İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə104/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 91 ____________________________ 
 
Avropada Alkindus kimi tanıyırlar. 
əl-Kindi  islam  aləmində  Aristotelin  əsərlərinə  müraciət 
edən  ilk  alimdir.  Aristotelin  əsərlərindən  qaynaqlanan  alim 
peripatetizmin  (materializm  ilə  idealizm  arasında  tərəddüd 
edən  qədim  yunan  filosofu  Aristotelin  nəzəriyyəsi)  əsasını 
qoyur.  Bu  ərəfədə  alim  “Aristotel  əsərlərinin  xülasəsi”,  “Beş 
mahiyyət  haqqında”,  “Yaranmanın  və  məhv  olmanın  əsas 
səbəbləri”,  “Əşyaların  müəyyən  edilməsi  və  təsvir  edilməsi” 
əsərlərini yazır. 
Aristotelin əsərlərini təhlil edən alim belə nəticəyə gəlir 
ki,  “qədim  (köhnə)  heç  bir  zaman  mövcud  olmayan  ola 
bilməz”. Köhnənin var olması heç bir şeydən asılı deyil, əgər 
onun  məhv  olması  üçün  bir  səbəb  yoxdursa,  o,  məhv 
olmayacaq  və  dəyişməyəcək,  çünki  o  cisim  deyil.  Alim 
kəmiyyətin  keyfiyyətə  keçməsində  əvvəli  olmayanları 
materiya adlandırır. Bununla yanaşı alim qeyd edir ki, əsası 
və  atributu  olmayan  (fəlsəfədə  substansiyanın  ayrılmaz 
xüsusiyyəti,  ayrılmaz  cəhəti,  məsələn,  hərəkət  materiyanın 
atributudur),  səbəbsiz,  əsli  olmayan,  vaxtından  qabaq 
dəyişməyən,  bütün  bunları  insan  düşüncəsi  anlaya  bilməz, 
bunlar  tədqiqat  obyekti  ola  bilməz,  deməli  fəlsəfə 
mövzusuda ola bilməz, çünki fəlsəfə ancaq olanların təbiətini 
dərk edə bilir.  
əl-Kindi 
“Hind 
cəbrinin 
tətbiqi”, 
“Ədədlərin 
harmoniyası”, “Rəqəmlər baxımından vahidlik”, “Bərabəryanlı 
çoxbucaqlılar”, “Dairənin iki nöqtəsini birləşdirən düz xəttin – 
xordanın  təxmini  hesablaması”,  “İzoperimetrik  məsələlər 
haqqında”,  “Sonsuz  ədədlərin  və  paralel  xətlərin  bölünməsi 
haqqında”,  “Kriptoqrafik 
məlumatların 
deşifrələnməsi 
haqqında”,  “Kürə  daxilində  qurulanlar  haqqında”,  “Kürənin 
müstəvi  üzərində  layihələnməsi  haqqında”,  “Günəş 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə