İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə27/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   23   24   25   26   27   28   29   30   ...   117

 92 

 

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

«ƏZHƏRİ ŞƏRİF» UNİVERSİTETİNİN REKTORU  

İLƏ GÖRÜŞÜ 

 

Qahirə, «Əzhəri Şərif» Universiteti 



 

6 may 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  6-da  Qahirədə  məşhur  «Əzhəri  Şərif»  Universitetinin 

inzibati  binasında  universitetin  rektoru  Şeyx  Məhəmməd 

Tantavi ilə görüşmüşdür.  

Şeyx  Məhəmməd  Tantavi  prezident  İlham  Əliyevi  və  onu 

müşayiət  edən  nümayəndə heyətini  böyük  hörmət  və ehtiramla 

salamladı. Misir və Azərbaycanın əlaqələrinin tarixi kökləri ol-

duğunu  xatırladan  rektor  Azərbaycan  prezidentinin  rəsmi 

səfərini yüksək qiymətləndirdi, bu səfərin elm, təhsil sahələrində 

də qarşılıqlı əməkdaşlığın inkişafına təkan verəcəyini söylədi.   

Rektor  bildirdi  ki,  hazırda  universitetdə  digər  müsəlman 

ölkələrinin tələbələri ilə yanaşı, 76 azərbaycanlı gənc də təhsil 

alır.  X  əsrdə  əl-Əzhər  məscidi  nəzdində  yaradılmış  universitet 

sonralar  fəaliyyətini  genişləndirərək,  elmi-dini  mərkəzə  çevril-

mişdir. Hazırda onun nəzdində müxtəlif institutlar, akademiya, 

zəngin elmi kitabxana, xəstəxana, məscid, xeyriyyə idarələri və 

sair  fəaliyyət  göstərir.  1961-ci  ildə  universitetin  strukturunda 

dəyişiklik  edilmiş,  Ali  elmi  şura  və  islamşünaslıq  akademiyası 

yaradılmışdır.  Universitetdə  müsəlman  hüququ, ilahiyyat,  ərəb 

dili,  tibb  və  digər  fakültələr  vardır.  Müsəlman  dünyasının 

məşhur  alimlərinin  bir  çoxu  ali  təhsillərini  bu  universitetdə 

almışlar.  Əl-Əzhər  hökumət  tərəfindən  maliyyələşdirilir,  eyni 


 

93 


zamanda,  həm  Misir,  həm  də  digər  müsəlman  ölkələrinin 

şirkətləri ona vəsait ayırır.  

Görüşün  sonunda  Azərbaycan  prezidenti  İlham  Əliyevə 

xatirə hədiyyəsi təqdim olundu. 


 94 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN MİSİRƏ RƏSMİ SƏFƏRİ 

DAVAM EDİR 

 

Misir ehramları ilə tanışlıq 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 



6-da  Misir  Ərəb  Respublikasına  rəsmi  səfərinin  birinci  gününün 

sonunda Cizə yaxınlığındakı Xeops ehramı ilə tanış olmuşdur.  

Dövlətimizin  başçısına  və  xanımına  məlumat  verildi  ki, 

Misirdə  qədim  padşahlıq  dövründə  (eramızdan  əvvəl  2008–

2250-ci  illər)  fironlar  Xeops,  Xefren  və  Mikerinin  Cizə  yaxın-

lığında  əzəmətli  ehram-sərdaba  kompleksləri  tikilmişdir.  Dün-

yanın  yeddi  möcüzəsindən  biri  sayılan  bu  abidələrdən  ən  bö-

yüyü hündürlüyü 146,6 metr olan Xeops ehramıdır. Ehramların 

yerləşdiyi sahədə Qədim Misir əsilzadələrinin dəfn olunduğu 7 

mindən  artıq  sərdabadan  ibarət  nekropol  var.  Bu  ərazidə  XIX 

əsrdən arxeoloji qazıntılar aparılır. 

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Xeops 

ehramının  tikintisinə  dair  müxtəlif  fikirlər  haqqında  ətraflı 

məlumat verildi. Eyni zamanda, bildirildi ki, ehram 2 milyon 300 

min ədəd daş blokdan tikilmişdir. Blokların hərəsinin ortaq çəkisi 

2,5 tondur.  

Prezident İlham Əliyev və xanımı ehramın ətrafını gəzdilər, 

turistlər üçün nəzərdə tutulan keçiddən keçdilər.  

Dövlətimizin  başçısı  və  xanımı  ətrafdakı  kiçik  ehramlara, 

məzarlığa,  yaxınlıqdakı  muzeydə  qazıntılar  zamanı  tapılmış  və 

bərpa olunmuş qayığa baxdılar.  

Prezident və xanımı qədim abidələrlə tanışlıq zamanı xatirə 

şəkilləri çəkdirdilər. 


 

95 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Naməlum əsgərin abidəsi önünə əklil qoymuşdur 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Misir 

Ərəb  Respublikasına  rəsmi  səfərinin  ikinci  günü,  mayın  7-də 

Qahirədə Naməlum əsgərin abidəsi önünə əklil qoymuşdur.  

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  burada  1922-ci 

ildə Böyük Britaniyanın Misir üzərində protektoratlığının ləğvi 

və  ölkəyə  müstəqillik  verilməsi  ilə  başa  çatmış  azadlıq 

mübarizəsi zamanı şəhid olan insanlar dəfn olunmuşlar. Lakin 

Misir  müstəqillik  əldə  etsə  də,  Böyük  Britaniya  iqtisadiyyatda 

hökmranlığını davam etdirirdi. 

1952-ci  ildə  Camal  Əbdül  Nasirin  rəhbərlik  etdiyi  «Azad 

zabitlər»  təşkilatının  başçılığı  ilə  inqilabi  çevriliş  nəticəsində 

Misir  respublika  elan    olunmuşdur.  Həmin  hadisələr  zamanı 

şəhid olanlar da burada dəfn  edilmişlər. 

 

Ənvər Sədatın məzarını ziyarət 



 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  mayın 

7-də  Qahirədə  Misir  Ərəb  Respublikasının  keçmiş  prezidenti 

Ənvər Sədatın məzarını ziyarət edərək əklil qoymuşdur. 

Xatırladaq ki, Camal Əbdül Nasirin vəfatından sonra, 1970-

ci  ilin  oktyabrında  Prezident  seçilmiş  Ənvər  Sədat  1981-ci  il 

oktyabrın  6-da  hərbi  parad  zamanı  «Müsəlman  qardaşlari» 

terrorçu təşkilatının üzvü tərəfindən qətlə yetirilmişdir. 

 

     Qahirədə Məhəmməd Əli qalası və məscidi ilə tanışlıq 



 

Azərbaycan  prezidenti  İlham  Əliyev  mayın  7-də  Qahirədə 

tarixi Məhəmməd Əli qalası və məscidi ilə tanış olmuşdur. 

Dövlətimizin  başçısı  İlham  Əliyevi  və  xanımı  Mehriban 

Əliyevanı qalanın önündə böyük səmimiyyətlə qarşıladılar. 

Məlumat  verildi  ki,  Misirdəki  ilk  ərəb  şəhərləri  möhtəşəm 

qala  divarları  ilə  əhatə  olunur  və  hərbi  düşərgə  xarakteri 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə