İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə107/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 94 ____________________________ 
 
əsaslarının  əlaqəsi  nəzəriyyəsini  şərh  etmişdir.  Bununla 
yanaşı  kriptoqrafiyanın  inkişafı  ilə  bağlı  1466-cı  ildə  yazdığı 
“Rəqəmlər  haqqında  traktat”  əsərində  məlumatların 
şifrələnməsi üçün çox saylı əlifbadan istifadəni göstərmişdir. 
L.B.Albert  İtaliyadan  Qeniyaya  qovulmuş,  tanınmış 
florensiyalı  bir  ailədə  anadan  olmuşdur.  Universiteti 
bitirdikdən  sonra  kardinal  Alberqatinin  dəftərxanasında 
işləmiş,  sonralar  isə  ömrünün  axırına  kimi  Romada 
yaşamışdır. Leon Albertin çoxsahəli fəaliyyəti onu göstərir ki, 
alim  İntibah  dövründə  hər  bir  sahə  ilə  maraqlanan  bir  alim 
olmuşdur.  Bunun  nəticəsidir  ki,  o,  incəsənət,  ədəbiyyat  və 
arxitektura (memarlıq) sahələri ilə məşğul olmuş, bu sahələri 
dərindən araşdırmaqla bu sahələrə öz  tövhələrini vermişdir. 
Alim  etika  və  pedaqoqika  problemləri  ilə  maraqlanmış, 
riyaziyyat  və  kriptoqrafiya  ilə  məşğul  olmuşdur.  L.Albertinin 
elmi  araşdırmalarında  mərkəzi  yerlərdən  birini  təbiətdə  baş 
verən qanunauyğunluqların harmoniyası tutur. Onun fikirincə 
insan  elmi  işlərlə  məşğul  olduğu  zaman  öz  fikirlərinə 
qapanmamalı, əldə etdiyi nəticələri yaymalı və digərlərinində 
bu  nəticələrdən  müxtəlif  sahələrdə  istifadə  etməsinə  şərait 
yaratmalıdır.  Görkəmli  mütəfəkkir  və  istedadlı  yazıçı  L. 
Alberti kübar (aristokrat) və ortodoks (bir məsləkin sabit və 
ardıcıl  tərəfdarı  olan  şəxs)  bir  insan  kimi  bütün  bunların 
əleyhinə  çıxaraq  insanda  elmi  baxımdan  baş  verə  biləcək 
hümanitar  ardıcıllığı  araşdırır  və  onun  insan  həyatına  necə 
təsir etməsi yollarını elmi əsaslarla təklif edir. Onun fikirincə 
yaratdığın sənə aiddir, amma sən istər dini baxımdan, istərsə 
də  insanı  baxımdan  bütün  yaratdıqlarını  hamının  malı 
etməlisən.  Alimin  araşdırdığı  və  kitab  şəkilində  çap  etdirdiyi 
elmi  işlər  indiki  zamanda  da  müəyyən  məsələlərin həllində 
istifadə olunur.  
 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə