+Imtahan testi


Texniki təmiz dəmirin bir neçə kristallik struktura malik olması necə adlanır?



Yüklə 0,54 Mb.
səhifə2/5
tarix02.01.2018
ölçüsü0,54 Mb.
#19454
1   2   3   4   5

81. Texniki təmiz dəmirin bir neçə kristallik struktura malik olması necə adlanır?

A) polimorf,

B) amorf,

C) plazma,

D) monokristall,

E) polikristall,



82. Mexaniki qarışıq və bərk məhluldan hansının tərkibinin dəyişməsi zamanı materialların xassələri əyrixət üzrə dəyişir?

A) bərk məhlul,

B) hər ikisi,

C) heç biri,

D) mexaniki qarışıq,

E) kiçik temperaturda mexaniki qarışıq,



83. Dəmirin neçə allotropik halı var?

A) 2,


B) 1,

C) 2,


D) 4,

E) 5,


84. Maqnit cevrilmələri baş verən temperatur necə adlanır?

A) Küri temperaturu,

B) sinqulyar nöqtə,

C) qaynama temperaturu,

D) ərimə temperaturu,

E) kutnakov nöqtəsi,



85. Karbonun  - da bərk məhlulu necə adlanır?

A) austenit,

B) perlit,

C) ledeburit,

D) sementit,

E) ferrit,



86. 911°C - 1392°C temperatur intervalında dəmirin hansı allotropik forması daha dayanıqlıdır?

A) ,

B) ,

C) ,

D) heç biri,

E) hər üçü,



87. Dəmirin ərimə temperaturunu göstərin.

A) 1539 °C,

B) 1200°C,

C) 911°C,

D) 1392°C,

E) 1670°C,



88. Hansı temperaturda α-Fe → γ-Fe polimorf çevrilməsinə məruz qalır?

A) 911°C, ,

B) 1539°C,

C) 768°C,

D) 727°C, 768°C,

E) 1499°C,



89. Hansı temperaturda δ-Fe → γ-Fe polimorf çevrilməsinə məruz qalır?

A) 1392°C, ,

B) 1539°C,

C) 768°C,

D) 727°C, 768°C,

E) 1499°C,



90. Dəmir karbonla aşağıdakılardan hansını əmələ gətirir?

A) bərk məhlul, kimyəvi birləşmə,

B) yalnız bərk məhlul,

C) yalnız mexaniki qarışıq,

D) yalnız kimyəvi birləşmə,

E) yalnız bərk məhlul və mexaniki qarışıq,



91. Sementit nədir?

A) karbonun dəmirlə kimyəvi birləşməsi,

B) karbonun dəmirlə mexaniki qarışığı,

C) karbonun  –də bərk məhlulu,

D) karbonun  –də bərk məhlulu,

E) karbonun  –də bərk məhlulu,



92. Fe-C diaqramında austenit+sementit qarışığı necə adlanır?

A) ledeburit,

B) perlit,

C) sementit,

D) ferrit,

E) austenit,



93. Çuqunda karbonun miqdarı göstərin.

A) >2,14%,

B) 0,8%,

C) 0,2%,

D) 4,3%,

E) 6,67%,



94. Karbon poladın xassələrinə təsir göstərirmi?

A) göstərir,

B) yalnız bərkliyini artırır,

C) yalnız möhkəmliyini artırır,

D) yalnız plastikliyini azaldır,

E) yalnz kövrəkliyini artırır,



95. Fe-C diaqramında 1499°C temperaturda hansı tip faza çevrilməsi baş verir?

A) peritektika,

B) eftektika,

C) eftektoid,

D) polimorf,

E) maqnit,



96. Dəmir-karbon diaqramında eftektoid tip faza çevrilməsi hansı temperaturda baş verir?

A) 727°C,

B) 1539°C,

C) 1499°C,

D) 1147°C,

E) 768°C,,



97. Sementitin tərkibində karbonun miqdarını göstərin.

A) 6,67%

B) 0,2%,

C) 0,8%,

D) 2,14%,

E) 4,3%,



98. Dislokasiyalar hansı prosesin nəticəsində əmələ gəlir?

A) kristallaşma prosesi zamanı,

B) ərimə zamanı,

C) kimyəvi emal zamanı,

D) mexaniki emal zamanı,

E) korroziya nəticəsində,



99. Dislokasiyaların enerjisi necə təyin olunur?

A) ,

B) ,

C) ,

D) ,

E) ,



100. Göstərilən xassələrdən hansılar amorf materiallara aiddir?

A) yaxına nizamlanma,

B) uzağa nizamlanma,

C) ərimə temperaturunun qiyməti dəqiqdir,

D) yaxına düzənlənmə mövcud deyil,

E) əriyən zaman yumşalmır,



101. Monokristallar üçün xarakterikdir:

A) xassənin anizotropluğu;

B) elektrik keçiriciliyinin olmaması;

C) plastikliyin olmaması;

D) faza cevrilmələri yoxdur;

E) istilik keçiriciliyinə malik deyil;



102. Kristallik zərrəcikləri xaotik paylanmış bərk cisimlər necə adlanır?

A) polikristal;

B) tekstura;

C) monokristal;

D) kompozisiya;

E) dislokasiya;



103. Amorf materiallar üçün xarakterikdir:

A) ərimə müəyyən temperatur intervalında baş verir;

B) dəqiq ərimə temperatutuna malik olması;

C) ərimirlər;

D) uzağa nizamlanma var;

E) yaxına nizamlanma yoxdur;



104. Tək bir kimyavi elementdən ibarət olan maddələr necə adlanır?

A) kimyavi sadə maddə;

B) kimyavi təmiz;

C) kimyavi birləşmə;

D) bərk məhlul;

E) nizamlanmış məhlul;



105. Nöqtəvi defekləri göstərin:

A) boşluqlar;

B) xətti dislokasiya;

C) kənarxətti dislokasiya;

D) likvasiya;

E) dendridlər;



106. Bəzi bərk maddələrin müxtəlif temperaturda fərqli kristallik quruluşa malik olması necə adlanır?

A) polimorfluq;

B) izotropluq;

C) anizotropluq;

D) amorfluq;

E) monokristallik;



107. Valent elektronların sayının atomların sayına olan nisbətinin hansı qiymətində Yum-Rozeri fazası yarana bilər?

A) 3:2; 21:13; 7:4;

B) 2:3;

C) 13:21;

D) 4:7;

E) 2:3; 13:21; 4:7;



108. Mis və qızıl arasında hansı tip bərk məhlul yarana bilər?

A) nizamlanmamış , natamam nizamlanmış, tam nizamlanmış;

B) yalniz nizamlanmamış;

C) yalnız tam nizamlanmış;

D) yalnız natamam nizamlanmış;

E) hec bir bərk məhlul əmələ gəlmir;



109. Bərk məhlul əmələ gətirən komponentlərin atomlarının ölçülərinin hansı nisbətində Laves fazası yarana bilər?

A) 1:1,2;

B) 1:2;

C) 1:3;

D) 21:13;

E) 7:4;



110. Kobaltın (Co) Küri temperaturunu göstərin:

A) 1150°C;

B) 360°C;

C) 1550°C;

D) 1147°C;

E) mövcud deyi;



111. Nikelin (Ni) küri temperaturunu göstərin:

A) 360°C;

B) mövcud deyil;

C) 1150°C;

D) 768°C;

E) 1392°C;



112. Dəmirin (Fe) Küri temperaturunu göstərin:

A) 768°C;

B) təyin edilməmişdir;

C) 1539°C;

D) 1147°C;

E) 727°C;



113. Karbn dəmirlə hansı tip bərk məhlul əmələ gətirir?

A) daxilolma;

B) əvəzləmə;

C) əmələ gətirmir;

D) tam nizamlanmış;

E) natamam nizamlanmış;



114. Əsas metalın atomlarının bir hissəsinin həll olunan komponentin atomları ilə əvəz olunması nəticəsində yaranan bərk məhlulu göstərin:

A) əvəzləmə;

B) daxilolma;

C) vakansiya;

D) nizamlanmış;

E) nizamlanmamış;



115. Kristallik qəfəslərin izomorfluğu nədir?

A) müxtəlif komponentlərin kristallik qəfəslərinin eyni olması;

B) qəfəs periodunun böyük olması;

C) qəfəs periodunun kiçik olması;

D) yalnız basis ədədlərinin eyniliyi;

E) yalnız koordinasiya ədədlərinin eyniliyi;



116. Bərk məhlul əmələ gətirən komponentlərin bir-birində qeyri-məhdud həll olmasının əsəs şərti:

A) izomorfluq;

B) anizotropluq;

C) izotropluq;

D) yüksək temperatur;

E) temperaturun kiçik olması;



117. Ərintilərin əmələ gəlməsi zamanı neçə komponen iştirak edə bilər?

A) ikidən çox;

B) yalmız iki;

C) yalnız üç;

D) bir;

E) yalnız dörd;



118. Bərk məhlulun ayrı-ayrı hissələrinin tərkiblərinnin məhlulun tərkibinin orta qiymətindən fərqlənməsi nədir?

A) fluktasiya;

B) anizotropya;

C) nizamlanma;

D) parçalanma;

E) diffuziya;



119. Kristallaşmanın artıqsoyuma dərəcəsi nədir?

A) soyuma sürətindən asılı olaraq kristallaşma temperaturunun nəzəri kristallaşma temperaturundan fərqlənməsi;

B) tabalma;

C) tabəskiltmə;

D) solidus xətti;

E) likvidus xətti;



120. Artıqsoyuma dərəcəsinin artması kristallaşma prosesi zamanı əmələ gələn zərrəciklərin ölçülərinə necə təsir edir?

A) kiçildir;

B) təsir etmir;

C) böyüdür;

D) yalnız bir istiqamətdə böyüməsinə səbəb olur;

E) yalnız bir istiqamətdə kiçilməsinə səbəb olur;



121. Kristallaşma prosesi zamanı əmələ gələn kristal zərrəciklərin kristallaşma prosesi gedən qabın səthinə tərəf istiqamətlənmiş inkişafı necə adlanır?

A) dendrit;

B) likvasiya;

C) diffuziya;

D) sorbit;

E) tablama;



122. Dayanıqsız struktur alınması məqsədi ilə ərintilərin faza çevrilməsi temperaturundan yuxarı temeratura qədər qızdırılaraq və sonra sürətlə soyudulması prosesi necə adlanır?

A) tablama;

B) tabalma;

C) likvasiya;

D) diffuziya;

E) tabəskiltmə;



123. Ərintinin səth təbəqəsində xassələrinin və tərkibinin dəyişdirilməsi məqsədi ilə hansı proses tələb olunur?

A) kimyavi-termik emal;

B) yalnız kimyavi emel;

C) yalnız termik emal;

D) mexaniki emal;

E) tablama;



124. Tabalma prosesi zamanı ərintilərdə hansı proses baş verir?

A) materialın strukturu daha dayanıqlı hala keçir;

B) ərimə temperaturu dəyişir;

C) likvidus xətti dəyişir;

D) solidus xətti dəyişir;

E) yeni kristallik qəfəs yaranır;



125. Perlit, sorbit,beynit və trostit bir-birindən nə ilə fərqlənir?

A) strukturlarının disperslik dərəcəsi ilə;

B) kristallik qəfəsi ilə;

C) tərkibləri fərqlidir;

D) bazis ədədi ilə;

E) koordinasiya ədədləri fərqlidir;



126. Soyuma sürəti metalların Küri temperaturuna təsir edirmi?

A) xeyir;

B) təsir edir;

C) azaldır;

D) artırır;

E) yalnız yüksək temperaturda təsir edir;



127. Maqnit cevrilməsi zamanı materialların hansı xassələri dəyişmir?

A) mexaniki və bir neçə fiziki xassələri;

B) heç bir xassəsi;

C) bütün xassələri;

D) maqnit xassələri;

E) elektrik xassələri;



128. Maqnit cevrilməsi zamanı metalların hansı xassələri dəyişir?

A) bir çox maqnit, elektrik və istilik xassələri;

B) mexaniki xassələri;

C) yalnız maqnit xassələri;

D) yalnız elektrik xassələri;

E) yalnız istilik xassələri;



129. Maqnit cevrilməsi zamanı yeni zərrəciklər yaranırmı?

A) yaranmır;

B) yaranır;

C) iynəvari zərrəcik yaranır;

D) yalnız bəzi metallarda yaranır;

E) maqnit cevrilməsi aşağı temperaturda baş verərsə,yaranır;



130. Maqnit cevrilməsi zamanı yeni kristallik qəfəs yaranırmı?

A) yaranmır;

B) yaranır;

C) sadə kristallik qəfəs yaranır;

D) mürəkkəb kristallik qəfəs yaranır;

E) yalnız dəmirdə yaranır;



131. Əvəzetmə tip bərk məhlullarda qəfəs perioduna həll olunan komponentin atomunun radiusu necə təsir edir?

A) həll olunan komponentin atomunun radiusu həledici komponentin atomunun radiusundan böyükdürsə-artırır, kiçikdirsə-azaldır;

B) təsir etmir;

C) həmişə artırır;

D) həmişə azaldır;

E) məlum deyil;



132. Daxilolma tip bərk məhlulların əmələ gəlməsi zamanı qəfəs periodu dəyişirmi?

A) həmişə artır;

B) dəyişmir;

C) həmişə azalır;

D) komponenlərin atomlarının radiusları fərqlidirsə- dəyişir;

E) komponentlərin atomlarının radiusları fərqli deyilsə-dəyişmir;



133. Mis və qzıl arasında yaranan tam nizamlanmış (Cu3Au) bərk məhlulun kristallik qəfəsinə düşən qızıl atomlarının sayı neçədir?

A) 1;


B) 2;

C) 4;


D) 12;

E) 6;


134. Mis və qzıl arasında yaranan tam nizamlanmış (Cu3Au) bərk məhlulun kristallik qəfəsinə düşən mis atomlarının sayı neçədir?

A) 3;


B) 2;

C) 4;


D) 12;

E) 6;


135. Mis və qzıl arasında yaranan natamam nizamlanmış (CuAu) bərk məhlulun kristallik qəfəsinə düşən qızıl atomlarının sayı neçədir?

A) 2;


B) 4;

C) 12;


D) 6;

E) 1;


136. Mis və qzıl arasında yaranan natamam nizamlanmış (CuAu) bərk məhlulun kristallik qəfəsinə düşən mis atomlarının sayı neçədir?

A) 2;


B) 8;

C) 6;


D) 12;

E) 1;


137. Yum-Rozeri fazası hansı tip brləşməyə aiddir?

A) kimyavi birləşmə ilə bərk məhlul arasında aralıq birləşmədir;

B) bərk məhluldur;

C) kimyavi birləşmədir;

D) nizamlanmış bərk məhluldur;

E) nizamlanmamış bərk məhluldur;



138. Laves tip fazaları göstərin:

A) MgCu2 ,MgZn2,MgNi2;

B) CuAu;

C) FeC;

D) Fe3C;

E) CuNi;



139. Kimyavi birləşmə yaranan zaman materialların xassələrinin dəyişməsi hansı npqtədə baş verir?

A) sinqulyar;

B) Laves ;

C) Yum-Rozer ;

D) Kurnakov;

E) tarazlıq;



140. Bir fazalı oblastlarda ərintinin xassələri necə dəyişir?

A) əyrixət üzrə;

B) düzxət üzrə;

C) dəyişmir;

D) parabola üzrə;

E) sinisoid üzrə;



141. İki fazalı oblastlarda ərintinin xassələri dəyişirmi?

A) düzxət üzrə dəyişir;

B) əyrixət üzrə dəyişir;

C) dəyişmir;

D) parabola üzrə dəyişir;

E) sinisoid üzrə dəyişir;



142. 911°C temperaturdan kiçik temperaturda dəmirin hansı allotropik modifikasiyasının sərbəst enerjisi daha azdır?

A) α-Fe;

B) β-Fe;

C) δ-Fe;

D) β-Fe, δ-Fe;

E) γ-Fe;



143. 911-1392°C temperatur intervalında dəmirin hansı allotropik modifikasiyasının sərbəst enerjisi daha azdır?

A) γ-Fe;

B) β-Fe;

C) δ-Fe;

D) β-Fe, δ-Fe;

E) α-Fe;



144. 1392-1539°C temperatur intervalında böyük dəmirin hansı allotropik modifikasiyasının sərbəst enerjisi daha azdır?

A) δ-Fe;

B) β-Fe;

C) γ-Fe;

D) β-Fe, δ-Fe;

E) α-Fe;



145. Karbonun neçə allotropik modifikasiyası var?

A) 2;


B) 3;

C) yoxdur;

D) 4;

E) 6;


146. Qrafitin ərimə temperaturunu göstərin:

A) təxminən 3500°C;

B) 3000°C;

C) 1530°C;

D) 1120°C;

E) 1392°C;



147. Dəmir-karbon faza tarazlıq diaqramında karbonun hansı polimorf forması iştirak edir?

A) qrqfit;

B) almaz;

C) almaz,qrafit;

D) heç biri;

E) təyin olunmayıb;



148. Dəmir-karbon faza tarazlıq diaqramında dəmirin hansı polimorf forması iştirak edir?

A) α-Fe, γ-Fe, δ-Fe;

B) yalnız α-Fe;

C) yalnız γ-Fe;

D) yalnız δ-Fe;

E) yalnız α-Fe, γ-Fe;



149. α-Fe hansı temperatur intervalında mövcuddur?

A) otaq temperaturundan 911°C –yə qədər;

B) 911°C-1392°C;

C) 911°C-1492°C;

D) >911°C;

E) >1147°C;



150. δ-Fe hansı temperatur intervalnda mövcuddur?

A) 1392 - 1499°C;

B) 911°C-1392°C;

C) 911°C-1492°C;

D) >911°C;

E) >1147°C;



151. Daha yüksək bərkliyə malik materialı göstərin:

A) sementit;

B) Al;

C) plastik materiallar;

D) Cu;

E) Fe;


152. α-Fe kristallik qəfəsini göstərin:

A) həcməmərkəzləşmiş kubik;

B) səthəmərkəzləşmiş kubik;

C) sadə kubik;

D) heksaqonal;

E) rombik;



153. γ-Fe kristallik qəfəsini göstərin:

A) səthəmərkəzləşmiş kubik;

B) həcməmərkəzləşmiş kubik;

C) sadə kubik;

D) tetraqonal;

E) rombik;



154. δ-Fe kristallik qəfəsini göstərin:

A) həcməmərkəzləşmiş kubik;

B) səthəmərkəzləşmiş kubik;

C) sadə kubik;

D) romboedrik;

E) rombik;



155. Bərk cismin zərrəcikləri arasnda mövcud olan kimyavi rabitə növlərini göstərin:

A) ion, kovalent, polyar, metallik;

B) yalnız ion;

C) yalnız metallik;

D) yalnız polyar;

E) yalnız kovalent;



156. Dəmir karbon hal diaqramında L + F → A tip faza çevrilməsi necə adlanır?

A) peritektika;

B) eftektika;

C) eftektoid;

D) belə bir faza cevrilməsi mümkün deyil;

E) maqnit tip cevrilmə;



157. Dəmir karbon hal diaqramında L4,3 → A + S tip faza çevrilməsi necə adlanır?

A) eftektika;

B) peritektika;

C) eftektoid;

D) belə bir faza cevrilməsi mümkün deyil;

E) maqnit tip cevrilmə;



158. Dəmir karbon hal diaqramında A0,8 → F + S tip faza çevrilməsi necə adlanır?

A) eftektoid;

B) peritektika;

C) eftektika;

D) belə bir faza cevrilməsi mümkün deyil;

E) maqnit tip cevrilmə;



159. Tərkibindəki karbonun miqdarına görə hansı poladlar eftektoidsonrası tip poladlar adlanır?

A) 0,8% < C < 2,14 % ;

B) 0,02% < C <0,8 % ;

C) C = 0,8% ;

D) C = 4,3% ;

E) C > 2,14% ;



160. Tərkibindəki karbonun miqdarına görə hansı poladlar eftektoidəqədər tip poladlar adlanır?

A) 0,02% < C <0,8 % ;

B) 0,8% < C < 2,14 % ;

C) C = 0,8% ;

D) C = 4,3% ;

E) C > 2,14% ;



161. Tərkibindəki karbonun miqdarına görə hansı poladlar eftektoid tip poladlar adlanır?

A) C = 0,8%;

B) 0,02% < C <0,8 % ;

C) 0,8% < C < 2,14 % ;

D) C = 4,3% ;

E) C > 2,14% ;



162. Təbii polimer materialları göstərin:

A) pambıq, dəri, yun;

B) polad;

C) çuqun;

D) plasmast;

E) şüşə;



163. Sintetik polimerləri göstərin:

A) plasmast;

B) polad;

C) çuqun;

D) pambıq, dəri;

E) yun;


164. Şüşə hansı tip materialdır?

A) amorf;

B) monokristal;

C) polikristal;

D) təbii polimer;

E) kompozit;



165. Ağ çuqunda karbon hansı vəziyyətdə mövcuddur?

A) bərk məhlul və karbid şəklindədir;

B) almaz şəklində;

C) qrafit şəklində;

D) qaz halında;

E) almaz və qrafit halında;



166. Boz çuqunda sərbəst qalan karbon hansı vəziyyətdə mövcuddur?

A) qrafit şəklində;

B) almaz şəklində;

C) karbon hamısı karbid şəklindədir;

D) qaz halında;

E) almaz və qrafit halında;



167. Ağ çuqunun strukturunu göstərin:

A) sementit + perlit(otaq temperaturunda) və ya sementit + ledeburit (yüksək temperaturda;

B) ferrit;

C) austenit;

D) austenit, ferrit;

E) yalnız sementit;



168. Boz çuqunun strukturunda ağ çuqundan fərqli nə var?

A) qrafit;

B) ferrit;

C) austenit;

D) austenit, ferrit;

E) yalnız sementit;



169. Martensit nədir?

A) karbonun α – Fe –də izafi bərk məhlulu

B) kimyavi birləşmə;

C) ledeburit;

D) sorbit;

E) ferrit;



170. Karbon atomunun elektron modelini göstərin:

A) 1S22S22P2 ;

B) 1S22S22P6 ;

C) 1S22S22P63S1 ;

D) 1S2 ;

E) 1S22S22P63S23P6 ;



171. Faza tarazlıq diaqramında solidus xəttindən yüksək temperaturda hansı fazalar var?

A) maye, bərk məhlul;

B) yalnız maye;

C) yalnız bərk məhlul;

D) kimyavi birləşmə;

E) sementit;



172. Faza tarazlıq diaqramında likvidus xəttindən yüksək temperaturda hansı fazalar var?

A) maye;

B) bərk məhlul;

C) perlit;

D) maye, bərk məhlul;

E) sementit;



173. Poladlarda karbonun miqdarının artması çox kəskin şəkildə artırır:

A) möhkəmliyini;

B) plastikliyini;

C) istilik xassələrini;

D) elektrik xassələrini;

E) korroziyaya qarşı dözümlüyünü;



174. Poladlarda karbonun miqdarının artması çox kəskin şəkildə azaldır:

A) plastikliyini;

B) möhkəmliyini;

C) istilik xassələrini;

D) elektrik xassələrini;

E) korroziyaya qarşı dözümlüyünü;



175. Karbonun polimorf modifikasiyalarını göstərin:

A) almaz, qrafit;

B) perlit, sementit;

C) almaz, sementit;

D) sorbit, trostit;

E) ledeburit, qrafit;



176. Karbonun α-Fe – də izafi məhlulunu göstərin:

A) martensit;

B) ferrit;

C) austenit;

D) perlit;

E) ledeburit;



177. Dəmir-karbon faza tarazlıq sistemində eftektoid faza çevrilməsi nəticəsində yaranan bərk məhlulu göstərin:

A) perlit;

B) ferrit;

C) austenit;

D) ledeburit;

E) martensit;



178. Dəmir-karbon faza tarazlıq sistemində eftektika faza çevrilməsi nəticəsində yaranan bərk məhlulu göstərin:

A) ledeburit;

B) ferrit;

C) austenit;

D) perlit;

E) martensit;



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə