İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə105/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 92 ____________________________ 
 
saatlarının  qurulması”,  “Yerdən  Aya  qədər  olan  məsafənin 
təyin  edilməsi”,  “Səmada  baş  verənlər  haqqında”, 
“Planetlərin  hərəkəti”  və  s.  bu  kimi  sanballı  əsərlərin 
müəllifidir. 
əl-Kindi harmoniya haqqında qədim əlyazmanı tərcümə 
etmiş  və  müsiqi  səsləri  arasında  olan  intervalın  ədədlərlə 
bağlılığını  göstərmişdir.  O,  ilk  dəfə  olaraq  Şərqdə,  ərəb 
hərflərindən istifadə etməklə müsiqini nota almışdır. Alim bu 
sahədə  bir  neçə  elmi  əsər  yazmışdır.  Bunlara  “Melodiya  və 
səs  haqqında”,  “Melodiyanın  tərtib  edilmə  təcrübəsi”,  “Ritm 
haqqında”, “Musiqinin əsas bölmələri”, “Musiqi mövzusunun 
bir  neçə  səs  tərəfindən  ardıcıl  surətdə  təkrar  edilməsinin 
bölünməsi haqqında” və digər əsərləri göstərmək olar.  
əl-Kindi 
Pifaqor 
ideyalarına 
əsaslanan 
musiqi 
nəzəriyyəsindən  istifadə  etməklə  musiqi  sənəti  ilə 
makrokosmosda 
(kainatda, 
dünyada, 
aləmdə) 
və  
mikrokosmosda  (kiçik  kəmiyyətlər  aləmində,  atomlar 
aləmində)  baş  verən  çoxlu  sayda  hadisələr  arasında  olan 
əlaqəni göstərmişdir. 
Alim  musiqi  aləti  udun  simlərinin  sayını  (Ud  musiqi 
alətində  dörd  sim  vardır)  su,  torpaq,  hava  və  od  ilə, 
dünyanın dörd istiqaməti (şimal, cənub, şərq və qərb) ilə, ilin 
dörd  fəsli  (yaz,  yay,  payız  və  qış)  ilə,  bədəndəki  mayenin 
(qan,  soyuqqanlılıq,  qara  və  sarı  öd  ifrazı)  və  başqaları  ilə 
bağlılığını  elmi  surtədə  əsaslandırmışdır.  Bununla  yanaşı 
musiqidə  olan  yeddi  səsin  (notun)  Kainatda  olan  yeddi 
planetə,  ud  alətindəki  oniki  elementi  isə  (dörd  sim,  dörd 
burağac  (aşıq)  və  dörd  pərdə)  12  bürcə  uyğunluğunu 
əsaslandırmışdır.
 
 
əl-Kindi  “Şüalar  haqqında”,  “Yandırıcı  güzgülər 
haqqında”,  “Səmanın  mavi  rəngdə  olmasının  səbəbi”, 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə