İmpuls siqnalları parametrləri. Məntiq səviyyələri. Məntiq qanunları və aksiomları



Yüklə 6,23 Mb.
səhifə2/15
tarix19.01.2023
ölçüsü6,23 Mb.
#98803
1   2   3   4   5   6   7   8   9   ...   15
Reqemli elektronika elektron muhazirələr

§ Məntiq qanunları və aksiomları.
İkilik məntiqdə hər bir dəyişənin ala biləcəyi qiymət ya “0” ya da “1” – dir. Yəni istənilən dəyişən və onun funksiyasının ala biləcəyi 2 qiymət vardır. Bu məntiqdə aşağıdakı aksiomlar qeyd oluna bilər:
1.   olarsa, onun inversi   olar.
  olarsa, onun inversi   olar.
Buna əsaslanaraq demək olar ki, verilmiş qiymətin tək sayda inversi onun bir inversinə, cüt sayda inversi isə onun özünə bərabərdir ( .
2.  
3.  
4.   (məntiqi toplama)
5.   (məntiqi vurma)
6.  
7.  
8.  
9.  
10.   Pirs əlaməti De –Morqan qanunları
11.   Şeffer əlaməti

§3 Rəqəmli inteqral mikrosxemlərin məntiq elementləri


Məntiq emelementləri məntiq funksiyalarını reallaşdırmaq üçün istifadə olunur. Məntiq funksiyaları isə hər hansı bir qurğunu, sistemi idarə etmək üçün yazılmış məntiq qanunlarından ibarətdir.
Məntiq elementləri 2 qrupa bölünür:
1. Sadə məntiq elementləri
2. Mürəkkəb məntiq elementləri
Sadə məntiq elementlərinə aşağıdakılar daxildir:
NOT ( yox ), YES ( bufer təkrarlayıcısı ), AND ( və ), OR ( və ya )
Mürəkkəb məntiq elementlərinə isə aşağıdakılar daxildir:
NOR ( və ya – yox ), NAND ( və - yox ), XOR ( exclusive(istisna) – OR ), XNOR (exclusive(istisna) – OR – NOT ), AND – OR – NOT ( və - və ya – yox ).
1. NOT (YOX) məntiq elementi.
NOT məntiq elementi bir girişə və bir çıxışa malikdir. Giriş siqnalı üzərində inversləmə əməliyyatını yerinə yetirir, yəni çıxış girişin inversinə bərabərdir.
Beynəlxalq standartda və komputerdə elementin işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:


Elementin doğruluq cədvəli isə aşağıdakı kimidir:

Aşağıdakı sxemə nəzər salaq:
Ə gər   olarsa, bu halda açar açıqdır, buna görə də çıxış dövrəsinin potensialı qida gərginliyinə bərabərdir:

T ranzistorun açar sxemi də NOT məntiq elementinin funksiyasını yerinə yetirə bilər:



NOT məntiq elementinin zaman diaqramı isə qrafikdə əks oldunduğu kimidir.


Texnikada çıxma əməliyyatını yerinə yetirmək üçün çıxılanın əks qiymətini toplama əməli kimi yerinə yetirmək lazımdır. Bunu NOT məntiq əməliyyatının köməyilə etmək olar. Çıxma əməliyyatını yerinə yetirmək üçün çıxılanın əvvəlcə əks kodu daha sonra isə əlavə kodu alınmalıdır. Məsələn,   eyniliyində bunu yoxlayaq.
4 rəqəminin ikilik kodlarda düz kodu   kimidir. Əks kodu almaq üçün hər bir səviyyəni NOT elementinə uyğun olaraq inversləmək lazımdır:

Beləliklə, alınan əks kod -   kimi olacaqdır. Əlavə kodu almaq üçün isə əks kodun üzərinə 1 əlavə olunur:



Əlavə kodu aldıqdan sonra onu verilmiş rəqəmin ikilik kodu ilə toplama əməlinə uyğun toplamaq lazımdır.
2. YES (bufer- təkrarlayıcı) məntiq elementi.
YES məntiq elementi bir girişə və bir çıxışa malik olub, çıxış siqnalı giriş siqnalını təkrarlayır. Elementin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:

Elementin doğruluq cədvəli isə aşağıdakı kimidir:

YES məntiq elementləri 2 variantda hazırlanır:


1. İdarə olunmayan buferlər – bu elementlər ünvan şinlərində - ÜŞ(AB) və idarə şinlərində - İŞ(CB) istifadə olunurlar.
2 . İdarı olunan buferlər – bu elementlər isə verilənlər şinində - VŞ(DB) istifadə olunurlar və işarələri aşağıdakı kimidir:


YES məntiq elementinin elektronikasına baxsaq onun emitter təkrarlayıcısından ibarət olduğunu görərik.




YES məntiq elementinin zaman diaqramı isə qrafikdə əks olunduğu kimidir.


3. OR (VƏ YA) məntiq elementi.


OR məntiq elementi ən az 2 girişə malik olub giriş siqnalları üzərində məntiqi toplama (dizyunksiya, üst – üstə düşmə, giriş siqnalının aşağı səviyyəsinə görə sinxronlaşdırma) əməliyyatını yerinə yetirir. Elementin Beynəlxalq standartda və komputer işarəsi uyöun olaraq a) və b) variantlarında olduğu kimidir:


Elementin doğruluq cədvəli isə aşağıdakı kimidir:

OR məntiq elementində artıq qalan girişlər ya öz aralarında biri digəri ilə birləşdirilir, ya da onlara “0” potensialı verilir.





OR məntiq elementinin funksiyasını şəkildə göstərilmiş diod sxemi yerinə yetirə bilər.

Əgər elementlərdə   işarəsi olarsa belə inteqral mikrosxemlər 3 vəziyyətli, ⍚ işarəsi olarsa belə inteqaral mikrosxemlər açıq kollektorlu inteqral mikrosxemlər adlanır.
Elementin zaman diaqramı qrafikdə əks oldunduğu kimidir. OR məntiq elementinin zaman diaqramında “0” siqnallarının üst – üstə düşdükləri hallarda sinxronlaşdırma əməliyyatı yerinə yetirilmiş olur.


Yüklə 6,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə