İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə21/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   17   18   19   20   21   22   23   24   ...   117

 

69 


işlətməmişdilər.  İlk  illərdə,  ümumiyyətlə,  belə  bir  təsəvvür 

yarana  bilərdi  ki,  guya  hansısa  bir  müəmmalı  erməni  silahlı 

qüvvələri  Azərbaycan  torpaqlarını  işğal  edibdir.  Ondan  sonra 

biz  nail  olduq,  artıq  beynəlxalq  təşkilatların  sənədlərində 

göstərildi  ki,  məhz Ermənistanın azərbaycanlılara qarşı apardığı 

etnik  təmizləmə  siyasəti  nəticəsində  Ermənistan  Azərbaycan 

torpaqlarını işğal edibdir. 

İndi  isə  tam  həqiqət  bərpa  olundu  və  göstərildi  ki,  Ermə-

nistan  eyni  zamanda,  Dağlıq  Qarabağı  işğal  edibdir.  Yəni 

bütün  bunlar  o  baxımdan  bizə  lazımdır  ki,  bu,  mümkün  olan 

razılaşmanın çərçivələrini müəyyən edir.  Yəni bu çərçivələrdən 

kənarda  heç  bir  razılaşma,  sülh  sazişi  mümkün  deyil  və 

olmayacaqdır. 

Azərbaycanın 

birmənalı 

siyasəti 

bundan 

ibarətdir.  Mən dəfələrlə  bəyan etmişəm  ki,  bu  məsələ ancaq və 



ancaq  Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində  öz  həllini 

tapa  bilər.  Erməni  xalqı  öz  müqəddəratını  təyin  edibdir. 

Onların  öz dövlətləri –  Ermənistan  dövləti  var.  Əgər  onlar  öz 

müqəddəratlarını  bir  daha  təyin  etmək  istəyirlərsə,  Qarabağda 

yaşayanlar köçsünlər Ermənistana, orada təyin etsinlər. 

Biz  bu  prinsiplərə  sadiqik.  Mən  çox  şadam  ki,  danışıqlar 

prosesində və beynəlxalq təşkilatların yanaşmasında bu istiqamət 

üstünlük təşkil edir. Mən bir də demək istəyirəm ki, bəlkə də bu 

gün,  yaxud  da  gələn  il  məsələnin  həlli  üçün  bunların  praktik 

əhəmiyyəti  yoxdur.  Amma  gələcəkdə  danışıqlar  prosesində, 

yaxud da danışıqlar  prosesi  dayandığı  halda,  bunlar,  əlbəttə,  

bizə    siyasi    dəstək    verən,    siyasi    güc    verən    və  haqlı 

olduğumuzu bir daha sübut edən çox vacib diplomatik uğurlardır. 

O  ki  qaldı  məsələnin  həllinə,  deyə  bilərəm  ki,  danışıqlar 

konfidensial xarakter daşıyırdı, biz də Minsk qrupunun təklifinə 

razılıq  verərək,  o  konfidensiallığı,  yəni  məxfiliyi  saxlayırdıq. 

Çünki  ümumi  yanaşma  belə  idi.  Buna  baxmayaraq,  son  aylar 

ərzində  müxtəlif  istiqamətlərdə  danışıqların  gedişatı  haqqında 

həqiqətə uyğun olmayan versiyalar, təkliflər irəli sürülür ki, tərəflər 

sanki hansısa prinsiplər əsasında razılığı əldə ediblər. Bunlar tama-

milə yalan və uydurma məlumatlardır. Bunun da mənbəyi bəllidir. 



 70 

Ermənistanın  daxili  vəziyyəti  gərginləşdikcə,  iqtidar  nüma-

yəndələri öz xalqını sakitləşdirmək üçün, yaxud da orada qarşıdan 

gələn parlament seçkilərində öz istəyinə nail olmaq üçün həqiqətə 

uyğun  olmayan  belə  versiyaları  irəli  sürürlər.  Danışıqlarda 

müzakirə    olunan    məsələləri    təhrif    edirlər    və    bunları    öz  

xeyrlərinə  göstərmək  istəyirlər.  Mən  bunu  bir  dəfə demişəm, 

əgər  belə  idisə,  onda  nə  üçün  Ermənistanda  parlament  seçkiləri 

ərəfəsində  Ermənistan  danışıqların  dayandırılması  ilə  çıxış  edir? 

Nə üçün? Əgər bu danışıqlar onların xeyrinədirsə, əksinə, iqtidar 

nümayəndələri  öz  daxili  vəziyyətlərini  yaxşılaşdırmaq  üçün 

danışıqların  daha  da  sürətləndirilməsində  maraqlı  olmalı  idilər. 

Yəni  onların  tərəfindən  verilən  bu  təklif  artıq  özlüyündə  göstərir 

ki, danışıqlar Azərbaycanın mövqeləri çərçivəsində aparılır. Bizim 

mövqeyimiz də belədir. Mən bunu prinsip etibarilə dəfələrlə bəyan 

etmişəm.  Ancaq  nəzərə  alsaq  ki,  həm  məsələ  ilə  məşğul  olan 

Minsk  qrupunun  nümayəndələri,  həm  də  Ermənistanın 

nümayəndələri  müxtəlif  versiyalar  irəli  sürürlər,  mən  Azərbay-

canın mövqeyini və danışıqların hansı prinsiplər əsasında getdiyini 

sizə bir daha bildirmək istəyirəm. Hesab edirəm ki, məhz burada, 

bu 

qəsəbənin 



açılışında 

bu 


açıqlamanın 

verilməsi 

məqsədəuyğundur. 

Bizim  tələbimiz  ondan  ibarətdir  ki,  işğal  olunmuş  bütün 

torpaqlar  heç  bir  şərt  qoyulmadan  azad  olunmalıdır.  Düzdür, 

əvvəlki mərhələlərdə təkliflər ondan ibarət idi ki, 5 rayon azad 

olunsun,  Kəlbəcər  və  Laçın  rayonları  qalsın,  gələcək 

danışıqların  mövzusuna  çevrilsin.  Biz  buna  heç  vaxt  razılıq 

verməmişik.  Çünki  biz  heç  vaxt  imkan  verə  bilmərik  ki, 

Kəlbəcər və Laçının Azərbaycana qaytarılması hansısa şərtlərlə 

uyğunlaşdırılsın.  Ona  görə  danışıqların  indiki  mərhələsində 

ümumi razılaşma var ki, 7 rayon işğalçı qüvvələrdən təmizlənir, 

Azərbaycana  qaytarılır.  Əlbəttə,  biz  başa  düşürük  ki,  bunu 

mərhələli  yolla  edə  bilərik,  amma  bu  mərhələ  çox  uzana 

bilməz. 

Biz tələb edirik ki, sülh müqaviləsi imzalanandan sonra 7 rayon 

bir neçə il ərzində bütünlüklə qaytarılmalıdır. Ondan sonra Dağlıq 



 

71 


Qarabağda  yaşayan  azərbaycanlılar  öz  doğma  torpaqlarına 

qayıtmalıdırlar.  Bu  da  bizim  prinsipial  şərtimizdir.  Bu  barədə 

bizim mövqeyimiz kifayət qədər dəyər qazanıbdır. Həm bu məsələ 

ilə  məşğul  olan  vasitəçilər,  həm  də  Ermənistan  tərəfi  danışıqlar 

prosesində bunu artıq qəbul edir. İndi onlar öz ölkəsində öz xalqına 

nə  deyirlər,  hansı  yalanları  söyləyirlər,  bu  məni  maraqlandırmır. 

Mən  sizə  danışıqların  prinsipial  məqamlarını  açıqlayıram.  Məhz 

ona  görə  ki,  bu  konfidensiallığı  qarşı  tərəf  pozubdur.  Bizim 

xalqdan  gizli  heç  bir  əməlimiz  də  olmayıb,  planımız  da  yoxdur. 

Mən nəyi demişəmsə, onun üstündə durmuşam və duracağam. 

Bir  sözlə,  həm  7  rayon  qeyd-şərtsiz  qaytarılmalıdır,  eyni 

zamanda,  azərbaycanlılar  Dağlıq  Qarabağa,  o  cümlədən  Şuşaya 

qayıtmalıdırlar.  Ondan  sonra  Dağlıq  Qarabağın  gələcək  statusu 

müəyyən  oluna  bilər.  Necə?  Bizim  razılığımız  olmadan  Dağlıq 

Qarabağa heç vaxt heç bir status verilməyəcəkdir. Yəqin bilirsiniz 

ki,  bu  yaxınlarda  Dağlıq  Qarabağda  qanunsuz,  qondarma 

referendum  keçirilmişdir.  Heç  bir  ölkə  o  referendumu 

tanımayıbdır.  Amerika,  Rusiya,  Fransa,  yəni  Minsk  qrupunun 

həmsədrləri  tanımayıblar,  pisləyiblər.  Avropa  İttifaqı,  Avropa 

Şurası,  İslam  Konfransı  Təşkilatı,  digər  beynəlxalq  təşkilatlar, 

Türkiyə,  GUAM  dövlətləri  –  Gürcüstan,  Moldova,  Ukrayna  – 

bütün bu ölkələr və təşkilatlar birmənalı şəkildə referendumu pislə-

yiblər,  nəticələrini  tanımayıblar.  Yəni,  bizim  razılığımız  olmadan 

orada  heç  vaxt  nə  bir  referendum,  nə  də  səsvermə 

keçirilməyəcəkdir. Azərbaycan Dağlıq Qarabağın Azərbaycandan 

ayrılması  ilə  heç  vaxt  barışmayacaqdır.  Biz  öz  ərazi 

bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. 

Dağlıq Qarabağa status verilə bilər, amma Azərbaycanın ərazi 

bütövlüyü  çərçivəsində.  Bunu  beynəlxalq  praktika  da  göstərir. 

Başqa ölkələrdə, o cümlədən Avropa ölkələrində də muxtariyyətlər 

var. Azlıq olmaq o demək deyil ki, sən yaşadığın ölkədə – xüsusilə 

nəzərə alsaq ki, sən bu ölkəyə qonaq gəlmisən – müstəqillik tələb 

edəsən.  Bilirsiniz  ki,  ermənilər  Azərbaycana  XIX  əsrin  əvvəllə-

rində  çar  Rusiyası  tərəfindən  köçürülmüşlər,  yəni  qonaq  gələn 

qonaq  kimi  yaşamalıdır.  Biz  konstruktivlik  nümayiş  etdiririk, 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə