İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə33/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   29   30   31   32   33   34   35   36   ...   117

 114 

imkanlar  var.  Hər  iki  ölkə  neft-qaz  hasil  və  ixrac  edən 

ölkələrdir.  Gələn  il  Azərbaycandan  dünya  bazarlarına  ildə  50 

milyon  ton  xam  neft  ixrac  olunacaqdır.  Eyni  zamanda, 

Azərbaycanda  çox  böyük,  nəhəng  qaz  yataqları  vardır  ki, 

onların  da  istismarına  artıq  başlanmışdır.  Ona  görə  yenə 

deyirəm,  bu  sahədə  həm  Misir,  həm  də  Azərbaycan  dünya 

enerji  bazarının  tənzimlənməsi  üçün,  təmin  edilməsi  üçün 

dünya  miqyasında  mühüm  rol  oynayır.  Təbii  ki,  imzalanmış 

sənədlərin arasında bu sahəyə aid olanı da var. Bu sənədin icra 

olunması nəticəsində çox güclü əməkdaşlıq yarana bilər. 

S u a l: Zati-alilərinizin   dünən   cənab   prezident   Hüsnü 

Mübarəklə   olan   görüşü   barədə   fikirlərini   bizimlə bölüş-

məsini istərdik. 

İ l h a m   Ə l i y e v: Görüş çox səmimi keçdi. İki ölkə arasında 

mövcud olan dostluq, qardaşlıq münasibətləri bir daha öz təsdiqini 

tapdı.  Əlbəttə,  görüşün  böyük  hissəsi  ikitərəfli  münasibətlərin 

inkişafına  və  təhlilinə  həsr  edilmişdi.  Eyni  zamanda,  regional 

məsələlər,  Azərbaycanın  ərəb  dünyası  ilə  əməkdaşlığı  məsələləri 

müzakirə olundu. Onu da demək istəyirəm ki, həmin məsələlər bu 

gün  Ərəb  Dövlətləri  Cəmiyyətindəki  görüşdə  də  geniş  şəkildə 

müzakirə olunmuşdur. 

Əlbəttə,  biz  cənab  prezidentlə  Ermənistan–Azərbaycan,  Dağlıq 

Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Misir 

və  Azərbaycan  bir-birinin  ərazi  bütövlüyünü  dəstəkləyir.  Misir 

dövləti bu məsələnin  Azərbaycanın  ərazi bütövlüyü  çərçivəsində  

həll    olunmasını    bəyan    etmişdir.    Bir    sözlə,    mən    bu  görüşün 

nəticələrindən  çox  məmnunam.  Öz  növbəmdə,  cənab  prezidenti 

Azərbaycana rəsmi səfərə dəvət etdim.  

Görüşdə  gələcək  əməkdaşlığımızın  perspektivləri  də  mü-

zakirə olundu. 

S u a l: Ərəb  dünyasını  narahat  edən  və  maraqlandıran 

ən  əsas  məsələlərdən  biri  Fələstin  problemi,  İsrail–ərəb 

münaqişəsidir. Bu barədə Sizin rəyinizi bilmək istərdik. Bu, 

bir növ siyasi sualdır. 

İ l h a m   Ə l i y e v: Bu məsələ ilə bağlı Azərbaycan dəfə-



 

115 


lərlə  öz  mövqeyini  açıq,  birmənalı  şəkildə  bildirmişdir.  Həm 

İslam  Konfransı  Təşkilatı  çərçivəsində,  eyni  zamanda,  başqa 

formatda  da  birmənalı  mövqeyimiz  bəllidir.  Fələstin–İsrail 

münaqişəsi  tezliklə  öz  həllini  tapmalıdır.  Müstəqil  Fələstin 

dövləti  yaradılmalıdır  və  Fələstin  xalqı,  uzun  illər  böyük 

əziyyətlər  çəkən  xalq  müstəqilliyə  qovuşmalıdır.  Bu  mövqeyi 

biz  təkcə  İslam  Konfransı  Təşkilatı  çərçivəsində  deyil,  eyni 

zamanda,  digər  beynəlxalq  təşkilatlarda  məsələ  müzakirə 

olunanda  da  müdafiə edirik. Bu məsələ öz həllini taparsa, bütün 

Yaxın Şərqdə vəziyyət sabitliyə doğru sürətlə yaxşılaşacaqdır. 



S u a l: Zati-aliləri, mən İraq məsələsinə toxunmaq istəyi-

rəm.  Bilirsiniz ki,  İraqda  hazırda  əcnəbi  qüvvələr  var,  qan 

tökülür. Bu məsələyə Sizin münasibətiniz necədir? 

İ l h a m   Ə l i y e v: Biz  İraqın  ərazi  bütövlüyünü  dəstək-

ləyirik.  Əminik  ki,  İraq  xalqı  ölkəsinin  ərazi  bütövlüyünü sax-

layacaq  və  möhkəmləndirəcəkdir.  İraqda  mövcud  olan  daxili 

çəkişmələr  bizi  çox  narahat  edir.  Əlbəttə  ki,  İraqın  vahid  dövlət 

kimi  fəaliyyətini  davam  etdirməsi  həm  İraq  xalqı  üçün  lazımdır, 

həm də bütün bölgə üçün lazımdır. 

O ki qaldı İraqda yerləşən xarici qüvvələrə, əlbəttə ki,  onlar 

gec-tez  İraqı  tərk  etməlidirlər.  Əsas  məsələ  bundadır  ki,  onlar 

nə  vaxt  İraqdan  çıxmalıdır.  Mən  hesab  edirəm  ki,  əgər  onlar 

İraqdan  bu  gün  çıxarılarsa,  orada  vəziyyət  daha  da  gərginləşə 

bilər.  Eyni  zamanda,  onlar  orada  uzun  müddət  qala  bilməzlər. 

Yəni bütün səylər ona yönəldilməlidir ki, İraqda güclü idarəçilik 

sistemi  yaradılsın.  İraqın dövlət  hakimiyyəti bütün ölkəni əhatə 

etsin.  Müharibə  zamanı  müəyyən  dərəcədə  pozulmuş  dövlət 

idarəçilik  sistemi  bərpa  olunsun,  milli  ordu  və  polis  qüvvələri 

İraqda  asayişi  qoruya  bilsinlər.  Ondan  sonra  xarici  silahlı 

qüvvələr  İraqdan  çıxmalıdır.  Bizim  bu  məsələyə  baxışlarımız 

bundan ibarətdir. 



S u a l: Zati-aliləri, İranın nüvə proqramı ilə bağlı Sizin 

fikrinizi  bilmək  istərdik.  Çünki  bilirsiniz  ki,  İran  uranın 

zənginləşdirilməsi  işini  davam    etdirir.  Amerika  Birləşmiş 

Ştatları  və  digər  dövlətlər  tərəfindən  İrana  bir  növ  zərbə 


 116 

endirilməsi qorxusu var. 

İ l h a m  Ə l i y e v: Azərbaycan dövləti bu məsələ ilə bağlı 

öz  mövqeyini  dəfələrlə  bildirmişdir  və  bu  mövqe  hər  kəsə 

bəllidir. Biz hesab edirik ki, bu məsələ və bu mübahisələr yalnız 

və  yalnız  danışıqlar  yolu  ilə,  sülh  yolu  ilə  həll  olunmalıdır. 

Əlavə  gərginliyə  gətirib  çıxara  biləcək  hər  hansı  addımlar 

atılmamalıdır.  Hər  bir  ölkə  kimi,  İran  da  öz  nüvə 

texnologiyalarını  beynəlxalq  qaydalar  çərçivəsində  inkişaf 

etdirə  bilər.  Bu  məsələ  ilə  bilavasitə  məşğul  olan  Beynəlxalq 

Atom  Enerjisi  Agentliyi  fəaliyyət  göstərir,  o  təşkilatın  qay-

dalarına uyğun olan şəkildə inkişaf etdirə bilər. 

Onu  da  bilirik  ki,  İranın  nüvə  proqramı  bəzi  ölkələri  çox 

narahat edir. Bu da nəzərə alınmalıdır. Bütün bu məsələləri həll 

etmək  üçün  mültəq  çox  açıq,  geniş,  bütün  maraqlı  tərəflərin 

iştirakı  ilə  dialoq  aparılması  zəruridir.  İran  bizim  üçün  dost 

ölkədir.  Bizim  böyük  sərhədimiz  var.  İstəyirik  ki,  İran  xalqı 

sülh, təhlükəsizlik şəraitində yaşasın. 



A b d u l l a   H ə s ə n: Cənab Prezident, çox sağ olun. Çox 

ətraflı cavablarınıza görə Sizə bir daha təşəkkür edirəm.  

 

* * * 


 

Mayın  7-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyevin  Misir  Ərəb  Respublikasına  rəsmi  səfəri  başa  çat-

mışdır. 

Azərbaycanın  və  Misirin  Dövlət  bayraqları  ilə  bəzədilmiş 

Qahirə  hava  limanında  prezident  İlham  Əliyevi  və  xanımını 

Misirin yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla 

yola saldılar. 

Prezident İlham Əliyev həmin gün axşam Bakıya gəldi. 

Azərbaycan  prezidentini  HeydərƏliyev  adına  Beynəlxalq 

Hava  Limanında  Baş  nazir  Artur  Rasizadə,  Prezidentin  İcra 

Aparatının  rəhbəri  Ramiz  Mehdiyev  və  Bakı  Şəhər  İcra  Haki-

miyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.   

 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə