İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə101/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 87 ____________________________ 
 
əməliyyatlarını  yerinə  yetirmək  üçün  elektromexaniki 
qurğulardan istifadə olundu. Bu məqsədlə qurğuları işlətmək 
üçün 
şifrələyici 
mütəxəssislər 
işə 
qəbul 
edilirdi. 
İnformasiyanın  şifrələnməsi  zamanı  çoxəlifbaliq  sisteminə 
daim mürəciət edilirdi.
       
 
 
Lorenz alman kriptomaşını, 
gizli məlumatların 
şifrələnməsi üçün İkinci 
Dünya Müharibəsində 
istifadə olunmuşdur
 
 
 
Gizli məlumatların şifrələnməsi 
üçün istifadə olunan kriptoqrafiya 
maşını
 
 
 
 
Kriptoqrafiya aləti 
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 88 ____________________________ 
 
İnformasiyanın  şifrələnməsinə  nümunə  kimi  İkinci 
Dünya  Müharibəsində  istifadə  edilən  ENİQMA  hesablama 
maşınından istifadəni göstərmək olar. 
Kriptoqrafiyadan  istifadənin  dördüncü  dövrü  (XX  əsrin 
ortalarından  keçən  əsrin  70-ci  illərinə  kimi)  riyazi 
kriptoqrafiyaya keçid dövrü adlanır. Görkəmli alim 
K.Şennon 
əsərlərində informasiyanın ölçülməsi, verilənlərin ötürülməsi, 
entropiya, şifrələmə funksiyası kimi terminlərdən istifadə edir 
və  bu  terminləri  sonralar  elmə  daxil  edir.  Şifrələnmiş 
informasiyanın  müəyyənləşdirilməsi  üçün  “xətti  differensial 
kriptoanaliz”dən  istifadə  olunmağa  başlanılır.  Bütün  bunlara 
baxmayaraq  1975-ci  ilə  kimi  kriptoqrafiyada  “klassik” 
üsillardan istifadə olunurdu. 
Kriptoqrafiyanın müasir dövrdə inkişafı (keçən əsrin 70-
ci  illərinin  sonundan  inkidiki  zaman  kimi)  bu  sahədə  yeni 
istiqamətin  – açıq açar prinsipli kriptoqrafiya  - yaranmasına 
səbəb  oldu.  Müasir  sahənin  yaranması  təkcə  yeni  texniki 
qurğulardan istifadə ilə deyil, həmçinin kriptoqrafiyadan fərdi 
şəxslərin  istifadəsilə  də  bağlı  oldu  (əvvəlki  dövrlərdə 
kriptoqrafiyadan  ancaq  dövlət  səviyyəsində  istifadə 
olunurdu). İnsanların şəxsi məqsədləri üçün kriptoqrafiyadan 
istifadə etməsi müxtəlif ölkələrdə müxtəlif cür qarşılanır, bəzi 
ölkələrdə  buna  qadağa  qoyulsa  da,  bəzi  ölkələrdə  buna 
geniş imkanlar yaradılır. 
Müasir  kriptoqrafiya  müxtəlif  elmi  istiqamətlər 
(riyaziyyat  elminin  informatika  elmi  ilə  kəsişməsində) 
yaratmışdır. Bu barədə elmi jurnallarda mütamadi məqalələr 
çap  edilir.  Kriptoqrafiyadan  istifadə  müasir  cəmiyyətin 
ayrılmaz  bir  hissəsinə  çevrilmişdir.  Ondan  elektron 
kommersiyada,  elektron  sənəd  dövriyyəsində,  rəqəmsal 
imzada,  telekommunikasiya  sahəsində  və  digər  sahələrdə 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə