İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə22/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   18   19   20   21   22   23   24   25   ...   117

 72 

normal  mövqe  nümayiş  etdiririk.  Biz  deyirik  ki,  yaxşı,  Dağlıq 

Qarabağın  statusu  olsun.  Nəzərə  alsaq  ki,  sovet  vaxtında  Dağlıq 

Qarabağ muxtar vilayət idi, yəni statusu olmuşdur, ondan da üstün 

status  ola  bilər.  Biz  demişik  ki,  dünyada  onları  qane  edən  hansı 

muxtariyyət  statusu  varsa,  biz  ona  razıyıq.  Ancaq  Azərbaycanın 

tərkibində.  Bu,  başlıca  şərtdir.  Biz  bu  mövqedən  bir  addım  da 

geriyə  çəkilməyəcəyik.  Çox  müsbət  haldır  ki,  beynəlxalq 

təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan ATƏT-in 

Minsk qrupu da bizim bu mövqeyimizə şərikdir. 

Sülhməramlı  qüvvələr  gətirilə  bilər.  Özü  də  bu  bizim  istə-

yimiz  olmayıbdır.  Biz  buna  ehtiyac duymuruq. Ancaq görürük 

ki,  Ermənistan  tərəfi  bizdən  bərk  qorxur  və  istəyir  öz 

təhlükəsizliyini təmin etsin. Biz prinsip etibarilə etiraz etmirik ki, 

sülhməramlı  qüvvələr  orada  müvəqqəti  olaraq  yerləşdirilsin. 

Dünya  praktikasında  bu  var.  Bilirsiniz  ki,  başqa  münaqişəli 

zonalara  sülhməramlı  qüvvələr  həmişə  gəlirlər  və  orada  xidmət 

edirlər.  Eyni  zamanda,  Dağlıq  Qarabağ  Ermənistanla  quru  yolla 

əlaqə saxlamaq üçün Laçın dəhlizindən də istifadə edə bilər.  Yəni 

əsas danışılan,  müzakirə olunan prinsiplər budur.  Azərbaycanın 

mövqeyi  necə  vardısa,  mən  sizə  deyirəm.  Kim  nə  deyəcəksə,  öz 

siyasi məqsədlərini güdən, yaxud Ermənistan nümayəndəsi, yaxud 

da  başqa  nümayəndə  nə  deyərsə,  ona  inanmayın.  Mənə  inanın. 

Mən  heç  vaxt  öz  sözümdən  geri  dönməmişəm.    Nəyi    demişəm,   

onu  da  etmişəm.  İstər  siyasətdəistər  iqtisadiyyatdaistərsə  də  

bizim planlarımızda. 

Üç  il  bundan  əvvəl  bəyan  etmişdim  ki,  Azərbaycanda  600 

min iş yerinin yaradılması mənim məqsədimdir.  Yəqin  ki,  artıq  

biz  buna  bu  il  nail  olacağıq.  Demişdim  ki,  bir  dənə  də  çadır  

şəhərciyi  qalmayacaqdır.  Qalmayacaq,  bunu  bu  il  həll  edirik. 

Demişdim  ki,  yoxsullar  olmayacaq,  yoxsulluğun  səviyyəsi  aşağı 

düşübdür.  Demişdim  ki,  Bakı–Tbilisi–Ceyhanı  biz  tikəcəyik, 

tikdik.  Demişdim  ki,  Bakı–Tbilisi–Ərzurumu  tikəcəyik,  tikdik. 

Demişdim  ki,  Bakı–Tbilisi–Qars  dəmir  yolunu  biz  tikməliyik, 

bunun  tikintisinə  bir  neçə  aydan  sonra  başlayacağıq  və  beləliklə, 

Ermənistanı dəmir yolu vasitəsilə də bütün layihələrdən tamamilə 




 

73 


kənarda  qoyacağıq.  Ermənistan  bundan  sonra  heç  vaxt  bizimlə 

rəqabət  apara  bilməyəcəkdir.  Əgər  onlar  öz  gələcəyini 

düşünürlərsə,  əgər  təhlükəsizlik  şəraitində  yaşamaq  istəyirlərsə, 

əgər öz sərhədlərində qüdrətli və hər an öz torpaqlarını silah yolu 

ilə azad etməyə hazır olan Azərbaycanı görmək istəmirlərsə, əgər 

bizimlə  dostluq  şəraitində  yaşamaq  istəyirlərsə,  öz  seçimini 

etsinlər, bizim torpaqlardan çıxsınlar və imkan versinlər ki, bizim 

millətimiz,  camaatımız  rahat,  sülh  yolu  ilə  öz  torpaqlarına 

qayıtsın. 

Əziz bacılar və qardaşlar! 

Mən bir daha vurğulamaq istəyirəm ki, bu sözləri başqa yerdə 

də  deyə  bilərdim.  Çünki  bu  danışıqlar  haqqında  söz-söhbət, 

şayiələr gedir. Yenə də deyirəm, əfsuslar olsun, Azərbaycanda bəzi 

cılız  siyasi  qüvvələr  Ermənistanla  birləşərək,  Azərbaycanın 

mövqeyini  zəiflətmək  istəyirlər,  yaxud  da  bizim  haqqımızda 

həqiqətə  uyğun  olmayan  yalan,  böhtan  məlumatlar  yaymaq 

istəyirlər.  Mən  bunu  başqa  yerdə  də  deyə  bilərdim.  Mən  bunu 

məhz burada, şuşalıların qarşısında deyirəm, qaçqın-köçkün bacı-

qardaşlarımızın qarşısında deyirəm. 

Sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan dövləti heç 

vaxt  milli  maraqlara  uyğun  olmayan  addımları  atmaz.  Biz  öz 

doğma  torpağımızı  müdafiə  edəcəyik  və  ərazi  bütövlüyümüzü 

bərpa edəcəyik. 

Sizi  bir  daha  salamlayıram.  Bu  gözəl  qəsəbənin  açılışı 

münasibətilə  sizi  təbrik  edirəm.  Burada  xoşbəxt  yaşayın.  Amma 

müvəqqəti  olaraq.  Siz  öz  doğma  torpaqlarınıza  mütləq  qa-

yıdacaqsınız! Sağ olun. 



 74 

 

 



 

ALMANİYANIN LÜDVİQSHAFEN ŞƏHƏRİNİN 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

4 may 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  4-də  Prezident  sarayında  Almaniyanın  Lüdviqshafen 

şəhərinin meri xanım Yeva Louzenin başçılıq etdiyi nümayəndə 

heyətini qəbul etmişdir. 

Dövlətimizin  başçısı  ölkələrimiz  arasında  ikitərəfli  müna-

sibətlərin  uğurla  inkişaf  etdiyini  vurğuladı.  Son  iki  il  yarım 

ərzində iki dəfə Almaniyada rəsmi səfərdə olduğunu qeyd edən 

Azərbaycan  prezidenti  İlham  Əliyev  bu  ilin  fevral  ayında 

sonuncu  səfərini  xatırlayaraq,  bu  səfər  zamanı  Almaniyanın 

kansleri  və  eləcə  də  iş  adamları ilə  keçirdiyi  müxtəlif  səviyyəli 

görüşlərin  əməkdaşlığımızın  inkişafı  baxımından  əhəmiyyətli 

olduğunu bildirdi. 

Dövlətimizin  başçısı  qardaşlaşmış  şəhərlər  olan  Sumqayıt 

ilə  Lüdviqshafen  arasında  əməkdaşlığın  da  ikitərəfli  müna-

sibətlərimizin inkişafına töhfələr verəcəyinə əminliyini söylədi. 

Lüdviqshafen  şəhərinin  meri  xanım  Yeva  Louze  Azər-

baycanla tanışlığın onlarda böyük təəssürat oyatdığını bildirdi, 

Sumqayıt  şəhəri  ilə  əməkdaşlığa  xüsusi  önəm  verdiklərini 

vurğuladı. 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə