İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə34/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   30   31   32   33   34   35   36   37   ...   117

 

117 


 

 

 

 

 

 

FRANSA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB  NİKOLA  SARKOZİYƏ 

 

Hörmətli cənab Prezident! 



Fransa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz 

münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. 

Azərbaycan  Respublikası  ilə  Fransa  Respublikası  arasında 

təşəkkül  tapmış  dostluq  münasibətlərinə  böyük  əhəmiyyət 

verirəm.  Əminəm  ki,  ölkələrimiz  arasındakı  əlaqələr,  qarşılıqlı 

maraq doğuran bir çox sahələrdə əməkdaşlığımız xalqlarımızın 

rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  Fransa 

xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 7 may 2007-ci il 

 



 118 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEV 9 MAY QƏLƏBƏ BAYRAMI 

MÜNASİBƏTİLƏ KEÇİRİLƏN MƏRASİMDƏ 

İŞTİRAK ETMİŞDİR  

 

Bakı 

 

9 may 2007-ci il 

 

Böyük  Vətən  müharibəsində  faşizm  üzərində  qələbənin 



62-ci ildönümü münasibətilə mayın 9-da ölkəmizin paytaxtında 

təntənəli mərasim keçirilmişdir.  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  mə-

rasimdə iştirak etmişdir.  

Xatırladaq  ki, faşizm  üzərində  qələbənin  əldə olunmasında, 

SSRİ-nin  bu  müharibədə  qazandığı  tarixi  qələbədə  çox  böyük 

payı  olan  Azərbaycan  xalqı  özünün  600  min  oğul  və  qızını 

cəbhəyə yola salmışdı. Bunların təxminən yarısı döyüşlərdə hə-

lak  olmuşdur.  Müharibə  zamanı  göstərdikləri  igidliyə  görə 

ölkəmizin 120-dən çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına 

layiq  görülmüş,  170  mindən  çox  əsgər  və  zabitimiz  müxtəlif 

orden  və  medallarla  təltif  edilmişdir.  Azərbaycan  diviziyaları 

Qafqazdan  Berlinədək  şanlı  döyüş  yolu  keçmiş,  yüzlərlə  həm-

yerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. İkinci 

dünya  müharibəsində  şərəfli  döyüş  yolu  keçmiş  Azərbaycan 

övladlarının  tarixi  şücaətləri  heç  vaxt  yaddaşlardan 

silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. 

Böyük  Vətən  müharibəsinin  görkəmli  sərkərdələrindən  biri, 

xalqımızın  rəşadətli  oğlu,  tank  qoşunları  general-mayoru,  iki 

dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  Həzi  Aslanovun  məzarı  önünə 

toplaşmış  müharibə  veteranları,  ictimaiyyətin  nümayəndələri, 


 

119 


paytaxt sakinləri  Azərbaycan  prezidenti  İlham   Əliyevi  hörmət 

və ehtiramla qarşıladılar.   

Dövlətimizin  başçısı  müharibə  və  əmək  veteranlarının  hər 

biri  ilə  səmimiyyətlə  görüşdü,  onları  Qələbə  bayramı  mü-

nasibətilə təbrik etdi.  

Prezident  İlham  Əliyev  iki  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı 

Həzi  Aslanovun  qəbirüstü  abidəsi  önünə  əklil  qoydu,  İkinci 

dünya  müharibəsində  misilsiz  qəhrəmanlıqlar  göstərmiş  cəsur 

sərkərdənin,  xalqımızın  igid  oğullarının  əziz  xatirəsini  dərin 

ehtiramla yad etdi.  

Azərbaycanın Dövlət himni əzəmətlə səsləndi.  

Dövlətimizin  başçısı  1941–45-ci  illərin  ağır  və  çətin  sı-

naqlarından keçmiş veteranlara yaxınlaşaraq, onların problem-

ləri,  qayğıları  ilə  maraqlandı.  Veteranlar  ümummilli  liderimiz 

Heydər  Əliyevin  onlara  göstərdiyi  diqqət  və  qayğını 

xatırladaraq, onun siyasi xəttini davam etdirən prezident İlham 

Əliyevə  dərin  minnətdarlıqlarını  bildirdilər.  Onlar  ölkəmizin 

hərtərəfli inkişaf etdirilməsi üçün çalışan dövlətimizin başçısını 

bundan sonra da dəstəkləyəcəklərini vurğuladılar.     

Prezident İlham Əliyev Böyük Vətən müharibəsi veteranları 

ilə xatirə şəkli çəkdirdi.  

Respublikamızın rəhbəri hərbi marşın sədaları altında Fəxri 

qarovul dəstəsinin önündən keçdi.  

Azərbaycan  prezidenti  İlham  Əliyev  daha  sonra  iki  dəfə 

Sovet  İttifaqı  Qəhrəmanı  Həzi  Aslanovun  ailə  üzvləri,  yaxın 

qohumları ilə səmimi görüşdü, Qələbə günü münasibətilə onları 

təbrik etdi. 


 120 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEV  

MİLLİ MƏCLİSDƏ «HEYDƏR ƏLİYEV  

XATİRƏ ZALI»NIN AÇILIŞINDA İŞTİRAK 

ETMİŞDİR 

 

Milli Məclis 

 

9 may 2007-ci il  

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  mayın  9-da  Milli 



Məclisdə  «Heydər  Əliyev  xatirə  zalı»nın  açılışında  iştirak 

etmiş,  parlament  binasının  birinci  və  ikinci  mərtəbəsində 

aparılan yenidənqurma və bərpa işləri ilə tanış olmuşdur.  

Dövlətimizin  başçısını  binanın  qarşısında  Milli  Məclisin 

sədri Oqtay Əsədov və parlament sədrinin müavinləri hörmətlə 

qarşıladılar.  

Prezident  İlham  Əliyev  əvvəlcə  xatirə  zalı  ilə  tanış  oldu. 

Məlumat verildi ki, xatirə zalında ümummilli liderimizin gləcək 

nəsillərə örnək olan həyat yolunu, siyasi, dövlətçilik fəaliyyətini 

əks  etdirən  eksponatlar  toplanmışdır.  «Böyük  həyatın 

astanasında»,  «Sovet  təhlükəsizlik  xidməti    leytenantından 

generalınadək», «Sovet Azərbaycanını ucaldan rəhbər», «Qay-

ıdış:  müstəqillik  uğrunda  yenilməz  mübariz»,  «Qurtuluş: 

müstəqil  dövlətin  xilaskarı  və  qurucusu»,  «Azərbaycanın  ərazi 

bütövlüyü  bərpa  olunacaqdır»,  «Azərbaycan  ordusu  müstəqil 

dövlətimizin  əsas  dayağıdır»,  «Azərbaycançılıq,  müstəqillik, 

dövlətçilik»  və  «Azərbaycanın  müstəqil  xarici  siyasətinin  ba-

nisi»  bölmələrində  Heydər  Əliyevin  uşaqlıq,  gənclik  illərinə, 

Sovet İttifaqının dövlət təhlükəsizliyi sistemində ilk azərbaycanlı 

generalın  1944–67-ci  illəri  əhatə  edən  fəaliyyətinə,  siyasi  və 

dövlət xadimi kimi, Sovet Azərbaycanına başçılıq  etdiyi dövrə, 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə