İmpuls siqnalları parametrləri. Məntiq səviyyələri. Məntiq qanunları və aksiomları



Yüklə 6,23 Mb.
səhifə3/15
tarix19.01.2023
ölçüsü6,23 Mb.
#98803
1   2   3   4   5   6   7   8   9   ...   15
Reqemli elektronika elektron muhazirələr

4. AND (VƏ) məntiq elementi.
AND məntiq elementi ən azı 2 girişə malik olub giriş siqnalları üzərində məntiqi vurma (konyuksiya, üst – üstə düşmə, giriş siqnallarının yüksək səviyyəsinə görə sinxronlaşdırma) əməliyyatını yerinə yetirir. Elementin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:

Elementin doğruluq cədvəli isə aşağıdakı kimidir:



P raktiki sxemlərdə AND elementinin artlq qalan girişləri ya öz aralarında qısa qapadılır, ya da onlar məntiqi “1” səviyyəsinə birləşdirilir.


Diodlar əsasında qurulmuş bu sxem AND məntiq elementinin funksiyasını yerinə yetirir. Şəkildən də göründüyü kimi diodların bu funksiyanı yerinə yetirmələri üçün onlar dövrəyə əks qoşulmuşdur.

Ç oxemitterli tranzistor əsasında qurulmuş aşağıdakı sxem də AND məntiq elementinin funksiyasını yerinə yetirə bilər:
K – MOS texnologiyalarında məntiqi “1” – i artıq qalan girişlərə birbaşa qida mənbəyindən vermək olar. Əgər mikrosxem TTL texnologiyasındadırsa, onda artıq qalan girişlər qida dövrəsinə 1kOm – luq müqavimətlə qoşulur. Bir neçə giriş artıq qalarsa onların hamısı 1kOm – luq müqavimətlə qida dövrəsinə qoşula bilər.
AND məntiq elementinin zaman diaqramı isə qrafikdə əks olunduğu kimidir.

Mürəkkəb məntiq elementləri 2 və daha artıq məntiq funksiyasını yerinə yetirməklə qurğularda işlədilən elementlərin sayını və elementlərarası birləşmələrin sayını azaltmağa, beləliklə daha etibarlı və qiyməti daga ucuz olan qurğular layihələndirməyə imkan verir.


4....1. NAND (VƏ – YOX) məntiq elementi.
N AND məntiq elementi ən az 2 girişə malik olub giriş siqnalları üzərində məntiqi vurma və inversləmə əməliyyatlarını yerinə yetirir. Bu elementlər giriş siqnalının yüksək səviyyəsinə görə sinxronlaşdırma elementləridir. Elementin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:


E lementin doğruluq cədvəli isə aşağıdakı kimidir:
NAND məntiq elementinin aşağıdakı sxeminə nəzər salaq:

B u sxem NAND məntiq elementinin funksiyasını yerinə yetirir. Bundan başqa NAND elementinin DTL və TTL texnologiyalarında qurulmuş aşağıdakı sxemləri də mövcuddur:



N AND elementinin unipolyar tranzistorlarda qurulmuş sxemi isə şəkildə əks olunduğu kimidir.


Sxemin çatışmayan cəhəti hər iki girişdə yüksək səviyyəli siqnal olduqda dövrədən yüksək cərəyanın axmasıdır. Bunun da qarşısını almaq üçün komplementar sxemlərdən istifadə olunur.


NAND məntiq elementinin zaman diaqramı isə qrafikdə əks olunduğu kimidir.




Yüklə 6,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə