İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə19/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   15   16   17   18   19   20   21   22   ...   117

 

63 


Əliyevanın məktəb tikintisinə bu qədər canıyananlıqla və ciddi 

yanaşması biz müəllimləri çox sevindirir. Möhtərəm Prezident, 

biz inanırıq ki, «Təhsil millətin gələcəyidir» fikri bu gün özünü 

tam  mənası  ilə  doğruldur.  Sizin  «Azərbaycanın  bütün 

vətəndaşları neft gəlirlərindən faydalanmalıdır» fikriniz bu gün 

tam mənası ilə öz təsdiqini tapır. Hər bir ailə bu gözəl yaşayış 

üçün Sizə dərin minnətdarlığını bildirir.  

Möhtərəm  cənab  Prezident,  ataların  gözəl  bir  məsəli  var: 

«Görünən  kəndə  bələdçi  lazım  deyil».  Sizin  gördüyünüz  bu 

əzəmətli və nəhəng işlərin hamısı xalqın gözünün qabağındadır. 

Bu  işləri  görməyən  göz  kor,  eşitməyən  qulaq  kar,  duymayan 

ürək daşdır. 

Ancaq  cənab  Prezident,  bizim  üçün  salınan  bu  qəsəbə  nə 

qədər gözəl, rahat olsa da, belə hesab edirəm ki, yenə də doğma 

torpaqlarımızı əvəz edə bilməz. İnanırıq ki, o torpaqlarımız da 

gec-tez  geri  alınacaqdır.  Burada  iştirak  edən  hər  birimiz  o 

torpaqların  alınması  üçün  müsəlləh  əsgər  libası  geyinib 

döyüşməyə tam hazırıq.  

Möhtərəm cənab Prezident, çıxışımın sonunda Sizə bir daha 

dərin  minnətdarlığımı  və  təşəkkürümü  bildirirəm.  Sizin 

Qarabağda,  Şuşada,  Malıbəylidə  və  bizim  daha  neçə  qaçqın-

köçkün yurdlarımızda belə görüşlər keçirməyinizi arzulayıram. 

Arzu  edirəm  ki,  biz  belə  görüşləri  o  torpaqlarda  keçirək.  Sağ 

olun, Allah amanında.   

 

 

 


 64 

 

 



 

BAKININ SABUNÇU RAYONUNDA MƏCBURİ 

KÖÇKÜNLƏR ÜÇÜN TİKİLMİŞ YENİ 

QƏSƏBƏNİN AÇILIŞ MƏRASİMİNDƏ  

NİTQ 

 

Bakı, Sabunçu rayonu 

 

4 may 2007-ci il 

 

Əziz bacılar və qardaşlar! 



Mən  sizin  hamınızı  bu  gözəl  qəsəbənin  açılışı  müna-

sibətilə  ürəkdən  təbrik  edirəm.  Qısa  müddət  ərzində  istifadəyə 

verilən  bu  qəsəbə  ən  yüksək  səviyyədə  yaradılıbdır.  Burada 

yaxşı  yaşamaq,  işləmək,  oxumaq  üçün hər cür şərait var. Gözəl 

evlər,  binalar,  məktəb  tikilib,  yollar  salınıb,  işıq,  qaz,  su, 

kanalizasiya  xətləri  çəkilibdir.  İndi  burada  rabitə  sistemi  də 

quraşdırılacaqdır.  Yəni  hər  bir  insanın  yaşaması  üçün  bütün 

şərait  var.  Bu,  Azərbaycanda  son  illər  ərzində  bu  sahədə 

aparılan işlərin növbəti təzahürüdür. 

Bildiyiniz  kimi,  ulu  öndər  Heydər  Əliyevin  təşəbbüsü  ilə 

Azərbaycanda  yaradılmış  Dövlət  Neft  Fondunun  ilk  vəsaiti 

hesabına  qaçqınlar  və  məcburi  köçkünlər  üçün  qəsəbə  tikil-

mişdir.  Bundan  əvvəl  Azərbaycanda  bizim  qaçqın-köçkün 

soydaşlarımız  çox  ağır,  çətin  şəraitdə  yaşamışlar.  Çadır 

şəhərciklərində ən ağır şərait məhz burada idi. Təsadüfi deyil ki, 

bizim  ilk  addımlarımız  məhz  çadır  şəhərciklərində  yaşayan 

insanları müasir qəsəbələrə köçürməkdən ibarət idi. İndi demək 

olar  ki,  bu  proses  son  mərhələsindədir.  Əminəm  ki,  bu  ilin 

sonuna  qədər  sonuncu  çadır  şəhərciyi  ləğv  ediləcək  və  orada 

yaşayan soydaşlarımız  gözəl binalara köçürüləcəklər.  Bu bizim 

siyasətimizin əsas istiqamətidir. 

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti 




 

65 


nəticəsində  öz  doğma  torpaqlarından  didərgin  düşmüş 

soydaşlarımızı  biz  müvəqqəti  olaraq  normal  şəraitlə  təmin 

etməliyik.  Son  illər  ərzində  bu  məqsədlər  üçün  çox  böyük 

vəsait  nəzərdə  tutulub,  xərclənir  və  bu  gün bu  gözəl qəsəbənin 

istifadəyə  verilməsi  bunun  növbəti  sübutudur.  Burada  450  ev 

tikilibdir və insanlar bu evlərdə rahat yaşayacaqlar. 

Azərbaycanda  son  illər  ərzində  aparılan  iqtisadi  islahatlar, 

uğurlu  neft  strategiyamız  bizim  üçün  bütün  bu  imkanları 

yaradır.  İndi burada çıxış edən dostumuz qeyd etdi ki, 1994-cü 

ildə  ulu  öndər  Heydər  Əliyev  məskunlaşdığınız  «Zuğulba» 

sanatoriyasında  sizinlə  görüşmüşdür.  Mən  də  o  görüşü  yaxşı 

xatırlayıram.  Çünki  o  vaxt  mən də  orada  idim.  O  görüş  faktiki 

olaraq,  Azərbaycanda  bu  sahədə  görülən  işlərin  başlanğıcı  idi. 

O  sanatoriya  hələ  80-ci  illərin  ortalarında,  demək  olar  ki, 

yararsız vəziyyətə düşmüşdü. Siz oraya gələndə, məskunlaşanda 

da  vəziyyət  o  qədər  də  yaxşı  deyildi  və  uzun  illər  ərzində 

təmirsiz  qalmış  binalarda  yaşamısınız.  Buradakı  stendlərdəki 

şəkillərdə  sizin  necə  ağır  şəraitdə  yaşadığınız  göstərilir.  Sizi 

oradan  bu  gözəl  qəsəbəyə  köçürmək,  əlbəttə,  bizim  borcumuz 

idi.  Yenə  də  demək  istəyirəm  ki,  biz  ilk  növbədə  ən  ağır 

şəraitdə  yaşayan,  yəni  çadır  şəhərciklərində  yaşayan 

soydaşlarımızın  qayğıları  ilə  məşğul  idik.  Ondan  sonra 

uyğunlaşdırılmış 

binalarda, 

məktəblərdə, 

pansionatlarda, 

təmirsiz  qalmış  binalarda  yaşayan  soydaşlarımızı  da  gözəl 

şəraitlə təmin edəcəyik. 

İndi  Azərbaycanın  imkanları  var.  Əgər  1994-cü  ildə  ulu 

öndər  tərəfindən,  onun  təşəbbüsü  ilə  «Əsrin  müqaviləsi»  im-

zalanmasaydı,  bu  işlərin  görülməsində  böyük  çətinliklər  çəkə 

bilərdik. Bu gün Azərbaycanın iqtisadi  potensialı,  onun  qüdrəti 

artır.  Qarşıya  qoyduğumuz  bütün  vəzifələr  öz  həllini  tapır. 

İndi  Azərbaycan iqtisadi inkişaf baxımından dünya miqyasında 

ən qabaqcıl pillələrdədir. Biz üçüncü ildir ardıcıl olaraq, iqtisadi 

artım  baxımından  dünya  miqyasında  birinci  yerdəyik.  Bu  da 

öz  növbəsində,  hər  bir  insanın  həyatında  özünü  göstərir. 

Qaçqın-köçkünün 

həyatında 

özünü  göstərir.  Müəllimin, 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə