İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə19/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 16 ____________________________ 
 
təhlükəsizlik  siyasətinin  həyata  keçirilməsi  və  inamın  
(etibarın) yerinə yetirilməsi bir tərəfli və ya qarşılıqlı ola bilir. 
Bütün bunlar kriptoqrafiyanın köməkliyi ilə yerinə yetirilir. 
Autentifikasiyanı 
müəlliflik 
(subyektə 
müəyyən 
hüququn verilməsi) və identifikasiya (subyektin ona məxsus 
identifakatoru ilə tanınması) ilə qarışıq salmaq olmaz. 
Autentifikasiyaya  aşağıda  verilənlərin  həqiqiliyinin 
sübut edilməsi prosedurlarını aid etmək olar. 
Məsələn: 

 
İstifadəçinin  həmin  şəxs  olduğunun  yoxlanması. 
Bunun  üçün  verilənlər  bazasındakı  parol  ilə 
istifadəçinin parolu tutuşdurulur; 

 
Yola  salınmış  elektron  məktubların  həqiqiliyinin 
yoxlanması.  Bunun  üçün  göndərənin  ona  məxsus 
açarı ilə məktubun rəqəmsal imzası tutuşdurulur; 

 
Faylların  kontrol  məbləğləri  ilə  müəllif  tərəfindən 
təqdim edilmiş faylların məbləğləri tutuşdurulur. 
İndiki  zamanda  şəbəkə  texnologiyalarının  sürətli 
inkişafı 
ilə 
əlaqədar 
olaraq 
avtomatlaşdırılmış 
autentifikasiyadan hər yerdə geniş şəkildə istifadə olunur.
  
Apellyasiya (appellatio - latınca müraciət etmə anlamını 
verir) qanuni qüvvəyə minməmiş aktın müəyyən prosessual 
qanunvericiliyə  uyğun  ali  hakim  tərəfindən  yoxlanma 
prosedurasıdır. 
Apellyasiya anlayışından Fransada istifadə edilmişdir və 
bu XIII əsrə təsadüf edir. Bu zamanlar apellyasiya haqsızliğa 
qarşı  məhkəmə  tərəfindən  verilmiş  şəxsi  xarakterli  hökm 
sayılırdı.  1667-ci  ildə  nəşr  olunmuş  qanun  kitabında  qeyd 
edilir ki, apellyasiya şəxsin məhkəməyə deyil, onun çıxardığı 
hökmə  görə  verilə  bilər.  1579-cu  ildə  Henrix  III  belə  bir 
fərman  verir:  karolun  fərmanının  əksinə  verilmiş  bütün 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə