İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə23/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   19   20   21   22   23   24   25   26   ...   117

 

75 


 

 

 



BEYNƏLXALQ BODİBİLDİNQ VƏ FİTNES 

FEDERASİYASININ PREZİDENTİ  

RAFAEL SANTONXAN İLƏ  

GÖRÜŞ 

 

Prezident sarayı 



 

4 may 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  4-də  Prezident  sarayında  Beynəlxalq  Bodibildinq  və 

Fitnes  Federasiyasının  prezidenti  Rafael  Santonxanı  qəbul 

etmişdir. 

Azərbaycan prezidentinin idmanın inkişafındakı xidmətlərini 

yüksək  qiymətləndirən  qonaq  bu  istiqamətdə  fəaliyyətinə  görə 

dövlətimizin başçısına federasiyada təmsil olunan bütün ölkələr 

adından hörmət və ehtiramını çatdırdı. 

Daha  sonra  Rafael  Santonxan Azərbaycan prezidenti İl-

ham  Əliyevə  Beynəlxalq  Bodibildinq  və  Fitnes  Federasiya-

sının ordenini təqdim etdi. 

R  a  f  a  e  l      S  a  n  t  o  n  x  a  n:  Bu,  təşkilatımızın  yüksək 

ordenidir.  Xatirimdədir  ki,  bir  neçə  il  bundan  əvvəl  bu  ordeni 

Beynəlxalq  Olimpiya  Komitəsinin  keçmiş  prezidenti    cənab 

Samarança  təqdim  etmişdim.  O  mənim  əziz  dostumdur. 

Ordenin  üzərində  yazılmış  sözləri  Sizə  oxumaq  istəyirəm: 

«Azərbaycan  Respublikasının  Prezidenti  zati-aliləri  cənab 

İlham  Əliyev  idman,  fitnes  və  sağlam  həyat  tərzinin  təşviqinə 

verdiyi  beynəlxalq  töhfəsinə  görə  Beynəlxalq  Bodibildinq  və 

Fitnes Federasiyasının yüksək ordeni ilə təltif olunur». 

Cənab Prezident, bu yüksək ordeni təqdim etməkdən böyük 

şərəf hissi duyuram. 



 76 

İ l h a m   Ə l i y e v: Çox sağ olun. Mənə bu cür yüksək or-

denin verilməsinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu 

ordenlə  təltif  olunmaq  mənim  üçün  böyük  şərəfdir.  Mən  bu 

ordeni  Azərbaycanda  idmanın  təşviqi  sahəsində  göstərdiyim 

xidmətlərin  qiymətləndirilməsi  kimi  qəbul  edirəm.  Bu  yay 

mənim  Milli  Olimpiya  Komitəsinin  prezidenti  kimi 

fəaliyyətimin  onuncu  ili  olacaqdır.  Biz  Azərbaycanın  hər  bir 

regionunda  idmanı  inkişaf  etdirəcək,  idmançılar  hazırlayacaq, 

qurğular  tikəcək,  idmanı  təşviq  edəcəyik  və  olimpiya 

məsələlərini  həll  edəcəyik.  Bu  ordeni  almaqdan  böyük  şərəf 

hissi duyuram. Çox sağ olun. 

 



 

77 


 

 

 

 

KAMERUN RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB POL BİYYAYA 

 

Hörmətli cənab Prezident! 

 Kamerun  Respublikasının  milli  bayramı  –  Respublika 

elan edilməsi günü  münasibətilə Sizi və Sizin simanızda bütün 

xalqınızı təbrik edirəm. 

Ümidvar  olduğumu  bildirirəm  ki,  Azərbaycan–Kamerun 

münasibətləri  dostluq  və  əməkdaşlıq  zəminində  inkişaf  edə-

cəkdir. 


Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-

amanlıq və tərəqqi arzulayıram. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 4 may 2007-ci il 



 

 



 78 

 

 



 

 

YƏMƏN RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB ƏLİ ABDULLAH SALEHƏ 

 

Hörmətli cənab Prezident! 



Yəmən Respublikasının milli bayramı – Milli Birlik günü 

münasibətilə  Sizə  və  bütün  xalqınıza  ən  səmimi  təbriklərimizi 

yetirirəm. 

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq 

münasibətlərinin  inkişafı  sahəsində  qarşılıqlı  səylərimizi 

bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. 

Belə  bir  xoş  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar, dost Yəmən xalqına sülh və tərəqqi arzulayıram. 

 

Hörmətlə,  

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 4 may 2007-ci il 



 

 

 



 

 

 




 

79 


 

 

 



YAŞIL TEATRDA BAŞA ÇATMIŞ 

YENİDƏNQURMA İŞLƏRİ İLƏ  

TANIŞLIQ 

 

Bakı, Yaşıl Teatr 



 

4 may 2007-ci il 

 

Mayın  4-də  Azərbaycan  prezidenti  İlham  Əliyev  Yaşıl 



Teatrda başa çatmış yenidənqurma işləri ilə tanış olmuşdur. 

Ötən  əsrin  60-cı  illərində  istifadəyə  verilmiş  Yaşıl  Teatr 

Bakıda  mühüm  mədəni-kütləvi  tədbirlərin  keçirildiyi  mərkəz, 

paytaxt sakinlərinin sevimli istirahət yerlərindən biri olmuşdur. 

Lakin sonradan baxımsızlıq üzündən teatr fəaliyyətini tamamilə 

dayandırmışdı.  1990-cı  ildən  isə  bura  bərbad  vəziyyətə 

düşmüşdü.  Teatrın  Bakı  üçün  önəmini  nəzərə  alan  prezident 

İlham  Əliyev  2005-ci  ilin  avqustunda  onun  yenidən  qurulması 

barədə sərəncam vermişdi. 

O  vaxtdan  yenidənqurma  işlərinə  30-dan  çox  inşaat  bri-

qadası  cəlb  olunmuşdu.  Bu  il  martın  8-də  dövlətimizin  başçısı 

işlərin gedişi ilə maraqlanmış, müvafiq tövsiyə və tapşırıqlarını 

vermişdi. 

İşlərin  yekunu  ilə  tanışlıq  zamanı  prezident  İlham  Əliyevə 

məlumat  verildi  ki,  Yaşıl  Teatrın  ərazisi  iki  dəfə  genişləndiril-

mişdir.  Tamaşaçılar  üçün  yerlərin  sayının  1600-dən  2500-ə 

çatdırılması burada  ən  mühüm,  geniş  tədbirlərin  keçirilməsinə 

imkan verəcəkdir. Oturacaqlar İspaniya istehsalıdır. Preziden-

tin  tapşırıqlarına  əsasən,  səs  və  işıqlandırma  sistemləri  ən 

müasir səviyyədə quraşdırılmışdır. Səs avadanlığı və işıqlandır-

ma qurğuları Amerika Birləşmiş Ştatlarının, İtaliyanın tanınmış 

şirkətlərindən  alınmış  və  onların  mütəxəssisləri  tərəfindən  də 

quraşdırılmışdır. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə