İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə24/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   20   21   22   23   24   25   26   27   ...   117

 80 

Yaşıl  Teatrın  yerləşdiyi  ərazi  sürüşmə  zonasında  oldu-

ğundan,  amfiteatrın  təməlinin  möhkəmləndirilməsi  üçün  196 

dirək vurulmuşdur. Qrim otağı, inzibatçılar otağı və digər xid-

məti otaqlar səhnənin altında yerləşdirilmişdir. 

Teatrın açılışı mayın 10-da olacaqdır. 

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını söylədi, 

Yaşıl Teatrın gələcək istifadəsi ilə bağlı tapşırıqlarını verdi. 

 



 

81 


  

 

 



NORVEÇİN KRALI  ƏLAHƏZRƏT V HARALDA  

 

Əlahəzrət! 



Norveçin milli bayramı – Konstitusiya günü münasibətilə 

Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  öz  adımdan  və 

Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.  

Əminəm  ki,  Azərbaycan  ilə  Norveç  arasındakı  dostluq 

münasibətləri  əlaqələrimizin  və  əməkdaşlığımızın  hərtərəfli 

inkişafı üçün daim möhkəm zəmin olaraq qalacaqdır.  

Bu  əlamətdar  gündə  Sizə  ən  xoş  arzularımı  yetirir,  dost 

Norveç xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.  

 

Hörmətlə,  

 

 



 

 

 



İLHAM ƏLİYEV 

 

 

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 4 may 2007-ci il  

 



 82 

 

 



 

NORVEÇ KRALLIĞININ BAŞ NAZİRİ    

ZATİ-ALİLƏRİ  

CƏNAB YENS STOLTENBERQƏ  

 

Hörmətli cənab Baş nazir! 



Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə 

Sizi və bütün Norveç xalqını ürəkdən təbrik edirəm.  

Azərbaycan–Norveç  münasibətlərinin  bugünkü  səviyyəsi 

məmnunluq doğurur. Əminəm ki, bir çox sahələrdə, xüsusən də 

həyata  keçirdiyimiz  irimiqyaslı  neft-qaz  layihələrində  dost 

ölkələrimizin  əməkdaşlığı  bundan  sonra  da  müvəffəqiyyətlə 

davam edəcəkdir.  

Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  xalqınıza  sülh 

və tərəqqi arzulayıram. 

  

Hörmətlə,  

 

 

 



 

 

   İLHAM ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 4 may 2007-ci il 



   


 

83 


 

 

 



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

MİSİRƏ RƏSMİ SƏFƏRİ 

 

6 may 2007-ci il 



 

Mayın  6-da  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyev  Misir  Ərəb  Respublikasına  rəsmi  səfərə  gəl-

mişdir. 

Misirin  və  Azərbaycanın  Dövlət  bayraqları  ilə  bəzədilmiş 

Qahirə  hava  limanında  ali  qonağın  şərəfinə  Fəxri  qarovul 

dəstəsi düzülmüşdü. 

Dövlətimizin başçısını  təyyarənin pilləkəni yanında Misirin  

Neft naziri Samih Fəhmi və digər rəsmi şəxslər böyük hörmət və 

ehtiramla qarşıladılar. 

Prezident  İlham  Əliyevə  və  xanımı  Mehriban Əliyevaya  gül 

dəstələri təqdim olundu. 

Prezident  İlham  Əliyev  hava  limanından    maşın  karvanının 

müşayiəti ilə  Misir prezidenti Hüsnü Mübarəkin sarayına yola 

düşdü. 

 

* * * 


 

Mayın  6-da  Qahirədə  Misir  prezidenti  Hüsnü  Mübarəkin 

sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliye-

vin rəsmi qarşılanma mərasimi olmuşdur. 

Ali  qonağın  şərəfinə  sarayın  qarşısında  Fəxri  qarovul  dəs-

təsi düzülmüşdü. 

Misir  prezidenti  Hüsnü  Mübarək  Azərbaycan  prezidenti 

İlham  Əliyevi  sarayın  önündə  böyük  hörmət  və  ehtiramla 

qarşıladı. 

Azərbaycanın və Misirin Dövlət himnləri səsləndi. 


 84 

Fəxri  qarovul  dəstəsinin  rəisi  Azərbaycan  prezidentinə 

raport verdi. 

Prezidentlər Fəxri  qarovul dəstəsinin qarşısından keçdilər. 

Misirin  dövlət  və  hökumət  nümayəndələri,  Azərbaycan 

prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Misir 

prezidentinə təqdim olundu. 

 



 

85 


 

 

 



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN   

MİSİR PREZİDENTİ HÜSNÜ MÜBARƏKLƏ 

TƏKBƏTƏK GÖRÜŞÜ 

 

Qahirə, Misir dövlət başçısının sarayı 



 

6 may 2007-ci il 

 

    Mayın  6-da  Qahirədə  Misir  dövlət  başçısının  sarayında 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir 

Ərəb  Respublikasının  Prezidenti  Hüsnü  Mübarəkin  təkbətək 

görüşü olmuşdur. 

Görüşdə  ölkələrimiz  arasında  əlaqələrin  müxtəlif  sahələrdə 

uğurla  inkişaf  etdiyi  bildirildi.  Azərbaycan  prezidentinin  bu 

səfərinin qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə 

imkan yaradacağına əminlik vurğulandı. 

Dövlət  başçıları  qarşılıqlı  maraq  doğuran  məsələləri  mü-

zakirə etdilər. 

                                                                                    

 

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə