İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə40/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   36   37   38   39   40   41   42   43   ...   117

 

139 


Azərbaycan  prezidenti  İlham  Əliyev  çıxışında  sammitin 

yüksək  səviyyədə  təşkilinə  görə  prezident  Lex  Kaçinskiyə  tə-

şəkkürünü bildirdi. Aparılan danışıqların məzmunundan söhbət 

açan  dövlətimizin  başçısı  dedi  ki,  regional  əməkdaşlıq  üçün 

yaxşı  şərait  var.  Enerji  təhlükəsizliyi  hazırda  Avropanı  ən  çox 

maraqlandıran  məsələlərdəndir.  Azərbaycan  enerji  sahəsində 

böyük potensiala malikdir və regional əməkdaşlığa böyük töhfə 

verəcəkdir.  Ölkəmizin  yeni  yataqlara,  boru  kəmərlərinə  sahib 

olduğunu  xatırladan  prezident  İlham  Əliyev  hazırda 

Azərbaycanın  öz  təbii  sərvətlərini  müxtəlif  kəmərlər  vasitəsilə 

Avropaya və dünya bazarlarına çıxardığını vurğuladı. 

Dövlətimizin  başçısı  bildirdi  ki,  qarşıda  enerji  sahəsində 

əməkdaşlığa  dair  konkret  işlər  durur.  İmzalanmış  birgə  rəsmi 

məlumatda bütün məsələlərdə ölkələrin mövqeyi öz əksini tapıb-

dır. Prezident İlham Əliyev dedi ki, Xəzər dənizi, Qara dəniz və 

Baltik dənizi regionları vahid regiona çevrilir. Avropa İttifaqı ilə 

imzalanmış sənədlər bizə daha geniş imkanlar yaradır. 

Konfpansda çıxış edən Qazaxıstan nümayəndəsi ölkəsinin öz 

neftini  müxtəlif  marşrutlarla  dünya  bazarlarına  çıxarmaq 

hüququna malik olduğunu bildirdi. 

Sonra  dövlət  başçıları  jurnalistlərin  suallarına  cavab  ver-

dilər.  Prezident  İlham  Əliyev  suallara  cavabında  bildirdi  ki, 

Azərbaycanın öz neftini və qazını dünya bazarlarına çıxarmaq  

istəyi  böyükdür  və  bu  sahədə  heç  bir  problem  yoxdur.  Azər-

baycan  neftinin  Bakı–Tbilisi–Ceyhan  boru  kəməri  vasitəsilə 

dünya  bazarlarına  nəqlini  xatırladan  dövlətimizin  başçısı  dedi 

ki, biz neftimizin müxtəlif marşrutlarla nəqlinə tərəfdarıq. 

Digər prezidentlər  də jurnalistlərin suallarına  cavab  verdi-

lər.  Mətbuat  konfransında  Azərbaycanın  enerji  sahəsində  əldə 

etdiyi  nailiyyətlər,  neftin  dünya  bazarlarına  çıxarılmasında 

tutduğu mövqe birmənalı şəkildə dəfələrlə vurğulandı. 

 

* * * 



 140 

Günün  sonunda  Polşa  Respublikasının  Prezidenti  Lex 

Kaçinskinin  adından  sammit  iştirakçılarının  şərəfinə  ziyafət 

verildi.  


 

141 


 

 

 



ENERJİ SAMMİTİNİN YEKUNLARINA DAİR 

MƏTBUAT KONFRANSINDA NİTQ 

 

Krakov  



 

11 may 2007-ci il 

 

İ l h a m   Ə l i y e v: Hörmətli xanımlar və cənablar! 

İlk  növbədə  mən  səmimi  qonaqpərvərliyə  görə  dostu-

muz  prezident  Kaçinskiyə  öz  minnətdarlığımı  bildirmək 

istəyirəm.  Bu  gün  bizim  çox  dostluq  mühitində  keçən  görü-

şümüz oldu. Bir neçə saat ərzində konstruktiv müzakirələr apar-

dıq  və  bir  çox  məsələlərin  nəzərdən  keçirilməsinin  və  həyata 

keçirilməsi 

yollarının 

müəyyən 

edilməsinin 

vacibliyini 

vurğuladıq.  Azərbaycanın  bu  zirvə  görüşündə  təmsil  olunmuş 

hər bir ölkə ilə çox yaxşı ikitərəfli münasibətləri var. 

Eyni  zamanda,  biz  bu  gün  ilk  dəfə  olaraq  belə  geniş  for-

matda  bir  yerə  toplaşmışıq.  Bu,  regional  əməkdaşlığın  artan 

əhəmiyyətinin  aydın  göstəricisidir.  Hazırda  Xəzər  dənizi, 

Qafqaz,  Qara  dəniz  və  Baltik  dənizi  regionları  birgə  işləyir. 

Səmimi  desəm,  regionları bu  qədər bir-birinə  yaxın edən başqa 

təşəbbüs haqqında danışmaq belə, mümkün deyildir. 

Enerji və daşımalar Avropa və dünyanın siyasi gündəliyində 

duran  əsas  məsələlərdəndir.  Hesab  edirəm  ki,    əməkdaş-

lığımızın  səmərəli   və  uğurlu    olması  regionlarımız  arasında  

daha  geniş  əməkdaşlığın başlanğıc nöqtəsi olacaqdır. Azərbaycan 

böyük neft və qaz ehtiyatlarına malik olan ölkədir. Bizim ehtiyat-

larımız gələn 100   il   ərzində   daxili   tələbatımızın   ödənilməsi   

üçün   kifayətdir. Lakin   biz   bu   gün   regionun   enerji təhlükəsiz-

liyində  daha  vacib  rol  oynayırıq.  Misal  üçün,  gələn  il  Azərbaycan 

gündə 1 milyon barrel neft hasil edəcəkdir. Biz böyük qaz yataqları 

aşkar etmişik və Azərbaycan qazı artıq qonşu ölkələrin bazarlarına 



 142 

ixrac olunur və oradan isə  Avropa bazarlarına nəql edilə bilər. 

Müxtəlif  neft  və  qaz  boru  kəmərlərinin  çəkilməsinə  milyard-

larla  dollar  sərmayə  qoyulubdur.  Bu  gün  bizim  neft  və  qazımızı 

Avropa  və  dünya  bazarlarına  çıxaran  boru  kəmərimiz  var.  Bu, 

təchizatın  şaxələndirilməsi  deməkdir.  Eyni  zamanda,  biz 

istehlakçıları da başa düşürük, çünki onlar öz təchizat mənbələrini 

şaxələndirmək  istəyirlər.    Burada    biz    təchizatçı,    tranzit    və  

istehlakçı    ölkələr    arasında    maraqların    güclü    şəkildə  ta-

razlaşdırılmasına nail olduq. 

Məqsədlərimizə nail olmaq üçün bütün tərəflər arasında yalnız 

müvəffəqiyyətli  əməkdaşlıq  və  vahid  komanda  halında  işləmək 

uğurlu  enerji  siyasətinin  əsas  elementləridir.  Bu  gün  biz 

şaxələndirmənin  səviyyəsini  artırmaq  üçün  konkret  layihələr 

üzərində  işlədik  və  bu,  yalnız  başlanğıcdır.  Birgə  rəsmi  məlumat 

planlarımızı,  nailiyyətlərimizi  və  gündəliyimizi  aydın  şəkildə  əks 

etdirir.  Əminəm  ki,  birgə  əməkdaşlıq  sayəsində  biz  öz 

məqsədlərimizə  nail  olacağıq.  Mümkün  qədər  tez  müddətdə  işçi 

qrup  öz  işinə  başlayacaqdır.  İnanıram  ki,  Vilnüsdə  keçiriləcək 

növbəti zirvə görüşündə biz əsas addımların ilkin proqramını əldə 

edəcəyik. 

Bir  daha  demək  istəyirəm  ki,  Azərbaycan  öz  tərəfdaşları  ilə 

əməkdaşlığa çox böyük önəm verir. Xəzər dənizi  – Qara dəniz – 

Baltik dənizi regionları bizim üçün vahid ümumi regiona çevrilir. 

Avropa  İttifaqı  ilə  bu  yaxınlarda  imzaladığımız  enerji  məsələləri 

üzrə  strateji  tərəfdaşlığa  dair  anlaşma  memorandumu  nəzərə 

alınmaqla, həmin sənədlər planlarımıza əlavə təkan verir. 

Mən bu görüşün nəticələri ilə bağlı bir daha öz məmnunluğumu 

qeyd edir, dostumuz prezident Kaçinskiyə qonaqpərvərliyə görə və 

bütün dost prezidentlərə və nazir müavininə səmərəli əməkdaşlığa 

görə təşəkkürümü bildirmək istəyirəm. 

Sağ olun. 

 

 

 



 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə