İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə35/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   31   32   33   34   35   36   37   38   ...   117

 

121 


ulu  öndərin  qurtuluş  missiyasına  dair,  milli-mənəvi  dəyərləri-

mizin  qorunmasına,  xarici  siyasətinə  aid  fotoşəkillər 

toplanmışdır.  Dağlıq  Qarabağ  probleminə  həsr  edilmiş  guşə, 

habelə  ulu  öndərin  və  prezident  İlham  Əliyevin  Milli  Məclisin 

fəaliyyəti barədə fikirləri diqqəti cəlb edir.  

Zalda Heydər Əliyevin özünün əsərləri, eləcə də onun həyatı, 

siyasi  fəaliyyəti  ilə  bağlı  və  ömür-gün  yoldaşı  Zərifə  xanım 

haqqında yazılmış çoxsaylı kitablar, ulu öndərin 1993-cü il iyunun 

15-də  Azərbaycan  Respublikası  Ali  Sovetinin  sədri  seçilməsi  üzrə 

səsvermənin  nəticələri,  parlamentin  sədri  seçilməsi  haqqında 

qərar,  parlamentə  rəhbərlik  etdiyi  dövrdə  imzaladığı  sənədlər, 

beynəlxalq  əhəmiyyətli  layihələrin  reallığa  çevrilməsi,  xarici  və 

daxili  siyasətə,  iqtisadi  islahatlara,  mədəniyyətə  və  s.  dair  qəbul 

olunmuş  tarixi  qərarların  surətləri,  ona  verilmiş  xidməti  və 

deputatlıq vəsiqələri nümayiş etdirilir. 

«Heydər  Əliyev  irsi  davam  edir»  adlı  xüsusi  bölmədə  ulu 

öndərin  siyasi  varisi  prezident  İlham  Əliyevin  fəaliyyəti  ilə 

bağlı  fotoşəkillər  toplanmışdır.  Burada  ulu  öndərin  vəfatından 

sonra deputatların və Milli Məclis aparatı  əməkdaşlarının ürək 

sözlərini  yazdığı  Xatirə  kitabı  da  vardır.  Azərbaycan  par-

lamentinə gələcək hər bir xarici qonaq bu zalla tanış olacaqdır.  

Prezident  İlham  Əliyev  ayrı-ayrı  stendlərdəki  materiallarla 

tanış oldu,  ümummilli liderin burada qoyulmuş büstünə baxdı.  

Dövlətimizin  başçısı  xatirə  zalının  Fəxri  qonaqlar  kitabına 

ürək sözlərini yazdı:  

«Heydər  Əliyev  xatirə  zalı»nda  nümayiş  etdirilən  eks-

ponatlar  ulu  öndərin  həyat  və  fəaliyyətini  əks  etdirir.  Bütün 

dövrlərdə  Heydər  Əliyev  doğma  xalqına  sədaqətlə  xidmət 

etmişdir. 70–80-ci illərdə Azərbaycanın rəhbəri kimi və müstə-

qil  Azərbaycanın  prezidenti  kimi,  Azərbaycanın  inkişafında, 

dövlət  müstəqilliyinin  qorunub  saxlanılmasında  və  möh-

kəmlənməsində onun müstəsna xidmətləri olmuşdur.  

1993-cü ildə Milli Məclisin sədri kimi, Azərbaycanın ağır və 

təhlükəli  vəziyyətdən  çıxarılmasında  ulu  öndərin  müdrikliyi, 

siyasi  təcrübəsi  və  cəsarəti  əsas  rol  oynamışdır.  Həmişə  öz 



 122 

fəaliyyətində  Azərbaycan  xalqına  arxalanan  milli  liderimiz 

1993–2003-cü  illərdə  müstəqil  Azərbaycanın  prezidenti  kimi, 

ölkəmizin  hərtərəfli  inkişafında  və  beynəlxalq  mövqelərinin 

möhkəmlənməsində əsas və əvəzolunmaz rol oynamışdır.  

Ulu  öndər  Heydər  Əliyevin  əziz  xatirəsi  Azərbaycan  xal-

qının qəlbində əbədi yaşayacaqdır.  

         İLHAM ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

9 may 2007-ci il».  

 

* * * 


 

Prezident  İlham  Əliyev  sonra  Milli  Məclisin  inzibati 

binasının  birinci  və  ikinci  mərtəbələrində  aparılan  yenidən-

qurma  və  təmir  işləri  ilə  tanış  oldu,  kiçik  konfrans  salonuna 

baxdı.  Bildirildi  ki,  müasir  standartlara  uyğun  təmir  olunan 

salonda  əsasən  parlamentin  daimi  komissiyaları  iclaslarının, 

xarici qonaqlarla görüşlərin və brifinqlərin keçirilməsi nəzərdə 

tutulur.  Dövlətimizin  başçısı  burada  davam    etdirilən  təmir 

işlərinin  baş  planı  ilə  tanış  oldu,  paytaxtın  mənzərəsini  seyr 

etdi.  Yenidənqurma  və  təmir  işlərinin  yüksək  səviyyədə 

aparıldığını  bildirən  prezident  dedi  ki,  mən  dünya  ölkələrinin 

bir  çoxunun  parlamentlərində  olmuşam,  ancaq  belə  gözəllik 

görməmişəm. 

Milli Məclisin sədri Oqtay Əsədov dövlət başçısına təşəkkür 

edərək  qeyd  etdi  ki,  ölkəmizdə  aparılan  bütün  abadlıq, 

quruculuq  işləri  Sizin  adınızla  bağlıdır.  Azərbaycan  inkişaf 

edir, günü-gündən qüdrətlənir. 

Bildirildi  ki,  ölkəmizin  «Azəraqrartikinti»  Səhmdar  Cəmiy-

yəti  və  Türkiyənin  «Pim  proje»  şirkəti  yenidənqurma  və  təmir 

işlərini  uğurla  başa  çatdırmışdır.  Layihə  müəllifləri  memarlar 

Cəlal Özkan. Ayhan Türker və Mehman Göyüşovdur. 

Sonra dövlətimizin başçısı parlament iclaslarının keçirildiyi 

salonda  deputatlar  və  jurnalistlər  üçün  yaradılmış  şəraitlə 

maraqlandı,  ikinci  mərtəbədəki  foyeni  gəzdi,  yüksək  səviyyədə 


 

123 


görülən təmir işlərindən razılığını söylədi. Prezidentə məlumat 

verildi  ki,  Xalq  rəssamı  Toğrul  Nərimanbəyovun  1980-ci  ildə 

foyenin  divarında  çəkdiyi    böyük  panno  da  bərpa  olunmuşdur. 

Bu, ulu öndər Heydər Əliyevin sevdiyi nadir əsərlərdən biri idi. 

Dövlətimizin başçısı burada parlamentin sədri və müavinləri ilə 

xatirə şəkli çəkdirdi. 

Prezident  İlham  Əliyev  binanın  birinci  mərtəbəsinin  əsas 

girişində  Heydər  Əliyevin  tuncdan  hazırlanmış  abidəsi  önünə 

gül dəstəsi qoydu. 

Dövlətimizin  başçısı  Milli  Məclisin  qarşısında  və  ətrafında 

aparılan  tikinti-təmir  işləri  ilə  də  maraqlandı.  Bildirildi  ki, 

şəhərimizin  simasında  öz  yeri  olan  parlament  binasının  ətrafı 

da  tamamilə  yenidən  qurulacaq,  müasir  fəvvarə  quraşdırıla-

caqdır. Hazırda əsas binanın yanında deputatlar üçün korpusun 

tikintisinə başlanmışdır.  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə