İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə29/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   25   26   27   28   29   30   31   32   ...   117

 

99 


masının,  bu  problemin  tezliklə  həll  olunmasının,  qaçqın  və 

məcburi  köçkünlərin  öz  yurdlarına  qayıtmasının  zəruriliyini 

vurğuladılar.  

Sonra prezident İlham Əliyevə xüsusi medal təqdim olundu. 

Əhməd Fəthi Sürur dedi ki, qızıldan hazırlanmış bu medal Misir 

Xalq Məclisinin ali qonaqlarına təqdim edilir. 

Medalın  bir  üzündə  Azərbaycan  prezidenti  İlham  Əliyevin 

adı yazılmış, digər tərəfində isə Misir parlamenti binasının şəkli 

əks olunmuşdur.   

  


 100 

 

 



 

MİSİRİN BAŞ NAZİRİ ƏHMƏD NAZİF  

İLƏ GÖRÜŞ 

 

Nazirlər Şurasının binası 

 

7 may 2007-ci il 

 

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin Misir Ərəb Respublikası Nazirlər Şurasının binasında 

Baş nazir Əhməd Nazif ilə təkbətək görüşü olmuşdur.  

Söhbət  zamanı  ölkələrimiz  arasında  iqtisadi  əməkdaşlığın 

inkişafından  məmnunluq  bildirildi,  bu  sahədə  əlaqələrin  daha 

da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulandı. 

İqtisadi  münasibətlərin  daha  da  genişlənməsində  Azərbaycan–

Misir  hökumətlərarası  komissiyasının  fəal  rol  oynayacağına 

əminlik  ifadə  edilən  görüşdə  bildirildi  ki,  prezident  İlham 

Əliyevin  səfəri  çərçivəsində  imzalanacaq  sənədlər  bu  işə  öz 

töhfəsini verəcəkdir.  

 

 




 

101 


 

 

 



AZƏRBAYCAN–MİSİR SƏNƏDLƏRİNİN  

İMZALANMA MƏRASİMİ 

 

Qahirə 



 

7 may 2007-ci il 

 

Mayın 7-də Qahirədə Nazirlər Şurasının binasında Azər-



baycan prezidenti İlham Əliyevin və Misirin Baş naziri Əhməd 

Nazifin iştirakı ilə sənədlərin imzalanma mərasimi olmuşdur. 

Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası 

Hökuməti arasında idman sahəsində Əməkdaşlıq haqqında sazişi 

Azərbaycan tərəfdən Gənclər və İdman naziri Azad Rəhimov, Misir 

tərəfdən  Milli  İdman  Komitəsinin  sədri  Həsən  Sakr  imzaladılar. 

Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  və  Misir  Ərəb 

Respublikasının Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq haqqında 

sazişi  Azərbaycan  tərəfdən  Ədliyyə  Naziri  Fikrət  Məmmədov, 

Misir  tərəfdən  Beynəlxalq  Əməkdaşlıq  naziri  xanım  Faizə 

Əbülnəqa  imzaladılar.  Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı  Nazirliyi  və  Misir  Ərəb  Respublikasının  Kənd  Təsər-

rüfatı  və  Torpaqlardan  İstifadə  Nazirliyi  arasında  Əməkdaşlıq 

haqqında sazişi Azərbaycan tərəfdən İqtisadi İnkişaf naziri Heydər 

Babayev,  Misir  tərəfdən  Beynəlxalq  Əməkdaşlıq  naziri  Faizə 

Əbülnəqa imzaladılar. Azərbaycanın poçt təşkilatı və Misirin Milli 

poçt təşkilatı arasında Beynəlxalq pul baratlarının mübadilə olun-

ması üzrə sazişi İqtisadi İnkişaf naziri Heydər Babayev və Misirin 

İnformasiya-Kommunikasiya  Texnologiyaları  naziri  Tariq  Kamal 

imzaladılar.  Azərbaycan  Dövlət  Teleqraf  Agentliyi  (AzərTAc)  və 

Misirin  Yaxın  Şərq  Xəbərlər  Agentliyi  (MENA)  arasında 

Əməkdaşlıq    haqqında  sazişi  AzərTAc-ın  Baş  direktoru  Aslan 

Aslanov  və  MENA-nın  idarə  heyətinin  sədri  və  Baş  redaktoru 

Abdulla Həsən imzaladılar. Azərbaycan Respublikası Hökuməti və 


 102 

Misir  Ərəb  Respublikası  Hökuməti  arasında  turizm  sahəsində 

Əməkdaşlıq  haqqında  anlaşma  memorandumunu  Azərbaycan 

tərəfdən  Xarici  İşlər  naziri  Elmar  Məmmədyarov,  Misir  tərəfdən 

Turizm  Naziri  Züheyr  Qaranah  imzaladılar.  Azərbaycan 

Respublikasının  Daxili  İşlər  Nazirliyi  və  Misir  Ərəb 

Respublikasının  Daxili  İşlər  Nazirliyi  arasında  Əməkdaşlıq 

haqqında  anlaşma  memorandumunu  Azərbaycan  tərəfdən  Daxili 

şlər naziri Ramil Usubov, Misir tərəfdən Daxili İşlər naziri Həbib 

əl-Ədli  imzaladılar.  Azərbaycan  Respublikasının  Ekologiya  və 

Təbii  Sərvətlər  Nazirliyi  və  Misir  Ərəb  Respublikasının  Mineral 

Ehtiyatlar  qurumu  arasında  texniki  Əməkdaşlıq  protokolunu 

Azərbaycan  tərəfdən  Xarici  İşlər  naziri  Elmar  Məmmədyarov, 

Misir  tərəfdən  Neft  naziri  Samih  Fəhmi  imzaladılar.  Azərbaycan 

Respublikasının  Abşeron  rayonu  və  Misir  Ərəb  Respublikasının 

Qəlyubiyyə  vilayəti  arasında  anlaşma  memorandumunu  Azər-

baycan  tərəfdən  ölkəmizin  Qahirədəki  səfiri  Faiq  Bağırov,  Misir 

tərəfdən  Qəlyubiyyə  valisi  Ədli  Hüseyn  imzaladılar.  Azərbaycan 

Respublikasının  M.F.Axundov  adına  Milli  Kitabxanası  və  Misir 

Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanası arasında anlaşma 

memorandumunu  Azərbaycan  tərəfdən  səfir  Faiq  Bağırov,  Misir 

tərəfdən İsgəndəriyyə kitabxanasının idarə heyətinin sədri İsmayıl 

Siracəddin  imzaladılar.  Azərbaycan  Respublikasının  Rabitə  və 

İnformasiya  Texnologiyaları  Nazirliyi  və  Misir  Ərəb 

Respublikasının  İnformasiya-Kommunikasiya  Texnologiyaları 

Nazirliyi arasında Əməkdaşlıq haqqında anlaşma memorandu-

muna  əlavə  protokolu  Azərbaycan  tərəfdən  İqtisadi  İnkişaf 

naziri  Heydər  Babayev,  Misir  tərəfdən  İnformasiya-Kommuni-

kasiya  Texnologiyaları  naziri  Tariq  Kamal  imzaladılar.  Azər-

baycan  Respublikası  Hökuməti  və  Misir  Ərəb  Respublikası 

Hökuməti arasında Hava nəqliyyatı haqqında sazişə əlavə pro-

tokolu  Azərbaycan  tərəfdən  «Azərbaycan  Hava  Yolları»  Dövlət 

Konserninin  Baş  direktoru  Cahangir  Əsgərov,  Misir  tərəfdən 

Mülki Aviasiya Təşkilatının sədri İhəb Sadiq imzaladılar.   

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə