İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə28/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   24   25   26   27   28   29   30   31   ...   117

 96 

daşıyırdı. Bu qədim qala isə Əyyubilər sülaləsinin nümayəndəsi 

Səlahəddin  Əyyubi  tərəfindən  1236-cı  ildə  inşa  edilmişdir. 

Osmanlı  imperiyası  dövründə  Misir  hakimi  Məhəmməd  Əli 

paşa  1830–48-ci  illərdə  qalada  öz  adını  daşıyan  məscid 

tikdirmiş  və  iqamətgah  kimi  istifadə  etmişdir.  Ölkənin  mədəni 

həyatındakı  bir  sıra  yeniliklər  Məhəmməd  Əlinin  apardığı 

islahatlarla bağlıdır. 

Qahirənin  ən  hündür  yerində  yerləşən  bu  qaladan    bütün 

şəhəri  seyr etmək mümkündür. 

Məscid  memarlığı  və  oyma  bəzəklərinin  zənginliyi  ilə 

fərqlənir.  Osmanlı  imperiyası  dövründə  Misirdə  məscidlərin 

əksəriyyəti  türk  memarlığı  üslubunda  –  böyük,  yarımdairəvi 

günbəzlər,  şişuclu  minarələrlə  inşa  edilirdi.  Məhəmməd  Əli 

məscidi  İstanbuldakı  tarixi  Ayasofiya  məbədinə  oxşar    inşa 

edilmişdir.  Burada  eyni  vaxtda  beş  minədək  adam  namaz  qıla 

bilər. Qədim qalanı və məscidi görmək üçün hər il on minlərlə 

xarici turist gəlir. 

Prezident  İlham  Əliyev  və  xanımı  qala  və  məscidi  gəzdilər, 

Məhəmməd Əli paşanın qəbrini  ziyarət etdilər. 

Dövlətimizin  başçısı  və  xanımı  qala  divarlarının  üstündən 

Qahirənin mənzərəsini seyr etdilər. 

 

  Qahirənin məşhur Misir muzeyi ilə tanışlıq 

 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  mayın  7-də 



Qahirənin məşhur Misir muzeyi ilə tanış olmuşdur.           

Dövlətimizin  başçısı  İlham  Əliyevi  və  xanımı  Mehriban 

Əliyevanı burada böyük ehtiramla qarşıladılar. 

Misir  muzeyi  qədim  eksponatlardan  ibarət  ekspozisiyasının 

zənginliyinə  görə  dünyada  ən  nadir  muzey  hesab  olunur.  Bu-

rada Misir tarixinin erkən, qədim, orta, yeni, son padşahlıq və 

Yunan-Roma dövrlərinə aid nümunələr toplanmışdır.  

Erkən  padşahlıq  dövründə  Nil  vadisində  qədim  Misir  incə-

sənətinin prinsipləri təşəkkül tapmış və bunlar min illərlə Misir 

incəsənətinin  inkişafının  əsasını  təşkil  etmişdir.  Muzeydə 

ehramların  qarşısında  qoyulmuş  möhtəşəm  sfinks  heykəlləri, 


 

97 


xatirə  məbədləri,  fironların  heykəlləri,  təbiət  təsvirləri  olan 

eksponatlar  da  mühüm  yer  tutur.  Fiva  yaxınlığında  firon 

Tutanxamonun  sərdabasından  tapılmış  və  Misir  muzeyində 

nümayiş  etdirilən  eradan  əvvəl  XIV  əsrə  aid  əşyalar  –  qızıl 

maska,  tac,  qablar,  üzəri  təsvirli  mücrülər  qədim  Misir  incə-

sənətinin  texniki  kamilliyi  və  dekorativ  zərifliyi  ilə  yanaşı, 

akademik incəsənətin də xüsusiyyətlərini özündə əks etdirir.  

Bəşəriyyətin  qədim  tarixinə  aid  onlarca  eksponat  vaxtilə 

Misir  muzeyindən  aparılmışdır  və  hazırda  Böyük  Britaniya, 

Almaniya,  Belçika  və  digər  ölkələrin  məşhur  muzeylərində, 

rəsm qalereyalarında saxlanılır.  

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeylə 

tanışlıqdan zəngin təəssüratla ayrıldılar. Dövlətimizin başçısına 

xatirə hədiyyəsi təqdim olundu. 

 

 



 

 



 98 

 

 

 

MİSİR XALQ MƏCLİSİNİN SƏDRİ  

ƏHMƏD FƏTHİ SÜRUR  

İLƏ GÖRÜŞ 

 

Xalq Məclisinin binası 

 

7 may 2007-ci il 

                                             



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ma-

yın 7-də Misir Ərəb Respublikasının parlamentinə – Xalq Məc-

lisinə gəlmişdir.  

Burada  dövlətimizin  başçısının  şərəfinə  Fəxri  qarovul 

düzülmüşdü.  Prezident  İlham  Əliyevi  Xalq  Məclisinin  sədri 

Fəthi Sürur böyük hörmət və ehtiramla qarşıladı.  

Sonra Azərbaycan prezidenti ilə Xalq Məclisinin sədri ara-

sında görüş keçirildi. Əhməd Fəthi Sürur parlamentin üzvlərini 

prezident İlham Əliyevə təqdim etdi. Misir parlamentinin sədri 

Azərbaycan  prezidentini  Qahirədə  görməkdən  məmnunluğunu 

bildirərək,  dövlətimizin  başçısının  səfərini  yüksək  qiymətlən-

dirdi,  ölkələrimiz  arasında  ikitərəfli  əlaqələrin  uğurla  inkişaf 

etdiyini vurğuladı.  

Görüşdə  siyasi,  iqtisadi,  elm  və  digər  sahələrdə  əlaqələri-

mizin  genişləndiyi,  bununla  yanaşı,  parlamentlərarası  əmək-

daşlığın genişləndirilməsinin vacibliyi bildirildi.  

Prezident  İlham  Əliyev  Azərbaycanın  əldə  etdiyi  iqtisadi 

uğurlardan,  beynəlxalq  əhəmiyyətli  layihələrin  həyata  keçiril-

məsindən  danışdı.  Dövlətimizin  başçısı  Ermənistan–Azərbay-

can,  Dağlıq  Qarabağ  münaqişəsinə  də  toxunaraq  dedi  ki, 

Ermənistan  ölkəmizə  qarşı  işğalçılıq  siyasəti  həyata keçirərək, 

torpaqlarımızın bir hissəsini zəbt etmişdir.  

Misir  Xalq  Məclisinin  üzvləri  görüşdə  çıxış  edərək,  Ermə-

nistanın  işğalçı  qüvvələrinin  Azərbaycan  ərazilərindən  çıxarıl-


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə