İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.

səhifə1/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   117


 

 

İNKİŞAF –  

MƏQSƏDİMİZDİR 

 

 



İYİRMİ DÖRDÜNCÜ  KİTAB 

————— 

APREL 2007 - İYUN 2007 

 

 

 

AZƏRNƏŞR  

BAKI - 2015 


 2 

 

 



 

ÇIXIŞLAR * NİTQLƏR 

 

BƏYANATLAR * MÜSAHİBƏLƏR 

 

MƏKTUBLAR * MƏRUZƏLƏR 

 

MÜRACİƏTLƏR * FƏRMANLAR 

 

 



 

AZƏRNƏŞR  

BAKI - 2015 

 


 



BBK 32 



Ə 56

            

 

 



Buraxılışına məsul 

akademik 



 

RAMİZ MEHDİYEV 

 

ƏLİYEV İLHAM 

Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2015, 408 səh. 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  «İnkişaf–



məqsədimizdir»  çoxcildlik  əsərlərinin  bu  cildində  Azərbaycanın 

beynəlxalq  aləmdə  artan  nüfuzuna,  iqtisadi  potensialının  möhkəm-

lənməsinə,  regionların  sosial  inkişaf  proqramının  həyata  keçirilməsi  ilə 

əlaqədar  Qazax,  Tovuz  rayonlarına,  Gəncə  şəhərinə  səfərləri,  bu 

rayonların  sosial,  iqtisadi  və  mədəni  cəhətdən  inkişafına  həsr  olunmuş 

çıxışları, nitqləri, tövsiyələri öz əksini tapmışdır. 

Kitabda  prezident  İlham  Əliyevin  Misirə,  Moskvaya,  Polşaya, 

Gürcüstana səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları 

ilə  görüşləri,  danışıqları,  ölkələr  arasında  ikitərəfli  əlaqələrin, 

beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsi  və genişlənməsinə 

eyni  zamanda,  Bakıya  rəsmi  səfərə  gəlmiş  Rusiya  Federasiyası 

Dağıstan  Respublikasının  Prezidenti  Muxu  Əliyev  və  Belarus 

Respublikasının  Prezidenti  Aleksandr  Lukaşenko,  onların  başçılıq 

etdiyi  nümayəndə  heyətləri  ilə  keçirdiyi  görüşlərə,  danışıqlara  dair 

materiallar toplanmışdır. 

Burada  həmçinin,  Azərbaycana  gəlmiş  çoxsaylı  xarici  nümayəndə 

heyətləri ilə  görüşləri, bəyanatları,  MENA agentliyinə  və  Fransanın  «La 

Lettre  diplomatigue»  jurnalına  müsahibəsi,  28  May  Respublika  günü 

münasibəti  ilə  rəsmi  qəbullar  və  Bakıda  «Xəzər  Neft-Qaz  neftayırma  və 

Neft  Kimyası  –  2007»  XIV  Beynəlxalq  konfransda  çıxışları  və  bir  çox 

digər materiallar dərc olunmuşdur.  

 

İSBN  978-9952-8100-7-3 



 

32

-

ББК

     

          

          

2015

651(07)

М

0801000000

Я

  





 

   


 

 

 



© Azərnəşr, 2015 


 4 

  

 



 

İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİ 

EKMƏLƏDDİN İHSANOĞLU İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

26 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin 26-da Prezident sarayında İslam Konfransı Təşkilatının 

Baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir. 

Bakıda «Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında 

kütləvi  informasiya  vasitələrinin  rolu»  mövzusunda  beynəlxalq 

konfransda  iştirak  edən  Ekmələddin  İhsanoğlu  bu  tədbirin 

ölkəmizdə    keçirilməsinin  əhəmiyyətini  vurğuladı  və  onun 

yüksək səviyyədə təşkil olunduğunu söylədi. Qonaq Azərbaycan 

prezidentinin  Koreya  Respublikasına  uğurla  həyata  keçirilmiş 

dövlət  səfərini  maraqla  izlədiyini  bildirdi.  Ekmələddin 

İhsanoğlu  İslam  Konfransı  Təşkilatı  ilə  Azərbaycan  arasında 

əlaqələrin  daim  genişləndiyini  və  müvəffəqiyyətlə  inkişaf 

etdiyini vurğuladı. 

Prezident  İlham  Əliyev  Azərbaycan  ilə  İslam  Konfransı 

Təşkilatı  arasında  əməkdaşlığın  uğurla  davam  etdirilməsindən 

məmnunluğunu  ifadə  etdi,  ölkəmizin  bu  qurumla  əlaqələrinin 

bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirdi. 

 



 

 



 

 

İSESKO-nun BAŞ DİREKTORU  

ƏBDÜLƏZİZ BİN OSMAN ƏL-TÜVEYJRİ  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

26 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

aprelin  26-da  Prezident  sarayında  İSESKO-nun  Baş  direktoru 

Əbdüləziz bin Osman əl-Tüveyjrini qəbul etmişdir. 

Azərbaycana  yenidən  səfərə  gəlməsindən  məmnunluğunu 

ifadə edən Əbdüləziz bin Osman əl-Tüveyjri rəhbərlik etdiyi təş-

kilatın son aylar ərzindəki fəaliyyəti haqqında  prezident İlham 

Əliyevə  məlumat  verdi  və  bildirdi  ki,  İSESKO  Azərbaycanla 

əlaqələrinə  xüsusi  önəm  verir.  Qonaq  məmnunluqla  vurğuladı 

ki,  İSESKO-nun  Heydər  Əliyev  Fondu  ilə  əlaqələri  də  yüksək 

səviyyədədir. 

Ölkəmizlə  İSESKO  arasında  münasibətləri  yüksək  qiymət-

ləndirən  dövlətimizin  başçısı  bu    təşkilatın  fəaliyyətinin  islam 

dünyası  üçün  xüsusi  önəmi  olduğunu  vurğuladı.  Prezident 

İlham  Əliyev  cənab  Əbdüləziz  bin  Osman  əl-Tüveyjrinin  qısa 

dövr  ərzində  İSESKO-nun  dünyada    rolunun  artırılmasına  və 

təşkilatın gücləndirilməsinə nail olduğunu bildirdi. 

Prezident  İlham  Əliyev  Əbdüləziz  bin  Osman  əl-Tüveyjrini 

Azərbaycanın yüksək mükafatı – «Şöhrət» ordeni ilə təltif etdi. 

İSESKO-nun Baş direktoru onun fəaliyyətinə verilən yüksək 

qiymətə  görə  prezident  İlham  Əliyevə  dərin  minnətdarlığını 

bildirdi. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   117


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə