İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə31/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   27   28   29   30   31   32   33   34   ...   117

 106 

planlaşdırırıq. 

Əsrlər  boyu  müstəqillikdən  məhrum  olmuş  ölkəmizin  indi 

öz  milli  köklərinə  qayıtması,  tam  müstəqil ölkə  kimi  yaşaması 

bizim  üçün  ən  böyük  sərvətdir.  Ərəb  Dövlətləri  Cəmiyyətinin 

üzvü  olan  ölkələrlə  bizim  mədəniyyətimizdə,  ənənələrimizdə 

çox 

oxşarlığımız 



var, 

dinimiz 


eynidir. 

Bu 


bizim 

əməkdaşlığımız üçün çox möhkəm əsasdır. Biz ərəb ölkələri ilə 

münasibətlərimizi  genişləndirmək  istəyirik.  Çox  qısa  müddət 

ərzində  biz təşkilata  üzv olan ölkələrdə  7 səfirliyimizi açmışıq 

və  gələcəkdə  onların  sayının  artırılmasını  planlaşdırırıq.  Bu 

bizim  üzv  ölkələrlə  ikitərəfli  münasibətlərə  verdiyimiz 

əhəmiyyəti nümayiş etdirir. 

Eyni  zamanda,  beynəlxalq  təşkilatlarda,  BMT-də  bizə  aid 

olan  məsələlərin  müzakirəsində  bir-birimizi  dəstəkləyirik. 

Misal  üçün,  Dağlıq  Qarabağ  münaqişəsi  məsələsində  biz  hər 

zaman  bu  dəstəyi  duymuşuq  və  digər  məsələlərdə  də  qarşılıqlı 

dəstək olubdur. Bu bizim əməkdaşlığımızın bariz nümunəsidir. 

On ildən çoxdur  ki,  bizim üzləşdiyimiz  əsas  problem  Azər-

baycan  torpaqlarının  20  faizinin  Ermənistan  tərəfindən 

işğalının  davam  etməsidir.  Ermənistan  dövləti  tərəfindən 

azərbaycanlılara  qarşı  aparılmış  etnik  təmizləmə  siyasəti 

nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında qaçqın 

və məcburi köçkün vəziyyətinə düşmüşdür.  

Azərbaycanın  Dağlıq  Qarabağın  inzibati  hüdudlarından 

kənarda  yerləşən  yeddi  rayonu  da  10  ildən  çoxdur  ki,  işğal 

altındadır.  Dağlıq  Qarabağın  özü  işğal  altındadır.  Dağlıq 

Qarabağda  yaşamış  40  min  azərbaycanlı  oradan  qovulmuşdur. 

Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yaşamış 700 

min  azərbaycanlı  məcburi  köçkün  vəziyyətinə  düşmüşdür. 

Ermənistanın  özündən  250  min  azərbaycanlı  qovulmuşdur. 

Ermənistan  tərəfindən  azərbaycanlılara  qarşı  soyqırımı, 

işğalçılıq  siyasəti  nəinki  mülki  əhali  arasında  minlərlə  insan 

tələfatına  səbəb  olmuş,  həm  də  infrastrukturun  tam  dağıdılması 

ilə nəticələnmişdir. Azərbaycanın  8  şəhəri,   demək    olar   ki,  

tam    məhv    edilmişdir.    Bütün    məscidlər,  qəbiristanlıqlar, 




 

107 


tarixi 

abidələrimiz 

Ermənistan 

işğalçıları 

tərəfindən 

dağıdılmışdır. 

Təbii  ki,  biz  Ermənistan  işğalçılarından  torpaqlarımızdan 

dinc  yolla  çıxmağı  tələb  edirik.  Çünki  biz  bu  məsələni 

beynəlxalq  hüquq  norma  və  prinsipləri,  BMT  Təhlükəsizlik 

Şurasının  4  qətnaməsi  əsasında  dinc yolla həll etmək istəyirik. 

Həmin  qətnamələr  Ermənistan  işğalçı  qüvvələrinin  torpaqla-

rımızdan  dərhal  çıxarılmasını  tələb  edir.  Lakin  eyni  zamanda, 

biz  görürük  ki,  əfsuslar  olsun,  sülh  danışıqları  hər  hansı  bir 

həll yolu ilə nəticələnmir. 

Biz  birmənalı   olaraq  problemin   həllini  həm  də  güclü   ol-

mağımızda   görürük.   Bu   gün  bizim iqtisadiyyatımız Ermənistan 

iqtisadiyyatından  ən  azı  yeddi  dəfə  böyükdür.  Bizim  iqtisadi 

inkişafımız sürətlidir. Nəhəng enerji layihələrini həyata keçiririk və 

onların  nəticəsində  güclü  iqtisadi  potensial  yaranacaqdır.  Biz 

müdafiə  imkanlarımızın  maliyyələşdirilməsini  artırırıq.  Bu  gün 

Azərbaycanda  təkcə  hərbi  məqsədlərə  xərclər  Ermənistanın  bütün 

büdcəsinə  bərabərdir.  Ölkələrimiz  arasında  olan  fərqlər  get-gedə 

artır və bu amil problemin həllində bizə yardım edəcəkdir. Bir daha 

demək istəyirəm ki, bu bizim bir nömrəli problemimizdir. Biz yüz 

minlərlə  azərbaycanlının  özlərinin  qədim,  doğma  torpaqlarına 

qayıtması üçün çox çalışırıq. 

Mən  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  müsəlman  ölkə-

lərindəki  qardaşlarımız    bizi    dəstəkləməkdə  davam  edirlər. 

Bizim üçün bu dəstək çox vacibdir. Mən sizinlə görüşmək üçün 

yaradılmış imkana görə sizə bir daha minnətdarlığımı bildirmək 

istəyirəm.  Cənab  Baş  katibə  onun  qonaqpərvərliyinə  görə 

minnətdarlığımı bildirirəm. Bizim elə indicə çox maraqlı müza-

kirəmiz oldu və bütün məsələlərdə mövqelərimiz üst-üstə düşür. 

Diqqətinizə görə çox sağ olun. 

 

 

 



 

 



 108 

* * * 


 

Ə m r     M u s a: Cənab  Prezident,  çox  sağ  olun.  Azərbay-

can  və  Yaxın  Şərqlə  bağlı  məzmunlu  çıxışınıza,  o  cümlədən 

regionda  sülhün  və  əmin-amanlığın  bərqərar  olunmasında 

Azərbaycanın  mövqeyini  bildirdiyinizə  görə  Sizə  minnətdarıq. 

Sizin  bu  çıxışınız  bizim  üçün  və  region  ölkələri  üçün  həddən 

artıq maraqlı idi. 

Cənab Prezident, Siz öz çıxışınızda ölkənizdə və ətraf regionda 

olan  siyasi  və  təhlükəsizlik  məsələləri    ilə    bağlı    bizə   müfəssəl  

məlumat  verdiniz  və  mən  bundan  şərəf  duyuram.  Hamı  bilir  

ki,    Ərəb    Dövlətləri  Cəmiyyəti  ilə  Azərbaycan  Respublikasının 

Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə sazişi imzalanmışdır 

və bu bizim daha səmərəli əməkdaşlığımıza kömək edən mühüm 

bir sənəddir. 

Zati-aliləri  cənab  Prezident,  bizimlə  görüşməyə  vaxt  tap-

dığınıza  və  öz  mülahizələrinizi  bölüşdürdüyünüzə  görə  Sizə 

dərin təşəkkürümüzü bildirməkdən şərəf hissi duyuruq. 




 

109 


 

 

 



YERLİ VƏ XARİCİ KİV-in NÜMAYƏNDƏLƏRİ 

ÜÇÜN MƏTBUAT KONFRANSI 

 

Qahirə 

 

7 may 2007-ci il 

 

Mayın 7-də Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələ-



rin səfirləri ilə görüşdən sonra yerli və xarici kütləvi informasiya 

vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirildi. 

Ərəb  Dövlətləri  Cəmiyyətinin  Baş  katibi  Əmr  Musa  və 

Azərbaycan  prezidenti  İlham  Əliyev  əvvəlcə  jurnalistlər  qar-

şısında çıxış etdilər. 

Ə m r  M u s a: İlk növbədə Azərbaycan    Respublikasının  

Prezidenti  cənab  İlham  Əliyevi Ərəb Dövlətləri Cəmiyyətində 

bir  daha  salamlayıram.  Cənab  prezidentlə  görüşümüzdə 

Azərbaycanın yerləşdiyi regionda, Yaxın Şərqdə vəziyyət və ərəb 

dünyasını  maraqlandıran  bütün  məsələlər,  Azərbaycan  və  ərəb 

ölkələri  arasında  əməkdaşlıq  ətrafında  müzakirələr  aparıldı.  Cə-

nab prezident Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələrin 

səfirləri qarşısında çıxış etdi və regionda, Azərbaycanın ətrafında 

cərəyan edən hadisələrlə bağlı öz fikirlərini bölüşdü. Səfirlər bu 

müfəssəl  və  əhəmiyyətli  çıxışına  görə  cənab  prezidentə  təşək-

kürlərini bildirdilər. 

İndi  isə  icazə  verin  sizin  suallarınızdan  öncə  sözü  cənab 

prezidentə verim. 

İ l h a m   Ə l i y e v: Ən əvvəl mən ikitərəfli əlaqələrə dair 

fikir  mübadiləsi  aparmaq  üçün  yaradılmış  fürsətə  görə  cənab 

Baş katibə öz minnətdarlığımı bildirirəm. 

Ərəb Dövlətləri Cəmiyyəti ilə  Azərbaycan arasında əlaqələr 

çox  uğurla  inkişaf edir.  Hazırda  biz bu yaxınlarda  imzalanmış 

memorandum  çərçivəsində  çox  fəal  işləyirik  və  ümid  edirəm 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə