İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə32/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   28   29   30   31   32   33   34   35   ...   117

 110 

ki,  gələcəkdə  ƏDC-nin  üzvü  olan  dövlətlərlə  Azərbaycan 

arasında  münasibətlər  uğurla  inkişaf  edəcəkdir.  Bizim 

əlaqələrimiz  çox  möhkəm  tarixi,  mədəni  və  dini  əsaslara 

söykənir. 

Bu  gün  Baş  katiblə  apardığımız  müzakirələr  və  səfirlərlə 

keçirdiyimiz  görüş  zamanı  biz  regional  məsələləri  müzakirə 

etdik.  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsini, 

Ermənistan 

silahlı 


qüvvələri 

tərəfindən 

Azərbaycan 

torpaqlarının davamlı  işğalını müzakirə etdik.  Çünki bu  məsələ 

regionda  bizim  hamımızı  narahat  edir.  Biz  bu  münaqişənin 

beynəlxalq  hüquq  norma  və  prinsipləri,  Azərbaycanın  ərazi 

bütövlüyü  prinsipi  əsasında  həlli  məsələsində  hər  zaman 

müsəlman,  ərəb  qardaşlarımızın  dəstəyini  duymuşuq.  Əminəm 

ki,  gələcəkdə  Ərəb  Dövlətləri  Cəmiyyəti  ilə  və  eyni  zamanda, 

təşkilatın 

üzvü  olan  dövlətlərlə  Azərbaycan  arasında 

münasibətlər uğurla davam  edəcəkdir. 



Ə  m  r    M  u  s  a:  Çox  sağ  olun  cənab  Prezident.  İndi  isə 

suallarınızı verin. 



S u a l: Cənab Prezident,  mənim sualım iki hissədən iba-

rətdir.  Sizcə  hər  iki  tərəfin  imkanları  çərçivəsində  bu 

əməkdaşlıq kifayət qədərdirmi və Sizi qane edirmi? 

Azərbaycan  sülh  məqsədli  nüvə  enerjisi  sahəsində  ciddi 

tədqiqatlar  aparır  və  bu  məsələdə  kifayət  qədər  təcrübəsi 

vardır.  Bu  sahədə  ərəb  dövlətləri  ilə  əməkdaşlıq  aparmaq 

mümkündürmü? 

İ l h a m   Ə l i y e v: Bu səfərim zamanı Azərbaycan ilə Mi-

sir  arasında  bir  sıra  önəmli  sazişlər  bağlanmışdır.  Demək  olar 

ki,  iqtisadi  və  sosial  məsələlərin  tam əksəriyyəti  bu  sənədlərdə 

öz əksini tapmışdır. 

Dünən  Misir  Ərəb  Respublikasının  Prezidenti  ilə  görüşdə 

də  ikitərəfli  əlaqələr,  regional  məsələlər  və  bizim  birgə 

fəaliyyətimiz  haqqında  geniş  fikir  mübadiləsi  aparılmışdır. 

Eyni  zamanda,  iki  ölkə  arasında  iqtisadi  əlaqələrin  inkişafı  da 

diqqət  mərkəzində  idi.  Azərbaycanda  son  illər  ərzində  iqtisadi 

inkişaf çox sürətlə gedir. Mən, öz növbəmdə, Misirdən və bütün 




 

111 


ərəb dünyasından olan iş adamlarını Azərbaycana iş görmək üçün 

dəvət etmişəm. Yəni bir sözlə, deyə bilərəm ki, iki ölkə arasında 

əlaqələr çox yüksək səviyyədədir və biz bundan çox razıyıq. 

O ki qaldı sualın ikinci hissəsi, Azərbaycanda nüvə  enerjisi, bu 

məsələyə  dair    aparılan  tədqiqatlar  barədə  deyə  bilərəm  ki,  bu 

sahədə  bizim  heç  bir  fəaliyyətimiz  yoxdur.  Azərbaycanda  çox 

zəngin  neft-qaz  yataqları  var.  Bizim  hesablamalarımıza  görə,  ən 

azı növbəti yüz il ərzində Azərbaycan özünü də, tərəfdaşlarını da 

təbii  qazla  və  neftlə  təmin  edə  biləcəkdir.  İndi  dünyada  ən  çox 

müzakirə olunan enerji təhlükəsizliyi məsələləridir. Azərbaycan bu 

işə öz töhfəsini verir və bundan sonra da verəcəkdir. 

S  u  a  l:  Hörmətli  cənab  Prezident,  Azərbaycanla  ərəb 

dünyasının əməkdaşlığının miqyasını necə görürsünüz? 

İ l h a m     Ə l i y e v:  Əlbəttə  ki,  imkanlar  çox  böyükdür. 

Amma  nəzərə  alsaq  ki,  Azərbaycan  müstəqil  ölkə  kimi  cəmi 

15  ildir  yaşayır,  hesab edirəm,  bu  illər  ərzində ərəb  ölkələri  ilə 

Azərbaycan  arasında  qurulmuş  münasibətlərin  səviyyəsi  çox 

yüksəkdir.  Biz  həm  ikitərəfli  müstəvidə,  həm  də  İslam 

Konfransı Təşkilatı çərçivəsində  çox  uğurlu  əməkdaşlıq  edirik. 

Qısa  müddət  ərzində  yeddi  ərəb  ölkəsində  Azərbaycanın 

səfirliyi  yaradılıb  və  növbəti  illərdə  başqa  ərəb  ölkələrində  də 

səfirliklər  açılacaqdır.  Yəni  bu,  özlüyündə  bizim  bu 

münasibətlərin  inkişafına  olan  marağımızı  göstərir.  Ərəb 

ölkələrindən  olan  şirkətlər  Azərbaycanda  çox  uğurla fəaliyyət 

göstərir və biz istəyirik ki, onların sayı və işinin həcmi daha da 

çoxalsın. 

 



 112 

 

 

 

MİSİRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQ  

NAZİRİ XANIM FAİZƏ ƏBÜLNƏQA  

İLƏ GÖRÜŞ 

 

7 may 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

mayın  7-də  Misirin  Beynəlxalq  Əməkdaşlıq  naziri,  Misir–

Azərbaycan  birgə  hökumətlərarası  komissiyasının  həmsədri 

xanım Faizə Əbülnəqa ilə görüşmüşdür.  

Görüşdə  ölkələrimiz  arasında  ikitərəfli  münasibətlərin 

yüksək  səviyyədə  olduğu,  iqtisadi  və  humanitar  sahədə  əlaqə-

lərin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud-

luğu vurğulandı. Bildirildi ki, Azərbaycan prezidentinin Misirə 

rəsmi  səfəri,  imzalanmış  sənədlər  və  birgə  hökumətlərarası 

komissiyanın  fəaliyyətinin  genişləndirilməsi  gələcək  əməkdaş-

lığın dərinləşməsinə müsbət təsir göstərəcəkdir.  



 

113 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN MENA AGENTLİYİNƏ 

MÜSAHİBƏSİ  

 

Qahirə,  Qübbə sarayı 



 

7 may 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  ma-



yın  7-də  Qahirədə  onun  üçün  ayrılmış  iqamətgahda  –  Qübbə 

sarayında  Misirin  Yaxın  Şərq  Xəbərlər  Agentliyinin  (MENA) 

idarə heyətinin sədri və Baş redaktoru Abdulla Həsənə müsahibə 

vermişdir. 

S u a l: Zati-aliləri  cənab  Prezident,  öncə  Sizi  salamla-

yıram.  Azərbaycanla  Misir  arasında  bütün  sahələrdə 

əməkdaşlığın perspektivləri haqqında Sizin fikrinizi bilmək 

istərdik. 

İ l h a m   Ə l i y e v: Bu səfər çərçivəsində imzalanmış sənəd-

lər  bizim  münasibətlərimizin  gələcək  perspektivlərini  müəyyən 

edir. Dünən və bu gün keçirdiyim görüşlər – prezident, Baş nazir, 

parlamentin  sədri  ilə  və  digər  görüşlər  bir  daha  onu  göstərdi  ki, 

bizim  aramızda  çox  səmimi  dostluq  münasibətləri  var  və  bu 

səfərdən sonra münasibətlərimiz daha da inkişaf edəcəkdir. Siyasi 

və  iqtisadi  əlaqələr,  humanitar  sahədə  əlaqələr  bizi  qane  edir  və 

əminəm  ki,  gələcək  əməkdaşlıq  iki  xalqı  bir-birinə  daha  da 

yaxınlaşdıracaqdır. 

S  u  a  l:  İmzalanan  sənədlərdən  biri  də  Azərbaycan  ilə 

Misir  arasında  neft  və  qaz  sahəsində  əməkdaşlığa  aid  idi. 

Misirlə 

Azərbaycan  arasında 

bu 

sahədə  əlaqələrin 

qurulması və əməkdaşlıq yəqin ki, Misir üçün də çox həyati 

əhəmiyyət kəsb edir. 

İ l h a m   Ə l i y e v: Bu sahədə əməkdaşlıq üçün çox gözəl 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə