|
İnformasiya təHLÜKƏSİZLİYİ İNSİdentləRİ
|
səhifə | 15/30 | tarix | 31.12.2021 | ölçüsü | 164,31 Kb. | | #81294 |
| rikssssUDP flood – hədəf-kompüterin ünvanına çox sayda UDP paketi göndərilir. Bu metod ilk DoS-hücumlarda istifadə edilirdi, hazırda o qədər də təhlükəli deyil. Bu növ hücumdan istifadə edən proqramlar asanlıqla aşkarlanırlar, çünki masterlərlə agentlər mübadilə zamanı şifrlənməmiş TCP və UDP protokollarından istifadə edirlər.
TCP flood – hədəf-kompüterin ünvanına çox sayda TCP paketləri göndərilir.
TCP SYN flood – hədəf-kompüterə TCP-bağlantıların qurulması üçün çox sayda sorğular göndərilir, nəticədə o özünün bütün resurslarını qismən açılmış bu bağlantıları izləməyə sərf edir. Smurf – hücum obyektinin adından ICMP-əks-səda paketləri əvvəlcədən seçilmiş şəbəkəyə genişyayımla göndərilir. Genişyayımlı ICMP-əks-səda sorğuları alan kompüterlər hücum obyektinə ICMP-əks-səda cavabı göndərir. Beləliklə, bir paket göndərməklə bədniyyətli həm hücum obyektinə, həm də genişyayımlı əks-səda sorğunu alan şəbəkəyə münasibətdə böyük
həcmdə trafik yaradır.
Dostları ilə paylaş: |
|
|