İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab


T ü n z a l ə   C ə f ə r o v a



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə18/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   14   15   16   17   18   19   20   21   ...   117

 60 

T ü n z a l ə   C ə f ə r o v a: Son qazıntılar zamanı tapılan 

sümüklər buna sübutdur.  



İ l h a m   Ə l i y e v: Bütün dövrlərdə belə olubdur. Amma 

həmişə çalışıblar, xüsusilə də xaricdə, sübut etsinlər ki, əksinə, 

onlar  təcavüzə  məruz  qalıblar.  Ona  görə  də  həm  beynəlxalq 

hüquq  normaları,  həm  də  ədalət  bərpa  olunmalıdır.  Hələ  gec 

deyil,  onlar  fikirləşməlidirlər  ki,  Azərbaycan  xalqının  səbri 

tükənə bilər. Xüsusilə nəzərə alsaq ki, indi biz onlardan ən azı 

on dəfə güclüyük.  

T a c i r   C ə f ə r o v: Bəli, bizim büdcədə təkcə hərbiyə 

ayrılan vəsait  onların ümumi büdcəsinə bərabərdir.  



İ l h a m   Ə l i y e v: Bəli, biz nə üçün bunu edirik?! Ona 

görə  edirik  ki,  istənilən  anda  hazır  olaq  və  öz  torpaqlarımızı 

işğalçılardan təmizləyək. İndi buna bizim gücümüz var və daha 

da  güclənməliyik.  Onların  heç  bir  perspektivi  yoxdur.  Onların 

inkişaf perspektivi nədir?!  

T a c i r   C ə f ə r o v: Bütün regional layihələrdən, Bakı–

Tbilisi–Ceyhandan, hamısından kənarda qaldılar.  



İ l h a m   Ə l i y e v: Onları kənarda biz qoyduq. Onlarda 

inkişaf üçün,  büdcəni artırmaq üçün perspektiv yoxdur. Onlar 

bizimlə müqayisədə dilənçi vəziyyətinə düşəcəklər.  

T ü n z a l ə   C ə f ə r o v a: Kimlərinsə yardımı ilə yaşa-

yırlar.  



İ l h a m   Ə l i y e v: Amma biz özümüz heç kimin yardı-

mına  möhtac  deyilik,  bütün  işləri  ləyaqətlə  aparırıq,  ölkəmizi 

həm  iqtisadi,  həm  də  sosial  cəhətdən  gücləndiririk.  Belə 

qəsəbələr tikmək üçün əvvəllər bizim imkanımız yox idi. Ancaq 

nəyin  hesabına  etdik  –  Neft  fondunun  və  bu  da  ulu  öndərin 

təşəbbüsü ilə yaradılmışdır.  



T a c i r   C ə f ə r o v: Ulu öndərin sayəsində «Əsrin mü-

qaviləsi» Azərbaycanın xeyrinə olan şərtlərlə imzalandı.  



İ l h a m   Ə l i y e v: İndi görün, Azərbaycana nə qədər pul 

gələcək və biz gözəl binalar tikəcəyik.  



T ü n z a l ə   C ə f ə r o v a: Cənab Prezident, doğrusu, 

yatsaq yuxumuza da girməzdi ki, belə bir şəraitə düşərik.  




 

61 


İ l h a m   Ə l i y e v: Doğrudan da gözəl şəraitdir.  

 

 



 

 

 



* * * 

Azərbaycan  prezidentinin  adından  mənzilə  soyuducu  və 

televizor hədiyyə edildi.         

Prezident  İlham  Əliyev  qəsəbədə  fəaliyyət  göstərən  Malı-

bəyli  kənd  orta  məktəbinə  gəldi.  Dövlətimizin  başçısı  burada 

qəsəbənin  Baş  planı  ilə  tanış  oldu,  tikinti  və  məcburi  köçkün-

lərin  qəsəbəyə  köçürülməsi  prosesini  əks  etdirən  fotoşəkillərə 

baxdı.  Məlumat  verildi  ki,  Heydər  Əliyev  Fondunun  «Hərəmiz 

bir  ağac  əkək!»  layihəsi  çərçivəsində  məktəbin  həyətyanı 

sahəsində yüzlərlə ağac əkilmişdir.   

Azərbaycan  prezidenti  50-dən  çox  müəllimin  çalışdığı  360 

yerlik  orta  məktəbin  idman  salonunda  gənclərin  nümunəvi 

çıxışlarına  baxdı,  kompyuter  otağını  və  ingilis  dili  kabinetini 

gəzdi,  uşaqların  bilikləri,  kompyuterdən  istifadə,  xarici  dil 

öyrənmə  bacarığı  ilə  maraqlandı.  Məktəblilər  ingilis  dilində 

danışmaq bacarıqlarını nümayiş etdirdilər. 

Sonra yeni qəsəbənin təntənəli açılışı oldu. 

Mərasimi  qəsəbə  sakini,  Şuşa  rayonu  Quşçular  kənd  orta 

məktəbinin müəllimi Rəfael Teymurlu açdı.  

 

Şuşa rayonu Quşçular kənd orta məktəbinin  müəllimi 

Rəfael Teymurlunun çıxışı 

 

Möhtərəm cənab Prezident! 



İcazə verin, Sizin xeyir-duanızla ərsəyə gəlmiş bu gözəl yeni 

qəsəbədə  Sizi  salamlayım.  Xoş  gəlmisiniz,  qədəmləriniz 

mübarək olsun! 

Sizin məhz bu unudulmaz gündə bizi yad etməyiniz ümid və 

inamımızı  xeyli  dərəcədə  artırır,  gündən-günə  qüdrətlənən, 

çiçəklənən ölkəmizin nələrə qadir olduğunu bir daha sübut edir.  

Möhtərəm  cənab  Prezident,  bu  gün  mənim  yadıma  13  il 

əvvəl – 1994-cü ildə ulu öndər Heydər Əliyevlə olan görüşümüz 

düşür.  Biz  onda  «Zuğulba»  sanatoriyasında  yaşayırdıq.  İndi 


 62 

burada iştirak edən adamların bir çoxu yəqin ki, o günləri yaxşı 

xatırlayır. Ölkənin ən ağır günləri idi. Bir yandan, daxildə baş 

qaldıran  qeyri-sağlam  qüvvələr,  digər  tərəfdən,  xaricdən  bizi 

istəməyən  qüvvələrin  təzyiqi  –  bütün  bu  çətinliklərin, 

ağırlıqların  öhdəsindən  yalnız  Heydər  Əliyev  kimi  dahi  gələ 

bilərdi  və  bildi  də.  Ulu  öndər  dünyanın  ən  iri  neft  şirkətlərini 

Bakıya  dəvət  etməklə  bu  gün  xalqımızın,  hamımızın  faydasını 

gördüyü Bakı–Tbilisi–Ceyhan neft kəmərinin əsası qoyuldu. 

Möhtərəm  cənab  Prezident,  bu  görüşdə  iştirak  edənlərin 

çoxu təsdiqləyə bilər ki, biz öz kəndimizi – Malıbəylini tərk edib 

buraya  gələndə  su  içməyə stəkanımız  da  yox idi.  İndi  şükürlər 

olsun ki, camaatımızın maddi rifahı xeyli dərəcədə yüksəlibdir. 

Bütün  bunların  hamısı  Sizin  sayənizdə  baş  vermişdir.  Sözün 

doğrusu,  bu  qısa  zaman  kəsiyində  belə  gözəl,  abad  bir  şəhər 

tipli qəsəbənin bizim ixtiyarımıza veriləcəyinə heç inanmağımız 

gəlmirdi.  Ancaq  bu  reallıqdır.  Bu  qəsəbə  artıq  bizim 

ixtiyarımıza verilibdir. Cənab Prezident, bu məhz Sizin məcburi 

köçkünlərə,  qaçqınlara,  ümumiyyətlə,  bütün  Azərbaycan 

vətəndaşlarına göstərdiyiniz qayğının ən böyük təzahürüdür.  

Cənab  Prezident,  Azərbaycan  dünyada  kiçik  bir  ölkədir. 

Müstəqilliyimizin  də  yaşı  o  qədər  çox  deyildir.  Açığını  desək, 

Azərbaycanın bugünkü inkişafı bizim düşmənlərimizin kədərinə 

səbəb  olur,  dostlarımızı  isə  sevindirir.  Bu  gün  Azərbaycan 

böyük  bir  tikinti  meydançasını  xatırladır.  Haraya  baxırsan 

abadlıq-tikinti işləri gedir. Körpülərin tikilməsi, asfalt yolların 

çəkilməsi,  yeni  yaşayış  massivlərinin  salınması,  olimpiya 

komplekslərinin bir-birinin ardınca istifadəyə verilməsi – bütün 

bunların hamısı bizi son dərəcə sevindirir.      

Mən  məktəb  müəllimi  olduğumdan  kiçik  bir  haşiyə  çıxmaq 

istəyirəm.  Adi  bir  müəlliməm.  Aldığım  əməkhaqqının  ilbəil 

artması ailə büdcəmizin kifayət qədər yüksəlməsinə səbəb olur. 

Biz inanırıq ki, maaşlarımız, əməkhaqlarımız bundan sonra da 

hər il artacaq və maddi vəziyyətimiz daha da yaxşılaşacaqdır. 

Müəllim  olduğum  üçün  məktəb  tikintisindən  danışmaya 

bilmərəm.  Heydər  Əliyev  Fondunun  rəhbəri  Mehriban  xanım 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə