İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə25/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   21   22   23   24   25   26   27   28   ...   117

 86 

 

 



 

AZƏRBAYCAN VƏ MİSİR PREZİDENTLƏRİNİN  

GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ 

 

Qahirə, Misir dövlət başçısının sarayı 

 

6 may 2007-ci il 

 

    Mayın 6-da Qahirədə Azərbaycan prezidenti İlham Əliye-



vin  və  Misir  prezidenti  Hüsnü  Mübarəkin  nümayəndə  heyət-

lərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir. 

Görüşdə  Azərbaycanla  Misir  arasında  ikitərəfli  münasi-

bətlərin, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla 

inkişaf  etdirildiyi  vurğulandı.  Tərəflər  beynəlxalq  təşkilatlar 

çərçivəsində  əməkdaşlığın  yüksək  səviyyədə  olduğunu  bildir-

dilər.  Qeyd  olundu  ki,  iqtisadi  sahədə  əlaqələrin  genişlən-

dirilməsi üçün böyük potensial var və bundan səmərəli istifadə 

edilməsi hər iki ölkə üçün zəruri və faydalıdır. 

 Görüşdə  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  müna-

qişəsi  məsələsinə  də  toxunuldu.  Misir  prezidenti  Hüsnü  Müba-

rək  onun  ölkəsinin  Azərbaycanın  ərazi  bütövlüyünü  dəstək-

lədiyini  və  münaqişənin  beynəlxalq  hüquq  normaları  çərçivə-

sində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh yolu ilə 

ədalətli həllinə tərəfdar olduğunu xüsusi vurğuladı. 

 Prezident  İlham  Əliyev  Misir  prezidenti  Hüsnü  Mübarəki 

Azərbaycana rəsmi səfərə dəvət etdi. 

 

* * * 



 

Mayın  6-da  Qahirədə  Prezident  sarayında  Misir  Ərəb 

Respublikasının  Prezidenti  Hüsnü  Mübarəkin  adından  Azər-

baycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  şərəfinə 

rəsmi nahar verilmişdir. 

   



 

87 


 

 

 



QAHİRƏDƏ  AZƏRBAYCAN SƏFİRLİYİNİN  

YENİ BİNASININ AÇILIŞ MƏRASİMİ 

 

Qahirə 



 

6 may 2007-ci il 

 

 



Azərbaycan prezidenti İlham Əliyev mayın 6-da Qahirədə 

ölkəmizin  Misir  Ərəb  Respublikasındakı  səfirliyinin  yeni 

binasının açılış mərasimində iştirak etmişdir.  

Səfirliyin  əməkdaşları  və  Qahirədə  yaşayan  soydaşlarımız 

dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.  

Azərbaycan səfirliyinin yeni  binası  böyüklüyü  və  memarlığı 

baxımından diqqəti cəlb edir. Qahirənin ən gözəl rayonlarından 

olan  bu  ərazidə  bir  çox  səfirliklər  yerləşir.  Prezident  İlham 

Əliyev  və  Misirin  Baş  naziri  Əhməd  Nazif  «Azərbaycan 

Respublikasının  səfirliyi»  sözləri  yazılmış  lövhənin  üzərindən 

ağ örtüyü götürdülər və açılışı bildirən lenti kəsdilər.  

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül 

dəstələri təqdim olundu. Azərbaycan prezidenti və Misirin Baş 

naziri  səfirliyin  yeni  binasında  əməkdaşlar  üçün  yaradılmış 

şəraitlə  tanış  oldular,  ayrı-ayrı  otaqlara,  konfrans  salonuna 

baxdılar, Xatirə kitabına ürək sözlərini yazdılar.  

Misir Ərəb Respublikası Azərbaycanın dövlət müstəqilliyini 

1991-ci  il  dekabrın  26-da  tanımış,  1992-ci  il  aprelin  11-də  iki 

ölkə  arasında  diplomatik  əlaqələr  qurulmuşdur.  Azərbaycanın 

Misirdəki səfirliyi 1994-cü ildən fəaliyyət göstərir. 

Sonra  binanın  açılışı  münasibətilə  təntənəli  mərasim  oldu. 

Misirin Baş naziri Əhməd Nazif və Azərbaycan prezidenti İlham 

Əliyev mərasimdə çıxış etdilər. 

  


 88 

Misirin Baş naziri Əhməd Nazifin çıxışı 

 

Azərbaycan  Respublikasının  Prezidenti  zati-aliləri  cənab 



İlham Əliyev! 

Hörmətli xanımlar və cənablar! 

Mən  Azərbaycan  Respublikası  səfirliyinin  yeni  binasının 

açılması  münasibətilə  keçirilən bugünkü  möhtəşəm  mərasimdə 

iştirak  etməkdən  böyük  məmnunluq  və  şərəf  hissi  duyuram. 

Tədbirin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, hazırda Misirdə 

yüksək  səviyyədə  qəbul  olunan  Azərbaycan  Respublikasının 

Prezidenti bizimlə buradadır. 

Misir  Ərəb  Respublikası  Hökumətinin  və  Misir  xalqının 

adından biz Zati-alilərinin Qahirəyə ilk rəsmi səfərini alqışlayırıq. 

Səfirliyin təzə binasının açılması ölkələrimiz arasındakı əlaqələrə 

yeni təkan verir və onlar üçün yeni üfüqlər açır. 

Xanımlar və cənablar! 

Azərbaycan  1991-ci  ildə  müstəqilliyini  əldə  etdikdən  sonra 

ölkələrimiz  arasında  diplomatik  münasibətlər  qurulmuş, 

əlaqələrimiz  olduqca  sıxlaşmışdır.  Həmin  vaxtdan  etibarən 

göstərdiyimiz  birgə  səylər  bu  əlaqələrin  bütün  sahələrdə 

möhkəmləndirilməsinə  yönəlmişdir.  Bu  səylər  və  qətiyyət 

nəticəsində  Zati-alilərinin  Qahirəyə  səfəri  zamanı  bir  çox 

protokollar  və  sazişlər  imzalanacaqdır.  Bu  onu  göstərir  ki, 

ölkələrimizin  potensialı  genişlənir  və  xalqlarımıza  rifah  gətirə 

biləcək real tərəfdaşlığa çevrilməkdədir. 

Münasibətlərimizin  gücü  Azərbaycan  və  Misir  xalqları 

arasında  qarşılıqlı  hörmətə  əsaslanır.  Onlar  bizim  hazırkı  sıx 

mədəni  münasibətlərimizdən  irəli  gəlir.  Siyasi  baxımdan 

beynəlxalq  və  regional  səviyyələrdə  hər  iki  ölkənin  mövqeyi 

üst-üstə  düşür.  Mən  bu  aspektləri  müxtəlif  sahələrdə,  xüsusən 

də iqtisadi münasibətlər sahəsində əməkdaşlığın qurulması üçün 

əsas kimi görürəm. Üfüqlər genişdir və uğurun toxumları artıq 

səpilmişdir. 

İş adamlarımız bir-birinə daha da yaxınlaşmalı, yaratdığımız 

çərçivədən  bəhrələnməli  və  potensial  mübadilə  sahələrini 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə