İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə44/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   40   41   42   43   44   45   46   47   ...   117

 

153 


 

 

 



İORDANİYANIN KRALI  

ƏLAHƏZRƏT II ABDULLAHA  

 

Əlahəzrət! 



Əziz qardaşım! 

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə 

Sizi və Sizin simanızda bütün İordaniya xalqını öz adımdan və 

Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.  

Bu  gün  Azərbaycan–İordaniya  münasibətləri  dostluq  və 

əməkdaşlıq  məcrasında  müvəffəqiyyətlə  inkişaf  edir.  Əminəm 

ki, xalqlarımızın istək və iradəsinə uyğun olaraq əlaqələrimizin 

daha  da  genişləndirilməsi,  əməkdaşlığımızın  dərinləşdirilməsi 

istiqamətində  niyyətlərimizi  həyata  keçirmək  üçün  qarşılıqlı 

səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik. 

Belə  bir  xoş  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar, dost İordaniya xalqına sülh və rifah diləyirəm.  



Hörmətlə,  

 

 



 

 

 



İLHAM ƏLİYEV  

 

 

 Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 14 may 2007-ci il 



 

 

 




 154 

 

 

 

 

ARGENTİNA RESPUBLİKASININ PREZİDENTİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB NESTOR KİRÇNERƏ 

 

Hörmətli cənab Prezident! 



Argentinanın  milli  bayramı  –  May  inqilabının  ildönümü 

münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. 

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq 

münasibətləri,  qarşılıqlı  əlaqələrimiz  daim  genişlənəcək  və 

inkişaf edəcəkdir. 

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-

amanlıq və firavanlıq arzulayıram. 

 

Hörmətlə, 

                                              İLHAM ƏLİYEV  

 

 

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 14 may 2007-ci il  




 

155 


 

 

 



BOLQARISTANIN ƏDLİYYƏ NAZİRİ 

GEORGİ PETKANOVUN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

15 may 2007-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ma-



yın  15-də  Prezident  sarayında  Bolqarıstanın  Ədliyyə  naziri 

Georgi  Petkanovun  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 

etmişdir. 

Azərbaycan–Bolqarıstan  ikitərəfli  münasibətlərinin  dinamik 

surətdə inkişafından məmnun olduğunu qeyd edən dövlətimizin 

başçısı  ölkələrimizin  beynəlxalq  təşkilatlar  çərçivəsində  də 

uğurla  əməkdaşlıq  etdiyini  bildirdi.  Azərbaycan  prezidenti  hər 

iki  ölkə  başçılarının  qarşılıqlı  səfərlərinin  əlaqələrimizin  daha 

da  möhkəmlənməsində  xüsusi  əhəmiyyətini  vurğuladı. 

Dövlətimizin  başçısı  Bolqarıstanın  Ədliyyə  nazirinin  Bakıya 

səfərinin ölkələrimiz arasında münasibətlərin bundan sonra da 

inkişafına öz töhfəsini verəcəyinə əminliyini söylədi.  

Bolqarıstanın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa 

böyük maraq göstərdiyini qeyd edən Georgi Petkanov ümidvar 

olduğunu  bildirdi  ki,    ölkələrimizin  Ədliyyə  nazirlikləri 

arasında  əlaqələrin  genişlənməsi  ikitərəfli  münasibətlərimizin 

inkişafında da mühüm rol oynayacaqdır. 

 

 

 

 


 156 

 

 



 

«HESS CORPORATİON»un İDARƏ  

HEYƏTİNİN SƏDRİ VƏ BAŞ İCRAÇI  

RƏHBƏRİ CON HESSİN RƏHBƏRLİK  

ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

16 may 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

mayın 16-da Prezident sarayında «Hess Corporation»un idarə 

heyətinin  sədri  və  Baş  icraçı  rəhbəri  Con  Hessin  rəhbərlik 

etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Con  Hess  rəhbərlik  etdiyi  korporasiyanın  Azərbaycanda 

fəaliyyət  göstərməsindən  və  ölkəmizin  tərəfdaşı  olmasından 

böyük məmnunluğunu ifadə etdi. Qonaq «Hess Corporation»un 

ölkəmizdə görəcəyi gələcək işlər barədə dövlətimizin başçısına 

məlumat verdi. 

Prezident  İlham  Əliyev  Azərbaycanda  xarici  şirkətlərin 

fəaliyyəti  üçün  olduqca əlverişli şəraitin yaradıldığını vurğu-

ladı,  ölkəmizin təşəbbüsü  və  iştirakı  ilə həyata keçirilən  qlobal 

enerji  və  nəqliyyat  layihələrinin  dünyanın  enerji  təhlükəsizliyi 

sistemində mühüm rol oynadığını bildirdi. 

 


 

157 


 

 

 



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEV  

DÖVLƏT KUKLA TEATRINDA,  

HEYDƏR ƏLİYEV ADINA SARAYDA VƏ 

DÖVLƏT RUS DRAM TEATRINDA APARILAN 

ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ 

İLƏ TANIŞ OLMUŞDUR 

 

16 may 2007-ci il 



 

 

Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Döv-



lət  Kukla  Teatrında,  Heydər  Əliyev  adına  Sarayda  və  Dövlət 

Rus  Dram  Teatrında  aparılan  əsaslı  təmir  və  yenidənqurma 

işləri ilə tanış olmuşdur.  

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham 

Əliyevin  «Azərbaycan  teatr  sənətinin  inkişaf  etdirilməsi 

haqqında»  2007-ci  il  19  fevral  tarixli  sərəncamına  uyğun 

olaraq,  Bakının  ən  böyük  mədəniyyət  ocaqları  əsaslı  təmir 

edilir və yenidən qurulur.   

Bu  mühüm  dövlət  əhəmiyyətli  işi  daim  nəzarətdə  saxlayan 

prezident  İlham  Əliyev  əvvəlcə  Dövlət  Kukla  Teatrına  gəldi. 

Dövlətimizin  başçısı  uşaqların  teatra  rahat  gəlib-getməsini 

təmin  etmək  üçün  ətrafdakı  kiçik  və  köhnə  tikililəri  sökərək, 

ərazini  abadlaşdırmaq  və  səliqə-sahman  yaratmaq  barədə 

tapşırıqlar verdi.  

Binanı gəzərkən prezident İlham Əliyev təmir-bərpa işlərinin 

layihəsinə  və  teatrın  təmirdən  sonrakı  görünüşünü  əks  etdirən 

şəklə  baxdı.  Bildirildi  ki,  hazırda  əsasən  bəzək-tərtibat  işləri 

aparılır.  Bərpaçılar  divarlarda  uşaqların  zövqünə  uyğun 

çəkilmiş  rəsmlərin  orijinallığını  saxlamağa  çalışırlar.  «Emba-

wood»  şirkəti  paralel  olaraq  sanitariya  qovşağını,  kommuni-


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə