidd olan iki mühüm işlə rastlaşarsa, onların daha əhəmiyyətlisinə əməl edib, başqasını tərk etməlidir.”

Məsələn: əgər siz qəsb olunmuş yerdə birisinin suya düşüb boğulmasını gördükdə nə etməlisiniz? İcazəsiz başqasının torpağına daxil olmaqla suda boğulanı xilas etmək olarmı? Birinci iş haram, ikincisi isə vacibdir. Nə etməli? Qəsb olunan yerə daxil olub boğulan şəxsi xilas etməli və ya öz yerimizdə dayanıb qəsbi yerə ayaq qoymamalı və bir insanın suda qərq olmasına laqeyd halda baxmalıyıqmı? Burada hər iki mövzuya hörmətlə yanaşmalıyıq: İbni əsir bir hədisin haqqında belə deyir:

əgər bir məsələ xalqın xeyrinə və bir nəfərin zərərinə olsa, xalqın xeyrini bir nəfərin zərərindən üstün tutmalıyıq.

İbni əsirin dediyi söz, böyük məsləhətin kiçik məsləhətə üstün gəlməsinin bir nümunəsidir və bu hədisi ancaq bir mövzuya həsr etmək olmaz.

1-özgənin malının hörmətini saxlamalıyıq;

2-Nəfs və canın hörməti həmişə malın hörmətindən üstündür, demək malı cana fəda etməliyik, belə bir vəziyyətdə qəsbi yerə daxil olmağımız nəinki günah sayılmır, üstəlik Allahın əmrini yerinə yetirdiyimizə görə savab da hesab edilir.

əmr be məruf və nəhy əz münkər barəsində yaranan sual budur ki, bu iki vəzifənin hədd-hüdudu hara kimidir? əmr be məruf və nəhy əz münkər etmək istəyən şəxs hara kimi irəliləməlidir? Heç bir təhlükə qarşısında olmadığımız halda tənbəllik etməyərək ilahi vəzifəni yerinə yetirməliyik. İnsan əmr be məruf və nəhy əz münkər edərsə malına zərər dəyəcəyini, həyatını itirəcəyini, öz ailəsinin ölüb və ya əsir olacağını yəqin bilsə nə etməlidir? Belə bir vəziyyətdə: “Canımız, malımız, abrımız, heysiyyətimiz təhlükədədir”-deyə bu ilahi vəzifədən boyun qaçıra bilərikmi? İslam, möminin abır və canına son dərəcə əhəmiyyət verir, siz bədəninizi heç bir səbəb olmadan azacıq cızmağa belə haqlı deyilsiniz, qalmışdı ki, canınızı təhlükəyə salasınız. Şübhə yoxdur ki, insan öz canını təhlükəyə salmamalıdır.

Quran buyurur:

öz əlinizlə özünüzü təhlükəyə atmayın.”

Çoxlu borcunuz olsa, yaxud öz eşqinizdə müvəffəq olmasanız da özünüzü damdan yerə atmağınız düzgün deyildir. Quran sui-qəsd barəsində açıq-aşkar buyurur:

Qəsdən özünü və ya başqasını öldürən şəxsin cəzası cəhənnəmdir, o, həmişəlik cəhənnəmdə qalmalıdır.”

öz canlarının ixtiyar sahibi olduğunu təsəvvür edənlər yanılırlar. əlinizdə olan mal təkcə sizin özünüzün deyildir, ilk mərhələdə cəmiyyətin, sonra isə sizindir. Siz ondan istifadə etməkdə azadsınız, amma israfdan çəkinməlisiniz. Siz deyə bilməzsiniz ki, öz malımdır, könlüm istədiyini edərəm, israf edib çölə tökərəm. Könlüm istəsə paltarımı cırar, meyvəni də xarab edib çölə tökərəm və... xeyr! İslam heç kəsə belə bir haqqı vermir. Mal, can, abır, hamısı möhtərəmdir.

Məgər ictimaiyyətdə özünüzün töhmətlənməyinizə və hörmətdən düşməyinizə sbəb olan bir iş görə bilərsinizmi?

əlbəttə bizim məqsədimiz bu mövzuların üzərində mübahisə aparmaq deyildir. Söz burasındadır ki, görəsən insan əmr be məruf və nəhy əz münkər uğrunda öz can, mal və varından keçə bilərmi?

Peyğəmbər (s) buyurmuşdur:

Bir-birilə zidd olan iki dəyərli mövzu ilə rastlaşdıqda naçar olaraq kiçiyi böyüyə fəda etməliyik.”

Bəzi islam alimlərinin nəzərincə insan özünə bir zərər yetişəcəyindən qorxmayınca əmr be məruf və nəhy əz münkər edə bilər, amma ciddi bir təhlükə ehtimal verildikdə bu fikirdən daşınmalıdır.

Bəziləri isə deyirlər ki, əmr be məruf və nəhy əz münkər bu mövzulardan daha mühümdür. Biz hər şeydən əvvəl əmr və nəhy etdiyimiz məsələlər haqda düşünməli onların əhəmiyyətini öyrənməliyik. Məsələn, küçəni zibilləyən şəxsi bu işdən çəkindirdikdə nalayiq sözlər eşidəcəyimizi ehtimal etsək, öz fikrimizdən daşınmalıyıq.

Bəzən, əmr və nəhy etdiyimiz məsələnin əhəmiyyəti can, mal, abır və heysiyyətdən qat-qat çoxdur. Məsələn, Quranın təhlükəyə düşməsini müşahidə etdikdə, vaxtı itirmədən əmr be məruf və nəhy əz münkər etməliyik. Quran aşkar şəkildə buyurur: «Peyğəmbərlərin məqsədi bəşər ictimaiyyətində ədalət yaratmaqdır

Quran yenə də buyurur:

“And olsun ki, biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə [möcüzələrlə] göndərdik. Biz onlarla birlikdə [Allahın hökmlərini bildirən səmavi] kitab və ədalət tərəzisi [şəriət] nazil etdik ki, insanlar [bir-biri ilə] ədalətlə rəftar etsinlər.”

Rəsuli-əkrəm buyurdu:

Zülm və sitəm əsasında bərpa olunan ictimaiyyətlərin heç birisi artıq yaşamayacaqdır.”

İslam, müsəlmanların birliyinə olduqca əhəmiyyət verir. Allah-təala Quranda buyurur:

Hamınız bir yerdə Allahın ipindən [dinindən] möhkəm yapışın və bir-birinizdən ayrılmayın.”

Düşmən cürbəcür hiylə və planlarla müsəlmanların arasında təfriqə salmağa çalışır. Belə vəziyyətdə, canım, abrım təhlükədədir, ictimaiyyət bunu bəyənmir deyərək, əmr be məruf və nəhy əz münkərdən boyun qaçırmalıyıqmı?!!!

Yox, heç də belə deyildir, əmr be məruf və nəhy əz münkərin həddi-hüdudu yoxdur. İslamın hökmləri təhlükə ilə rastlaşdıqda, bütün varlığımız (can, mal, abır, heysiyyət və s...) bahasına qutaracağını yəqin bilsək də belə, tam rəşadətlə ayağa qalxıb əmr be məruf və nəhy əz münkər etməliyik. İmam Hüseyn (ə) sübut edir ki, əmr be məruf və nəhy əz münkəri yerinə yetirmək üçün öz can, mal, sərvət və əzizlərimizi əsirgəməməli və bu yolda bütün məlamətlərə dözməliyik. Görəsən dünyada Hüseyn ibni əli (ə) kimi əmr be məruf və nəhy əz münkər məsələsinə əhəmiyyət verən bir şəxs tapılarmı?

İmam öz qiyamını başlayarkən kimsə onu təsdiq etmədi.

Çünki, onlar elə təsəvvür edirdilər ki, İmam məqam üçün qiyam edir və bunun nəticəsi yaxşı olmayacaqdır. İmam (ə) onların birinin cavabında buyurdu:

«La yəxfa ələyyəl əmr»

Yəni, sən dediyini mən özüm də bilirəm. Hüseyn (ə)-ın nəzərincə, əmr be məruf və nəhy əz münkər o qədər əhəmiyyətlidir ki, onun yolunda candan keçmək də olar. əmr be məruf və nəhy əz münkər imam Hüseyn (ə)-ın qiyamını, İmamın qiyamı da əmr be məruf və nəhy əz münkəri dəyərləndirdi.

əmr be məruf və nəhy əz münkərin həddi-hüdudu yoxdur. Amma bəzi xəsarətlərlə rastlaşdıqda əmr və nəhy etməkdən çəkinməliyik. Mümkündür ki, insan bir tərəfdən islama xidmət etmək məqsədilə əmr be məruf və nəhy əz münkər etsin, amma eyni halda həmin işin nəticəsində xidmətindən neçə dəfə artıq islama xəsarət yetirsin. Belə olarsa, insan əmr be məruf və nəhy əz münkər etməməlidir.

Bir çox insanlar var ki, nəhy əz münkər etmələri heç nəticə vermir, üstəlik nəhy etdikləri şəxsin könlündə islama qarşı nifrət hissi də oyadırlar.

Hüseyn ibni əli (ə) öz qiyamının səbəblərindən birinin əmr be məruf və nəhy əz münkər olduğunu bəyan etmişdir.

Müaviyənin zamanında İmamın davranışından onun mühüm bir qiyam üçün hazırlıq gördüyünü seçmək olardı. Bəzi rəvayətlərə əsasən, İmam, minada Peyğəmbərin səhabələrini bir yerə toplayar, danışar, həqiqəti onlara açıqlayar və ictimaiyyətin vəziyyətini əks etdirərmiş. O Həzrət buyurdu: “Bu vəzifə (əmr be məruf və nəhy əz münkər) sizin üzərinizə düşmüşdür.” Bu macəra “Töhəfül-üqul” adlı kitabda geniş surətdə nəql olunmuşdur.

Hüseyn (ə), Müaviyənin ömrünün son günlərində ona göndərdiyi bir məktubda belə yazırdı: “Ey Müaviyə ibni əbi Süfyan, Allaha and olsun! Mən Allah dərgahında təqsirkar olduğumdan qorxduğuma görə sənə qarşı mübarizə aparmıram.”

İmam bu məktubla Müaviyəyə bildirmək istəyir ki, mənim sakit oturub dinməməyim, mübarizə fikrində olmamağım mənasında deyil, əksinə mən mübarizə üçün münasib bir fürsət axtarıram.

İmam Məkkdən çıxdığı gün Məhəmməd ibni Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə öz qiyamının səbəbini belə bəyan etdi:

Həqiqətən mən, şər yaratmaq, fitnə-fəsad törətmək, zülm və xoşgüzəranlıq üçün deyil, cəddimin ümmətini islah etmək, əmr be məruf və nəhy əz münkər etmək üçün çıxmışam.”

İmam Hüseyn yol uzunu bir neçə dəfə əmr be məruf və nəhy əz münkər məsələsindən söhbət açmış, amma bir dəfə də olsun belə beyət, ya dəvət sözünü dilinə gətirməmişdir. Maraqlıdır ki, İmam yol uzunu qorxunc və məyusedici xəbərlər eşidərkən, əhval-ruhiyyəsi zəifləməmiş, üstəlik əvvəlkindən daha kəskin xütbələr oxumağa davam etmişdir. İmam əleyhissəlam Müslümün şəhadət xəbərini eşitdikdə məşhur bir xütbə oxumağa başladı:

«İnnəd-dünya qəd təğəyyərət tənəkkərət ədbərə mərufəha vəstəmərrət hiza»

Sonra buyurdu:



«əla təraovnə ənnəl həqqə la yuməlu bihi və ənnəl batilə la yətənahi ənhu liyərğəbəl mominu fi liqaillahi məhqa»

“Məgər görmürsünüz ki, haqqa əməl olunmur, ilahi qanunlar isə tapdalanır? Bir belə fəsadın yayılmasını və kimsənin [günahkarları gördükləri işlərdən] çəkindirməməyini görmürsünüz? Belə bir vəziyyətdə möminlər, Allaha qovuşmalarını nəzərə alaraq öz canlarından keçməlidirlər.”

Burada görürük ki, imam Hüseyn (ə) bu işi ancaq özünə deyil, eləcə də bütün möminlərə borc bilmişdir. İndi isə əmr be məruf və nəhy əz münkər məsələsinin nə qədər əhəmiyyətli olduğunu başa düşürük. İmam yol uzunu bəyan etdiyi başqa bir xütbədə o dövrün vəziyyətini belə açıqlayır:

«İnni la ərəl movtə illa səadətən vəl həyatə məz-zaliminə illa bərma»

“Ey camaat! Mən belə bir vəziyyətdə ölümü səadət və şəhadətdən başqa bir şey bilmirəm. Mən bu vəziyyətdə ölümü haqq yolunda şəhid olmaq, sitəmkar və zalımlarla yaşamağı alçaqlıq bilirəm. Mən sitəmkarlarla saziş edən deyiləm.” İmam İraq sərhəddinə yetişərkən Hürr ibni Yəzidi Riyahın ordusu ilə rastlaşdı, o, min atlı ilə İmamı qarşısını kəsmək və o həzrəti Kufəyə aparmaq haqqında göstəriş almışdı. Demək olar ki, təqribən bütün ümidlər üzülmüşdü. İmam bu həssas mövqedə Rəsuli-əkrəmin əmr be məruf və nəhy əz münkərə aid hədislərindən bir nümunəsini bəyan etdi:

Ey camaat, hər kim Allahın qanunlarını dəyişdirən, halalı haram və haramı isə halal edən, beytül-malı öz könlü istədiyi kimi xərcləyən, ilahi hüdudları aşan və müsəlmanların qanını axıdan bir hökuməti görüb sakit otursa, Allah onları zalımların məskəni olan Cəhənnəmə aparar.”

Bu ilahi bir qanundur, həqiqətən, Allah bu işi görəcəkdir. Sonra o Həzrət buyurdu:

Bu gün hökumət edənlər (Ali-üməyyə) də:-belədirlər. Onlar halalları haram və haramları isə halal etdilər, ilahi hədləri aşıb müsəlmanların beytlü-malını öz şəxsi malları kimi xərclədilər. Bu vəziyyəti müşahidə edib heç bir söz demədən sakit oturan şəxs onlardan (zalımlardan) sayılır.”

İmam öz sözünə davam edərək: Mən, cəddimin əmrlərini yerinə yetirmək üçün başqalarından daha ləyaqətliyəm.”

Biz imam Hüseyn əleyhissəlamın xüsusiyyətləri ilə tanış olduq. Həqiqətən onun adı tarix boyu yaşamalıdır. Çünki o, ancaq özünü yox, cəmiyyətini düşünürdü. O, özünü bəşəri müqəddəsliklərə, tövhidə və ədalətə fəda etdi. Elə buna görədir ki, xalq hamılıqla onu sevir. Biz, mənəm-mənəmlikdən uzaq, sədaqətli və insani duyğulara malik olan bir şəxsi ürəkdən sevər və onu özümüzdən bilərik...

İmam İraq sərhəddində Hürr ordusu ilə rastlaşdı. Onlar imam Hüseyn əleyhissəlamı Kufəyə aparıb həbsxanada öz nəzarətləri altında saxlamaq istəyirdilər. İmam (ə) onlara boyun əyməyib bu işdən imtina edərək buyurdu:

Heç vaxt gəlmərəm.” Nəhayət onlar bir sıra danışıqlardan sonra belə qərara gəldilər ki, İmam nə Kufəyə, nə də Mədinəyə bəlkə Kərbəlaya getsin.

Məhərrəm ayının ikinci günü İmam (ə) öz səhabələri və əhli-əyalı ilə birlikdə Kərbəlaya daxil olub xeymələri qurmağa başladı. Onların qarşısında da düşmən ordusu çadır qurdu. Düşmən daimən get-gəl etməkdə idi. Məhərrəm ayının 6-a qədər düşmənin sayı otuz minə çatdı. Ziyadın oğlu Səd öz oğlunu ordu başçılığına təyin etmək qərarına gəlmişdi.

Səd həzrət əli (ə)-ın zamanında müxalifətə çəkildiyinə görə şiələrin nəzərində müsbət bir şəxsiyyət olmasa da, Peyğəmbər dövründəki müharibələrdə iştirak edib özünə şöhrət qazana bilmişdi. Həmin səbəbə əsasən, İbni Ziyad ömər Sədi ordu başçılığına təyin etməklə, imam Hüseyn (ə)-ın əleyhinə apardığı müharibəni islamın ilk dövründəki müharibələr kimi qələmə vermək istəyirdi.

Sədin oğlu təqribən qanacaqlı bir insan idi və heç vəchlə bu məsuliyyəti qəbul etmək istəmirdi. O, İbni Ziyada çox yalvarıb: “Məni bu işdən azad et!”-dedi.

İbni Ziyad bir hökmə əsasən Rey, Tehran, Qurqan və Gilanatın hökumətini onun öhdəsinə qoymuşdu. İbni Ziyad ömər Sədin zəif damarından istifadə edərək dedi: “Mənim hökumətimi özümə qaytar və könlün istədiyin yerə get.” Məqam və vəzifəyə uyan İbni Səd: “İzn ver, bir müddət fikirləşim,” dedi. O, gedib öz qohum-əqrəbaları və dost-tanışları ilə məsləhətləşdi. Onlar hamısı İbni Sədi bu işdən çəkindirdilər. Lakin tamahkarlıq İbni Sədin gözünü tutmuşdu və onu fikirləşməyə qoymurdu. İbni Səd nə birinci işdən keçə bilir, nə də ikinci işlə razılaşa bilirdi. Elə buna görə də sülh bərqərar etməklə əlini imam Hüseyn (ə)-ın qanına batırmamağa olduqca cəhd göstərirdi. Təbərinin yazdığına əsasən, İbni Səd üç dəfə imam Hüseyn (ə)-la müzakirə etdi. Bu müzakirələrdə ancaq onlar ikisi iştirak etdiyinə görə, onun mətnindən İbni Sədin özü və imamlar nəql etdiyindən savayı düzgün bir xəbər əldə yoxdur. İbni Səd sülhə zəmin yaratmaq üçün bacardıqca cəhd göstərdi, bəzən də öz məqsədinə (sülhə) çatmaq üçün özündən yalanlar uydurub söyləyirdi. Ubeydullah ibni Ziyad ibni Sədin son məktubunu oxuyub fikrə daldı və öz-özünə: “Bəlkə də bu qəziyyəni sülh yolu ilə həll etmək oldu”-dedi. Amma necə deyərlər Ubeydullah ibni Ziyadın başına toplaşan, aşdan isti kasaların birisi (Şimr ibni Zilcovşən) ayağa qalxıb belə dedi: “Ey əmir, o, səhv edir, bu gün artıq Hüseyn (ə) sənin əlində giriftardır. O, bizim əlimizdən xilas olsa, vəziyyət daha da gərginləşər. Çünki burada onun tərəfdarları və atasının şiələri az deyildir. Üstəlik haradan məlumdur ki, dünyanın müxtəlif məntəqələrində yaşayan şiələr, bir yerə toplaşıb onu himayə etməsinlər, onda sən daha Hüseyn (ə)-ın öhdəsindən gələ bilməzsən. Ubeydullah yuxudan hövlənak ayılmışlar kimi:

“Doğru deyirsən”-dedi:

O, qəzəbli bir ifadə ilə ömər Sədə işarə edərək: “Az qala bu kişi bizi qafil etmişdi”-dedi və dərhal ömər Sədə belə bir məktub yazıb göndərdi: “Bizə ağsaqqallıq edib öyüd-nəsihət yazmağın üçün səni oraya göndərməmişik, sən bir məmur olduğuna görə inzibatçı da olmalısan, ancaq mən əmr etdiklərimi yerinə yetirməlisən, istəmirsənsə bu vəzifədən kənara çəkil, biz onu başqasının öhdəsinə qoyarıq.” Ubeydullah bu məktubu ömər Sədə çatdırmaq üçün Şimr ibni Zilcovşənə verdi. Bundan əlavə Şimrin özünə də məhrəmanə bir kağız yazdı ki: “əgər ömər Səd Hüseyn (ə)-la müharibə etməkdən çəkinərsə, onun boynunu vurub başını mənə göndər və bu hökmə əsasən ordunun başçılığını öz öhdənə götür.

Tasua günü günortaüstü Şimr ibni Zilcovşən Kərbəlaya çatıb məktubu ömər Sədə verdi. Tasua Peyğəmbərin əhli-beyti üçün çox ağır və qəmli bir gün idi. İmam Sadiq (ə) buyurmuşdur:


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə