İnformasiya texnologiyaları kafedrası İnformasiya texnologiyalarının


Tipinə görə verilənlər dörd qrupa ayrılır



Yüklə 23,38 Mb.
səhifə4/15
tarix15.04.2022
ölçüsü23,38 Mb.
#85479
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15
Movzu 1 INFORM TEXNOL ESAS

Tipinə görə verilənlər dörd qrupa ayrılır:
  • hesabi (rəqəm)
  • mətn (simvol)
  • məntiqi
  • göstərici.

İnformasiyalar, əsasən, aşağıdakı şəkillərdə olur:

Mətnlər;

Şəkillər, çertyojlar, fotolar;

İşıq və ya səs siqnalları;

Radio dalğalar;

Elektrik və sinir impulsları;

Maqnit yazıları;

Jest və mimikalar;

İy və dad bilmə (hiss orqanları vasitəsilə);

İrsi əlamətlərin və orqanizmlərin xassələrinin ötürüldüyü xromosomlar və s.

İnformasiyanın növlərinin informatika baxımından tam siyahısı:

- məntiqi;

- ədədi;


- mətn;

- audio (səsli);

- qrafiki;

- video (görüntülü);

- multimedia.

İnformasiyanın verilmə (təqdim olunma) üsulları aşağıdakılardır:

- mətn;

- ədədi;

- qrafiki;

- səs;

- kombinasiyalı.

İnformasiya prosesləri

İnformasiya prosesləri dedikdə,

  • informasiyanın axtarılması (toplanılması),
  • saxlanılması,
  • emalı,
  • ötürülməsi

  • nəzərdə tutulur.

İnformasiya miqdarının ölçü vahidləri

kompüterlər yalnız rəqəmlərlə ifadə olunmuş informasiyanı işlədə bilir və kompüterin yaddaşında rəqəmlərdən başqa heş bir simvol olmur. Odur ki, istənilən başqa informasiya (məsələn, səs, mətn, şəkil, qrafik və.s) kompüterə daxil edilərkən vahid standart formaya salınır. Daha doğrusu, bütün növ informasiyalar çevrilərək kompüterin yaddaşında yalnız iki işarə -0 və 1 rəqəmləri vasitəsi ilə ifadə olunmuş formada yazılaraq saxlanılır. Bu rəqəmlər ikilik say sisteminin bazis rəqəmləri olduğundan informasiyanın belə təsvirinə onun ikilik göstərilişi deyilir.

qeyd edək ki, bütün kompüterlər ikilik say sistemində işləyir. Bu o deməkdir ki, kompüterlər 1 və 0 rəqəmlərindən başqa heç bir rəqəm və simvolları tanımır və maşında gedən bütün hesablama əməliyyatı yalnız 0 və 1 rəqəmləri iləifadə olunmuş ədədlər üzərində getməklə bütün alınmış nəticələr də yenə 0 və 1 –lərdən ibarət olur.



Kompüterdə verilənlər ikilik ədədlər şəklində təsvir edildiyindən maşına daxil edilən və ya kompüter vasitəsilə yaradılan istənilən tipli informasiyanın ikilik rəqəmlərdən ibarət xüsusi kodundan istifadə edilir. Bu kodlar müxtəlif standartlarda öz ifadəsini tapıb.

Kodlaşdırılmış informasiya kompüterin yaddaş qurğusunun oyuq (yuva) adlanan yaddaş hissələrində saxlanılır. Yaddaş oyuqlarının hamısı eyni quruluşludur. Oyuqlar hər birində bir dənə ikilik rəqəm yerləşə bilən mərtəbələrdən ibarətdir. Bütün oyuqlardakı mərtəbələrin sayı eynidir. Oyuqdakı mərtəbələrin sayına “maşın sözü uzunluğu” və ya “oyuğun uzunluğu” deyilir.

Bir mərtəbədə yerləşə bilən informasiyanın miqdarına bit (ingiliscə binary digit – ikilik rəqəm sözundən) deyilir. Bit informasiyanın ən kiçik (elementar) ölçü vahididir. Yaddaş qurğusuna yazıla bilən informasiyadakı bitlərin sayına informasiyanın həcmi deyilir.

XX əsrin 60-cı illərinin ortalarınadək müxtəlif kompüterlər müxtəlif uzunluqlu “maşın sözü”ndən istifadə edirdilər. 1956-cı ildə Dr.Verner Baçholz IBM-360 kompüterləri ilə təqdim olunan 8-bitlik standart yaddaş ölçüsü üçün Bayt terminini işlətdi. İki bayt birlikdə bir söz adlanır.

1 bayt = 8 bit = 23 bit

Böyük həcmli informasiyaların ölçülməsi üçün baytın misil vahidlərindən də istifadə edilir. Hər misil vahidi özündən əvvəlki vahidddən 1024 dəfə böyükdür ki, bunu da ikilik əsasla göstərdikdə 210alınır. Hal-hazırda praktikada əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:


Yüklə 23,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə