İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə26/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   22   23   24   25   26   27   28   29   ...   117

 

89 


araşdırmalıdırlar.  Misal  üçün,  əczaçılıq,  kənd  təsərrüfatı,  neft 

kimyası  və  kimya  sənayesi  gələcəkdə  mümkün  əməkdaşlıq 

sahələri  ola  bilər.  Xidmətlər  sahəsində  potensial  qüvvəmizin 

möhkəmləndirilməsi mümkündür. Bu, xüsusən də çox yaxından 

əməkdaşlıq  edə  biləcəyimiz  turizm  sahəsinə  aiddir.  Tikinti 

aydın  potensialı  olan  digər  əməkdaşlıq  sahəsidir.  Əlbəttə  ki, 

informasiya texnologiyaları sahəsi siyahıda ilk yerlərdən birini 

tutur. 


Ölkələrimiz  bazar  iqtisadiyyatına  aparan  eyni  yolla  ad-

dımlayır. Biz sərmayədarlarımızı bir-biri ilə daha yaxın təmasda 

olmağa  çağırırıq.  Mən  Azərbaycandakı  sərmayədarları 

əməliyyatların  asanlaşdırılması  məqsədi  ilə  son  illər  ərzində 

atdığımız  addımlardan  bəhrələnməyə  dəvət  edirəm.  Eyni 

zamanda,  biz  birgə  müəssisələrin  yaradılmasını  çox  istəyirik. 

Sərmayədarlarımız  həmin  addımlar  əsasında  nailiyyətlər  əldə 

edə bilər. 

Cənab  Prezident,  bu  gün  səhər  mən  Sizi  bir  daha  Misirdə 

salamlayıram.  Əminəm  ki,  səfəriniz  bizim  gözəl  münasibət-

lərimizdə yeni səhifə olacaqdır.  

Cənab səfir,  ümid  edirəm  ki,  səfirliyin  yeni  binasından  çox 

razı qalacaqsınız. 

Çox sağ olun. 

 

Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevin çıxışı 

 

Hörmətli cənab Baş nazir! 



Hörmətli xanımlar və cənablar! 

Əziz dostlar! 

Mən  Azərbaycan  səfirliyini  Qahirənin  ən  gözəl  yerlərindən 

birində  yerləşən  yeni  binasının  açılışı  ilə  əlaqədar  təbrik 

etmək  istəyirəm.  Səfirliyimiz  Misirdə  illərdən  bəri  fəaliyyət 

göstəribdir.  Müstəqilliyimizi  əldə  etdikdən  sonra  Misir 

Azərbaycanın  öz  səfirliyini  açmaq  üçün  seçdiyi  ilk  ölkələrdən 

biri  olmuşdur.  Bu,  ikitərəfli  münasibətlərimizə  verdiyimiz 




 90 

əhəmiyyəti  nümayiş  etdirir.  Müstəqillik  qazandığımız  vaxtdan 

etibarən əlaqələrimiz çox uğurla inkişaf etmişdir. 

Lakin  uzun  illər  ərzində  səfirlik  şəhərin  müxtəlif  yerlərində 

binaları  icarəyə  götürməli  olurdu.  Bu  gün  isə  gözəl  bir  yerdə 

və  möhtəşəm  binada  biz  səfirliyimizin  təzə  iş  yerinin  açılışını 

qeyd  edirik.  Əminəm  ki,  səfirliyin  işçiləri,  diplomatlar 

ölkələrimiz  arasında  dostluq  və  qardaşlıq  münasibətlərinin 

inkişaf etdirilməsi üçün əllərindən gələni edəcəklər. 

Əlaqələrimizin    uzun  tarixi  var.  Xalqlarımız  əsrlər  boyu 

əməkdaşlıq  etmişlər.  Yalnız  müstəqillikdən  sonra  Azərbaycan 

beynəlxalq  birliyin  üzvünə  çevrildi  və  biz  aramızda  ikitərəfli 

münasibətlər qurmağa başladıq. 

Bu  günə  qədər  bizim  çox  yaxşı  nailiyyətlərimiz,  çox 

möhkəm  siyasi  dialoqumuz,  güclü  iqtisadi  inkişaf  üçün  yaxşı 

perspektivlərimiz  və  humanitar  sahədə  əməkdaşlıq  imkan-

larımız olubdur. 

Mənim  indiki  səfərim  Azərbaycan  Respublikası  Prezidentinin 

Misirə  ilk  rəsmi  səfəridir.  Bu  gün  səhər  Misir  prezidenti  ilə 

keçirdiyim  görüş  və  apardığım  müzakirələr  ölkələrimiz  arasında 

ikitərəfli  münasibətlərin  və  regional  işlərdə  mövqelərin  yaxın 

olduğunu  bir  daha  sübuta  yetirdi.  Biz  beynəlxalq  təşkilatlar 

çərçivəsində  çox  uğurla  əməkdaşlıq  edirik.  Əminəm  ki,  bu  səfər 

münasibətlərimizin inkişafında yeni səhifə açacaqdır. 

Eyni  zamanda,  sizə  məlumat  vermək  istəyirəm  ki,  mən  cənab 

prezidenti Azərbaycana rəsmi səfərə dəvət  etmişəm.  Bu  fürsətdən  

istifadə  edərək,  cənab  Baş  naziri  də  ölkəmizə  dəvət  edirəm  ki,  

ikitərəfli dialoqumuzu davam etdirək. 

Cənab  Baş  nazir  iqtisadi  əlaqələrimizin  genişləndirilməsinin 

vacibliyi haqqında danışdı. Hesab edirəm ki, hazırda bunu etmək 

üçün çox yaxşı imkanlar və potensial var. Azərbaycan iqtisadiyyatı 

sürətlə inkişaf edən ölkədir. Artıq üçüncü ildir ki, ölkəmiz nəinki 

regionda,  o  cümlədən  bütün  dünyada  ümumi  daxili  məhsulun 

artımına görə birinci yeri tutur. Bu göstərici 2005-ci ildə 26 faiz, 

2006-cı  ildə  35  faiz  olmuşdur.  2007-ci  ilin  birinci  rübündə  isə 

ümumi daxili məhsulun artımı 40 faizdir. Bu bizim imkanlarımızı 




 

91 


artırır. 

Ölkəmiz  böyük  həcmdə  karbohidrogenlər  ixrac  edən  ölkəyə 

çevrilir.  Biz  iqtisadi  əməkdaşlığımızı  genişləndirmək  arzusun-

dayıq. Misir şirkətlərini ölkəmizdə sərmayədarlar, xidmət şirkətləri 

kimi alqışlayacağıq. İşgüzar dairələrimizə məsləhət  verəcəyik ki, 

sizin  ölkə  ilə  iqtisadi  əməkdaşlıqda  daha  fəal  olsunlar,  çünki 

potensial böyükdür. Biznesi birgə aparmaq üçün qarşılıqlı arzu çox 

möhkəm  siyasi  əlaqələrə,  ümumi  tariximizə,  birgə  dəyərlərimizə 

və  ölkələrimiz  arasında  münasibətlərin  hazırkı  səviyyəsinə 

əsaslanır. 

Əminəm  ki,  əgər  biz  iqtisadi  əməkdaşlığımızın  praktik 

elementlərinə  diqqət  yetirsək,  çox  yaxın  zamanlarda  bunun 

nəticələrini görəcəyik. Sabah cənab Baş nazirlə görüşümüz olacaq 

və  biz  iqtisadi  əməkdaşlığımızın  praktik  elementlərini  müzakirə 

edəcəyik. Eyni zamanda, əməkdaşlığımızın, demək olar ki, bütün  

aspektlərini  əhatə  edəcək  çox  mühüm  sənədlər  imzalanacaqdır.  

Bu,  gələcək  əməkdaşlığın  hüquqi çərçivəsi olacaq və əminəm ki, 

həmin  addımlar  yaxın  gələcəkdə  çox  praktik  nəticələrini 

verəcəkdir. 

Mən  eyni    zamanda,    bu    fürsətdən    istifadə    edərək,    səfəri-

mizin  ilk  dəqiqələrindən  duyduğumuz qonaqpərvərliyə görə ölkə 

rəhbərliyinə  və  bütün  Misir  xalqına  minnətdarlığımı  bildirmək 

istəyirəm. Biz ümid edirik ki, sizi Azərbaycanda qəbul edəcək və 

sizə 


öz 

qonaqpərvərliyimizi 

nümayiş 

etdirəcəyik 

və 

tərəfdaşlığımızı, dostluğumuzu davam etdirəcəyik. 



Mən  xüsusilə  səfirliyin  işçilərini  belə  gözəl  binada  işləmək 

imkanını əldə etdiklərinə görə təbrik etmək istəyirəm. Bu cür əla 

şərait  yaradılırsa,  onlar  gərək  daha  da  ürəkdən  çalışsınlar  və 

üzərlərinə düşən bütün işləri görsünlər. 

Çox sağ olun. 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə