İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə30/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   26   27   28   29   30   31   32   33   ...   117

 

103 


 

 

ƏRƏB DÖVLƏTLƏRİ CƏMİYYƏTİNİN  

BAŞ KATİBİ ƏMR MUSA  

İLƏ GÖRÜŞ 

 

Qahirə, Ərəb Dövlətləri Cəmiyyətinin iqamətgahı 

 

7 may 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  7-də  Qahirədə  Ərəb  Dövlətləri  Cəmiyyətinin  (ƏDC) 

iqamətgahına  gəlmişdir.  ƏDC-nin  Baş  katibi  Əmr  Musa  döv-

lətimizin başçısını ehtiramla qarşıladı. 

Regional  hökumətlərarası  təşkilat  olan  ƏDC  1945-ci  ildə 

Qahirədə təsis edilmişdir. Hazırda ona 22 ərəb dövləti daxildir.  

2005-ci  ilin  oktyabrın  15-də  Xarici  İşlər  naziri  Elmar  Məm-

mədyarovun  Misirə  rəsmi  səfəri  zamanı  Azərbaycan  Respub-

likası  və  Ərəb  Dövlətləri  Cəmiyyəti  arasında  Anlaşma  memo-

randumu imzalanmışdır. 2006-cı ildə ölkəmizin Misirdəki səfiri 

Faiq Bağırov Azərbaycan Respublikasının ƏDC yanında daimi 

müşahidəçisi təyin edilmişdir.  

Prezident  İlham  Əliyevin  Baş  katib  Əmr  Musa  ilə  təkbətək 

görüşündə  Azərbaycan  ilə  ƏDC  arasında  əməkdaşlığın  vəziy-

yəti,  bu  əlaqələrin  genişləndirilməsi  perspektivləri  müzakirə 

olundu.  Bildirildi  ki,  Azərbaycan    ƏDC  ilə  yaxşı  əməkdaşlıq 

edir,  təşkilata  üzv  ölkələrin  7-də  səfirliyini  açmışdır  və  gələ-

cəkdə  digər  ölkələrdə  də  diplomatik  nümayəndəliklər  yara-

dılacaqdır.  

Görüşdə  regional  məsələlərlə  bağlı  geniş  fikir  mübadiləsi 

aparıldı.  


 104 

 

 

 

ƏRƏB DÖVLƏTLƏRİ CƏMİYYƏTİNİN ÜZVÜ 

OLAN ÖLKƏLƏRİN SƏFİRLƏRİ İLƏ  

GÖRÜŞ 

 

Qahirə 



 

7 may 2007-ci il 

 

Azərbaycan prezidenti İlham Əliyev mayın 7-də Qahirədə 

Ərəb  Dövlətləri  Cəmiyyətinin  üzvü  olan  ölkələrin  səfirləri  ilə 

görüşmüşdür. 

Görüşü  ƏDC-nin  Baş  katibi  Əmr  Musa  açaraq  dedi  ki, 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevi 

qardaş,  dost  ölkənin  başçısı  kimi  salamlamaqdan  xoşbəxtlik 

duyuram. Onun səfərinin öz xüsusiyyəti və mənası vardır. 

Ərəb  Dövlətləri  Cəmiyyətinin  üzvü  olan  ölkələrin  nüma-

yəndələri  ilə  bu  salondakı  görüşümüzdən  əvvəl  biz  cənab  pre-

zidentlə Azərbaycanın yerləşdiyi regionda, habelə Yaxın Şərqdə 

mövcud  vəziyyəti  və  problemləri  müzakirə  etdik.  O,  Yaxın 

Şərqdə,  İranda  olan  vəziyyət  və  İsrail–ərəb  qarşıdurması  ilə 

bağlı öz fikir və mülahizələrini bizimlə bölüşdü, bu problemlərə 

xüsusilə  diqqətlə yanaşdıqlarını bildirdi. 

Azərbaycan və ona qardaş olan ərəb dövlətləri arasında çox 

sıx  münasibətlər  və  inteqrasiya  mövcuddur.  İcazənizlə,  bizə 

verilmiş  bu  fürsətdən  istifadə  edərək,  bizimlə  öz  fikirlərini 

bölüşmək  üçün  sözü  zati-aliləri  cənab  İlham  Əliyevə  verim. 

Onun çıxışından sonra sualları olanlar müraciət edə biləcəkdir. 

İndi cənab prezidentə söz verilir. Cənab Prezident, buyurun. 


 

105 


Azərbaycan prezidenti İlham Əliyevin çıxışı 

 

Hörmətli cənab Baş katib! 



Hörmətli səfirlər! 

İlk  növbədə,  mən  Qahirəyə  səfərə  dəvətə  görə  minnət-

darlığımı  bildirmək  istəyirəm.  Mənim  Misirə rəsmi  səfərimin 

ikinci  günüdür.  Çox  şadam  ki,  sizinlə  ikitərəfli  münasibətlərə 

və  regional  vəziyyətə,  eləcə  də, ümumiyyətlə,  qarşılıqlı maraq 

doğuran  məsələlərə  dair  fikir  mübadiləsi  aparmaq    imkanı 

yaradıldı. 

Azərbaycan  yeni  müstəqil  ölkədir.  Biz  öz  milli  müstəqil-

liyimizi  yalnız 15  il bundan əvvəl bərpa  etmişik və  beynəlxalq 

birliyə müstəqil ölkə kimi qoşulmuşuq. Həmin çox qısa müddət 

ərzində biz siyasi, iqtisadi inkişaf sahəsində  böyük  uğurlar  əldə 

edə  bilmişik.  Hazırda  Azərbaycanı  sürətlə  inkişaf  edən  ölkə 

kimi  təqdim  edirik.  Biz  iqtisadi  baxımdan  olduqca  mühüm 

enerji  layihələrini  həyata  keçiririk.  İqtisadi  artım  baxımından 

ölkəmiz artıq üçüncü növbəti ildir ki, dünyada birinci yeri tutur. 

Azərbaycanda  siyasi  sabitliyin  qorunması  ölkəmizin  inki-

şafı  üçün  çox  vacibdir.  Xüsusən  də  nəzərə  alsaq  ki,  biz 

müstəqilliyimizin  ilk  illərində,  yəni  1991–93-cü  illərdə  ölkə 

daxilində  böyük  çətinliklərlə  üzləşmişdik.  Vətəndaş  mühari-

bəsi,  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzü  bir  çox 

maneələr  yaratmışdır.  Lakin  bu  gün  biz  çox  sabit  və  rahat 

vəziyyətdə inkişaf edirik. 

Siyasi sabitlik bizim uğurlu inkişafımız üçün ilkin şərtlərdən 

biridir. 

Müstəqilliyi əldə etdikdən dərhal sonra biz müsəlman dünyası 

ilə  çox  möhkəm  əlaqələr  qurduq.  Biz  İslam  Konfransı 

Təşkilatının çox fəal üzvüyük.  Ötən il biz Azərbaycanda həmin 

təşkilatın nazirlər səviyyəsində iki   konfransını   –  Xarici   İşlər  

nazirləri  və  Turizm   nazirlərinin  toplantılarını  keçirdik.  Biz  

həmin    təşkilat  çərçivəsində  bir  çox  layihələr  irəli  sürmüşük  – 

misal  üçün,  İslam  Konfransı  Təşkilatının  Gənclər  Forumunun 

yaradılması    –  və  bundan  sonra  gələcəkdə  də  daha  fəal  olmağı 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə