İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə36/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   32   33   34   35   36   37   38   39   ...   117

 124 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEV  

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 

MƏZARINI ZİYARƏT ETMİŞDİR 

 

10 may 2007-ci il 

 

Mayın  10-da  müstəqil  Azərbaycan  dövlətinin  memarı  və 

qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əli-

yevin  anadan  olmasının  84-cü  ildönümüdür.  Xalqımız,  bütün 

dünyada  Heydər  Əliyevi  tanıyanlar və sevənlər  dördüncü  ildir 

bu  dahi  şəxsiyyətin  doğum  gününü  onsuz  qeyd  edirlər. 

Ümummilli  liderimizin  ad  günü  ərəfəsində  olduğu  kimi,  mayın 

10-da da sübh tezdən respublika ictimaiyyətinin nümayəndələri, 

ölkəmizin  müxtəlif  rayon  və  şəhərlərindən  Bakıya  gəlmiş 

insanlar, qonaqlar axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər 

Heydər  Əliyevin  məzarını  ziyarət  edir,  onun  ruhuna  dua 

oxuyurlar.  

Xalqımızın  xilaskar  oğlunun  doğum  günündə  Azərbaycan 

Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ulu öndərin 

doğmaları,  yaxınları  onun  məzarını  ziyarət  etmək  üçün  Fəxri 

xiyabana gəldilər. 

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əli-

yevin  məzarının  önünə  əklil  qoydu,  onun  ruhu  qarşısında 

baş  əydi.  Azərbaycan  Respublikasının  Dövlət  himni  səs-

ləndi.  

Sonra  prezident  İlham  Əliyev  və  onun  ailə  üzvləri  gör-

kəmli  oftalmoloq,  akademik  Zərifə  xanım  Əliyevanın,  gör-

kəmli  dövlət  xadimi  Əziz  Əliyevin  və  tanınmış  həkim,  alim 

Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri 

qoydular.  



 

125 


Ümummilli  liderimiz  Heydər  Əliyevin  məzarının  ziyarət 

edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin 

sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz 

Mehdiyev,  nazirlər,  komitə  və  şirkət  rəhbərləri,  Milli  Məclisin 

deputatları, 

xarici 

ölkələrin 

Bakıdakı 

diplomatik 

nümayəndəliklərinin rəhbərləri iştirak edirdilər. 

 



 126 

 

 

 

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN  

DOĞUM GÜNÜNDƏ YAŞIL TEATRIN  

AÇILIŞ MƏRASİMİNDƏ NİTQ 

 

Bakı, Yaşıl Teatr 

 

10  may 2007-ci il 

 

Mayın 10-da,  xalqımızın ümummilli  lideri  Heydər  Əliye-



vin  doğum  günündə  Bakıda  Yaşıl  Teatrın  əsaslı  təmir  və 

yenidənqurmadan sonra açılışı olmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak  et-

mişdir. 

Dövlətimizin    başçısını    və    xanımı    Mehriban    Əliyevanı  

teatra  toplaşan  paytaxt  sakinləri,  dövlət  və hökumət nümayən-

dələri hərarətlə qarşıladılar. 

Xatırladaq ki, ötən əsrin 60-cı illərində istifadəyə verilmiş Yaşıl 

Teatr Bakıda mühüm mədəni-kütləvi tədbirlərin keçirildiyi, paytaxt 

sakinlərinin  sevimli  istirahət  yerlərindən  biri  olmuşdur.    Burada 

dünyanın  və  keçmiş  SSRİ-nin  ən  məşhur  incəsənət  ustaları    çıxış 

etmişlər.  Lakin  sonradan  baxımsızlıq  üzündən  teatr  fəaliyyətini 

tamamilə  dayandırmışdı.  1990-cı  ildən  isə  büsbütün  bərbad 

vəziyyətə  düşmüşdü.  Teatrın  Bakı  üçün  önəmini  nəzərə  alan 

prezident İlham Əliyev 2005-ci ilin avqustunda onun əsaslı şəkildə 

yenidən qurulması barədə göstəriş vermişdi. Dövlətimizin başçısı 

burada işlərin gedişi ilə şəxsən maraqlanırdı. Bu diqqət və qayğı, 

habelə  inşaatçıların  səyləri  sayəsində  Yaşıl  Teatr  simasını 

tamamilə  dəyişmişdir.  Açılış  mərasiminə  toplaşanlar  bunu  min-

nətdarlıqla vurğuladılar. 

Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi. 

 



 

127 


 

Hörmətli xanımlar və cənablar! 

Əziz dostlar! 

Bu  gün  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 

Əliyevin  anadan  olmasının  84-cü  ildönümü  tamam  olur.  Biz  bu 

gözəl  gündə  sizinlə  bərabər  Yaşıl  Teatrın  açılışına  toplaşmışıq. 

Əslində,  bildiyiniz  kimi,  Yaşıl  Teatr  1960-cı  illərdə  tikilibdir. 

Ancaq  nəzərə  alsaq  ki,  bura  tamamilə  yenidən  qurulub,  yenidən 

inşa  edilib,  biz  tam  haqlı  olaraq  deyə  bilərik  ki,  bu  gün  Yaşıl 

Teatrın  ikinci  həyatının  başlanmasında  iştirak  edirik.  Bu  gözəl 

teatr həmişə bakılıların ən sevimli yerlərindən biri olmuşdur. 60-cı 

illərdə  tikilmiş  və  istifadəyə  verilmiş  bu  gözəl  mədəniyyət  ocağı 

Bakıya  həm  yaraşıq  verirdi,  həm  də  burada  çox  gözəl  tədbirlər 

keçirilirdi. Azərbaycanın çox tanınmış, çox məşhur ifaçıları, mü-

ğənnilər, yaradıcı qruplar burada öz məharətlərini göstərmişlər. 

Mən  çox  şadam  ki,  biz  qısa  müddət  ərzində  bu  teatrın 

yenidən fəaliyyətə başlamasına nail ola bilmişik. Bundan  sonra 

Yaşıl  Teatr  uzun  illər,  onilliklər  ərzində  Azərbaycan  xalqına 

xidmət  edəcəkdir.  Mən  bu  teatrın  bərpasında  iştirak  etmiş 

bütün  insanlara  dərin  təşəkkürümü,  minnətdarlığımı  bildirmək 

istəyirəm. 

Teatrın  bərpasının  tarixi  də  çox  maraqlıdır.  Xatirimdədir, 

düz  iki  il  bundan  əvvəl  «Gülüstan»  sarayında  müstəqillik 

gününə  həsr  edilmiş  tədbirdən  sonra  mən  saraydan  çıxaraq, 

yuxarıdakı  yolla  piyada  öz  iş  yerimə gedirdim.  Yuxarıdan  bu 

teatrın  vəziyyətinə  baxdım  və  gözümün  qarşısında  çox 

acınacaqlı  mənzərə  canlandı.  Teatr  faktiki  olaraq  dağılmışdı. 

Bu  gün  qaranlıq  düşəndən  sonra  burada  nümayiş  etdiriləcək 

filmdə  o  kadrlar  göstəriləcəkdir.  Mən  dərhal  Bakı  Şəhər  İcra 

Hakimiyyətinin  başçısına  göstəriş  verdim  –  teatr  onların 

tabeliyindədir  –  layihə  hazırlansın.  Memarlar,  inşaatçılar  çox 

gözəl layihə hazırladılar və  yenidənqurma işləri başlandı. İndi, 

iki il keçmədən biz bu teatrın açılışında iştirak edirik. 

Mən  bu  gün  xüsusilə  Bakı  Şəhər  İcra  Hakimiyyətinin 

əməkdaşlarının  işini  qeyd  etmək  istəyirəm.  Onların  böyük 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə