İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə8/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 25 ____________________________ 
 
Maqnit nüvələrindən istifadə etməklə;  
Mikrosxemlərdən istifadə etməklə və s.  
İki növ operativ yaddaşdan istifadə olunur: 
Statik (ARAM) – triggerlər yığımından istifadə etməklə; 
Dinamik  (DRAM)  –  kondensatorlar  yığımından  istifadə 
etməklə.  
   
 
Operativ yaddaş qurğusu 
 
1973-cü ildə IBM firması yeni texnologiya ilə 16 Kbayt 
informasiyanı  saxlayan  ilk  sərt  diski  istehsala  buraxır.  Disk 
hər biri 30 sektora bölünən 30 silindrdən ibarət olduğundan, 
onun  şərti  işarəsi  30/30  kimi  qəbul  edilir.  Bu  işarə  30/30 
kalibrinə  malik,  alman  istehsalı  olan  Vinçester  tipli  məşhur 
avtomatik  tüfəngə  anoloji  olduğu  üçün  ona  “Vinçester”  adı 
da verilir. O vaxtdan bəri sərt disklərin konfiqurasiyası xeyli 
dəyişmiş,  tutumu,  etibarlılığı  və  işləmə  sürəti  kəskin 
artmışdır.  Lakin  fərdi  kompüterlərdə  sərt  diskin  əvvəlki  adı 
indi də istifadə edilməkdədir. 
İlk  sərt  disklərin  seriya  şəkilində  istehsalı  1979-cu  ildə 
Seagate  firması  tərəfindən  həyata  keçirilmişdir.  Beş  düymlü 
ST-506  diskinin  tutumu  6  Mbayta  bərabər  idi.  1979-cu  ildə 
istehsal  olunan  sərt  disk  belə  disklərin  istehsalının  təməlini 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 26 ____________________________ 
 
qoydu.  Müasir  vinçester  yığıcıları  bir  ox  üzərində 
quraşdırılmış  maqnit  disklər  paketindən  ibarətdir.  Diskin 
hazırlanması  üçün  alüminium  lövhədən,  şüşə  və 
keramikadan  və  onun  üzərinə  xüsusi  texnologiya  ilə 
yapışdırılmış  (oturdulmuş)  yüksək  keyfiyyətli  ferromaqnit 
qatdan  istifadə  olunur.  Diskin  üzərinə  qat  yapışdırılandan 
sonra onu firmada xüsusi texnologiya ilə emal edirlər. Emal 
olunmuş diskləri bir paketə yığıb otürücüyə quraşdırılmış oxa 
bərkidirlər (adətən bir paketdə 2-dən 12-yə qədər disk olur). 
 
 
Xarici yaddaş qurğusunun 
işləmə sxemi 
 
Vinçesterin ümumi görünüşü 
 
 
 
Bir versiyaya görə diskə “vinçester” adını IBM firmasında 
layihə  rəhbəri  işləyən  Kennet  Hoton  (ingiliscə  Kenneth  E. 
Haughton) vermişdir (bu 1973-cü ilə təsadüf edir). 1973-cü ildə 
sərt diskin 3340 modeli istehsal olunur. 
Digər  versiyaya  görə  diskin  “Vinçester”  adını  alması 
Winchester  Repeating  Arms  Company  tərəfindən  istehsal 
olunan  tüfəng  patronunun  adı  ilə  bağlıdır.  Amerikada  istehsal 
olunan patron kiçik kalibirli tüfənglərdə istifadə edilirdi. 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 27 ____________________________ 
 
Avropada  və  ABŞ-da  “Vinçester”  adından  geniş  istifadə 
1990-cı illərə təsadüf edir. 
 
 
 
Xarici yaddaş qurğusunun daxili görünüşü 
 
 
İNFORMASİYANIN AZALMA KANALLARI 
 
Şirkətlər arasında şirkətin mənafeyini qoruyan danışıqların 
aparılması  zamanı  informasiyanın  ötürülməsi  və  təhlil  edilməsi 
üçün  texniki  vasitələrdən  istifadə  edilir  və  bu  zaman  istifadə 
olunan  informasiyanın  təhlükəsizlik  qorxusu  və  informasiyanın 
kanallar vasitəsilə sızması halları yaranır. 
Bunlar aşağıdakı hallarda mümkündür: 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 28 ____________________________ 
 

 
İnformasiya  xarakterli  dəyərli  danışıqların  akustik 
qurğularla şüalandırılması; 

 
Nəzarət  zonasından  kanara  çıxan,  mikrofon  effektinin 
hesabına informasiya xarakterli siqnalın akustik siqnaldan 
elektrik  siqnalına  çevrilməsi,  naqillər  və  xəttlər  böyunca 
yayılması (nəzarət zonası dedikdə ərazi, bina, binanın bir 
hissəsi  nəzərdə  tutulur  və  bu  yerlərə  nəzarətdən  kanar, 
buraxılış  vəsiqəsi  olmayan  şəxslərin  və  ya  nəqliyyat 
vasitələrinin daxil olması başa düşülür); 

 
Titrəyişli  akustik  siqnalların  mühafizə  olunan  sahələrə 
birbaşa təsir göstərməsi

 
Avtomatlaşdırılmış 
sistemlərdə 
istifadə 
edilən 
informasiyaya,  həmçinin  hamı  tərəfindən  istifadə  olunan 
informasiya  şəbəkələrinə  qeyri-qanunu  daxil  olma  və 
qeyri-qanuni münasibətin bəslənməsi

 
İnformasiyanın 
konfidensiallığını, 
tamlığını 
və  
əlçatanlığını,  texniki  vasitələrin  iş  qabiliyyətini,  xüsusi 
tətbiq 
edilən 
proqram 
vasitələrinin, 
həmçinin 
informasiyanın  müdafiə  vasitələrinin  işini  pozmaq  üçün 
informasiya  sistemlərinin  proqram  və  ya  texniki 
vasitələrinə təsirin göstərilməsi

 
Konfidensial  informasiyanı  təhlil  edən  texniki  vasitələr 
tərəfindən 
informasiya 
xarakterli 
siqnalın 
əlavə 
elektromaqnit şüalanması; 

 
Nəzarət  zonasından  kanara  çıxan,  texniki  vasitələrin 
köməyilə  elektrik  qidalanma  dövrəsində  və  rabitə 
xəttlərində  təhlil  olunan  informasiya  xarakterli  siqnala 
çevrilməsi; 

 
Texniki  vasitələrin  tərkibinə  daxil  olan,  müxtəlif 
qeneratorların işləməsi zamanı əmələ gələn (və ya texniki 
vasitələrin  elementlərində  yaranan  parazit  qenerasiyanın 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə