İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə20/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   16   17   18   19   20   21   22   23   ...   117

 66 

həkimin,  büdcə  təşkilatlarında,  özəl  sektorda çalışan insanların 

həyatında özünü göstərir. 

İndi  Azərbaycanda  geniş  quruculuq-abadlıq  işləri  aparılır. 

Təkcə  Bakıda  deyil,  müxtəlif  rayonlarda,  demək  olar  hər  bir 

bölgədə məktəblər, xəstəxanalar tikilir, yollar salınır, lazım olan 

bütün  infrastruktur,  elektrik  stansiyaları  tikilir,  su  xətləri 

çəkilir.  Biz  insanları  narahat  edən  bütün  problemləri  aradan 

qaldırmalıyıq. 

Bunu 


etmək 

üçün  bizim  düşünülmüş 

proqramımız  var,  maddi  imkanlarımız,  iradəmiz  və  xalqın 

dəstəyi  var.  Hər  bir  islahatı  uğurla  aparmaq,  başa  çatdırmaq 

üçün  lazım  olan  bütün  amillər  Azərbaycanda  var.  İndi 

Azərbaycan  güclü  ölkəyə  çevrilir.  Biz  öz siyasətimizi  müstəqil 

şəkildə  aparırıq.  İqtisadi  cəhətdən  heç  kimdən  asılı  deyilik. 

Enerji  təhlükəsizliyi  baxımından  heç  kimdən  asılı  deyilik, 

əksinə,  biz  başqa  ölkələr  və  təşkilatlar  üçün  enerji 

təhlükəsizliyini  təmin  edən  ölkə  kimi  çıxış  etməyə  başlamışıq. 

Əlbəttə  ki,  Azərbaycanın  artan  iqtisadi  və  siyasi  önəmi 

qarşımızda  duran  məsələlərin  həllində  də  bizə  kömək 

göstərəcəkdir. 

Bizim  qarşımızda    duran  ən  vacib,  ən    önəmli  məsələ 

Azərbaycan  torpaqlarının  işğalçı  qüvvələrdən  təmizlənməsi, 

soydaşlarımızın,  qaçqın-köçkün  bacı-qardaşlarımızın  öz  doğma 

torpaqlarına  qayıtmasıdır.  Bizim  qarşımızda  bundan  başqa, 

bundan  daha  önəmli  vəzifə  yoxdur.  Çünki  bütün  başqa 

məsələlər öz həllini tapır və tapacaqdır. 

Bizim   gələcək   planlarımızda   iqtisadi,   sosial   məsələlər,  

insanların    maddi    vəziyyətinin    daha    da  yaxşılaşdırılması 

üçün  maaşların,  pensiyaların  artırılması  da  nəzərdə  tutulur. 

Azərbaycanda  insanlar  yaxşı  yaşamalıdırlar.  Üç  il  ərzində 

yoxsulluq  kəskin  şəkildə,  iki  dəfədən  çox  azalıbdır,  49  faizdən 

20  faizə  enibdir.  Bu  ilin    nəticələrinə    görə,    əminəm    ki,    20  

faizdən    də    aşağı    düşəcəkdir.    Azərbaycanda    bir    nəfər    də  

yoxsul olmamalıdır. Yəni, bizim xalqımız yaxşı yaşamalıdır. Ona 

görə iqtisadi, siyasi, sosial, humanitar sahələrdə görülən işlər öz 

nəticəsini verir və biz proqram üzrə irəliləyirik. 



 

67 


O  ki  qaldı  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  mü-

naqişəsinin  həlli  məsələsinə,  burada  hələ  ki,  hər  şey  bizdən  asılı 

deyildir.  Biz  danışıqlar  çərçivəsindəyik.  Bu  danışıqları  aparırıq. 

Sözün  düzü,  bu  danışıqların  artıq  10  ildən  çox  aparılması  bizim 

hamımızı  çox  narahat  edir,  incidir,  üzür.  Biz  nə  vaxta  qədər  bu 

danışıqlara  sadiq  qalmalıyıq?  Biz  öz  sülhsevər  siyasətimizi 

dəfələrlə  sübut  etmişik.  Baxmayaraq,  bütün  dünya  artıq  bilir  ki, 

bizə qarşı haqsızlıq, ədalətsizlik edilibdir. Ermənistanın silahlı qüv-

vələri bizim torpaqlarımızı işğal edibdir, etnik təmizləmə siyasəti 

aparıbdır,  günahsız  insanları  məhv  edibdir,  bizim  şəhərlərimizi 

dağıdıbdır,  məscidlərimizi  yerlə-yeksan  edibdir,  əcdadlarımızın 

qəbirlərini dağıdıbdır. Yəni, bütün bu ədalətsizliklər Azərbaycana 

və azərbaycanlılara qarşı olubdur. Bütün bunlara baxmayaraq, biz 

çalışırıq  və  bundan  sonra  da  müəyyən  müddət  çalışacağıq  ki,  bu 

məsələni danışıqlar yolu ilə həll edək. Çünki biz istəmirik yenidən 

qan  tökülsün,  istəmirik  cavanlarımız  şəhid  olsun.  Ancaq  bununla 

bərabər, biz hər an hazır olmalıyıq ki, öz torpaqlarımızı hərb yolu 

ilə,  silahlı  yolla  azad  edək.  Bunu  etmək  üçün  biz  güclü  ordu 

yaradırıq. 

Bu  gün  Azərbaycan  hərbi  potensialını  ildən-ilə  artırır  və 

bölgədə  ən  güclü  orduya  malikdir.  Qısa  müddət  ərzində  hərbi 

xərclərimiz 1 milyard dollara çatıbdır.  Mən iki  il bundan əvvəl 

vəzifə  kimi  qoymuşdum  ki,  bizim  hərbi  xərclərimiz  Er-

mənistanın  bütün  xərclərinə  bərabər  olsun  və  biz  buna  nail 

olduq.  Ermənistanın  bütün  büdcəsi  1  milyard  dollar  olduğu 

halda,  bizim  ancaq  orduya  xərclənən  vəsaitimiz  1  milyard 

dollardır.  Bundan  sonra  biz  bunu  daha  da  artıracağıq.  Artıq 

hərbi  tarazlıq,  Ermənistan  ilə  Azərbaycan  arasında  əvvəlki 

illərdə  mövcud  olan  hərbi  tarazlıq  kəskin  şəkildə  bizim 

xeyrimizə  dəyişilibdir.  Azərbaycanın  artan  iqtisadi  və  siyasi 

önəmini nəzərə alaraq, biz gələcəyi çox aydın görürük. Görürük 

ki,  bir  ildən,  iki  ildən,  üç  ildən  sonra  bizimlə  Ermənistan 

arasında uçurum daha da genişlənəcəkdir. Bu gün də bu belədir. 

Azərbaycanın  iqtisadiyyatı  həcm  baxımından  Ermənistanın 

iqtisadiyyatından artıq 7 dəfə böyükdür, büdcəmiz  də həmçinin. 



 68 

Gələcək  illərdə  daha  da  artacaqdır.  Bu,  əlbəttə,  ilk  növbədə, 

Azərbaycanı  hərtərəfli  inkişaf  etdirəcək,  yeni  müəssisələr 

fabriklər,  zavodlar  yaradılacaq,  iqtisadiyyat  inkişaf  edəcək, 

insanlar  daha  yaxşı  yaşayacaqlar.  Eyni  zamanda,  biz  həmişə 

hərbi  potensialı  da  diqqət  mərkəzində  saxlamalıyıq  və  bunu 

artırmalıyıq, gücləndirməliyik. 

Bir  sözlə,  bu  məsələnin  həlli  üçün  müxtəlif  istiqamətlərdə 

apardığımız  siyasət,  diplomatik  səylərimiz,  ikitərəfli    danı-

şıqlarda   fəal   mövqeyimiz,   beynəlxalq   təşkilatlarla   səmərəli  

əməkdaşlığımızla    yanaşı,    eyni  zamanda,  iqtisadi,  hərbi 

üstünlüyümüz və hərbi potensialın ən yüksək səviyyəyə gətirilib 

çıxarılması  bizə  imkan  verir  ki,  istənilən  anda,  heç  bir  başqa 

ölkəyə  təcavüz  etmədən  öz  torpağımızda  istənilən  əməliyyatı 

keçirə bilək. 

Azərbaycanın  ərazi  bütövlüyü  bütün  dünya  tərəfindən  ta-

nınır   və  dəstəklənir.  Dağlıq  Qarabağ Azərbaycanın ayrılmaz 

hissəsidir. Tarixi həqiqət də belədir. Beynəlxalq hüquq normaları 

da bunu sübut edir. Baxmayaraq, əvvəlki illərdə danışıqların ilk 

mərhələsində  bəzi  beynəlxalq  təşkilatlar  belə  fikirdə  idi  ki, 

Dağlıq  Qarabağa  ya  müstəqillik  verilməlidir,  yaxud  da 

Ermənistana  birləşməlidir.  Ermənistan  və  erməni  lobbisi  çirkin  

fəaliyyəti,    təbliğatı    nəticəsində    tarixi    təhrif    edərək    bəzi  

beynəlxalq  təşkilatları,  bəzi  inkişaf  etmiş ölkələrin siyasi dairə-

lərini  inandırmışdılar  ki,  guya  bu  məsələdə  onlar  haqlıdırlar. 

Amma  Azərbaycanın  uğurlu  siyasəti, 

yenə 

də 


artan 

imkanlarımız  bu  vəziyyəti  dəyişdirdi.  Biz  indi  erməni  lobbisi 

ilə  mübarizə  aparırıq  və  uğurla  mübarizə  aparırıq.  Bu 

yaxınlarda  biz  erməni  lobbisinin  bütün səylərini puça  çıxardıq. 

Azərbaycanın  ərazi  bütövlüyü  bir  daha  təsdiq  olundu. 

Ermənistanın  Azərbaycana  qarşı  apardığı  işğalçı  siyasət  bir 

daha  pislənildi.  Bir  daha  göstərildi  ki,  Ermənistan  nəinki 

Azərbaycanın  7  rayonunu,  eyni  zamanda,  Dağlıq  Qarabağı  da 

işğal  edibdir.  Bu  bizim  böyük  siyasi  qələbəmizdir.  Çünki 

əvvəlki illərdə çox önəmli qurumlar və bu  məsələ ilə bilavasitə 

məşğul  olan  təşkilatlar  bu  barədə  heç  vaxt  belə  ifadələr 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə