317
məsi üçün 3300 km uzunluğunda magistral qaz kəmərinin
reallaşmayan layihəsi. – 29.
33. Moldova, M o l d o v a R e s p u b l i k a s ı – Cənub-
Şərqi Avropada dövlət. Sahəsi 33,7 min km
2
, əhalisi 3,5 milyon
nəfərdir. İnzibati ərazisi 40 rayona bölünür. Dövlət başçısı
prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı
Kişinyov şəhəridir. – 30.
34. Ziya Məmmədov, Z i y a A r z u m a n o ğ l u
(d.1952) – dəmiryolçu-mühəndis. 1996–2005-ci illərdə Azər-
baycan Dövlət Dəmiryol İdarəsinin rəisi, 2005-ci ildən Azər-
baycan Respublikasının Nəqliyyat naziridir. – 33,54, 163,306.
35. Xızı rayonu – Azərbaycan Respublikasında inzibati
ərazi. 1990-cı ildə təşkil edilmişdir. Sahəsi 1850 km
2
, əhalisi
14,3 min nəfərdir. – 35–48.
36. Heydər Əliyev, H e y d ə r Ə l i r z a o ğ l u (1923–
2003) – Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,
xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan
Respublikasının Prezidenti (1993–2003), iki dəfə Sosialist Əməyi
Qəhrəmanı.
1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri
vəzifəsinə irəli çəkilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul
(1969) plenumunda Heydər Əliyev MK-nın Büro üzvü, Azər-
baycan KP MK-nın Birinci katibi seçilmişdir.
H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən əhatəli
iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri yaradılmış,
Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin
318
respublikaya bilavasitə rəhbərlik etdiyi dövrdə (1969–82-ci illər)
idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək
və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının
inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məf-
kurəsinin, milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil
dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli
işlər görülmüşdür.
H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mər-
kəzi Komitəsinin üzvü, 1976-cı ilin martında Sov.İKP MK Siyasi
Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi
Büro üzvü seçilmiş və eyni zamanda, SSRİ Nazirlər Soveti
sədrinin Birinci müavini təyin edilmişdir.
H.Əliyev Moskvada işlədiyi dövrdə də həmişə Azərbaycanı
düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada
tanıdılması üçün əlindən gələni etmişdir.
H.Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda
törətdiyi qanlı faciəni qətiyyətlə pisləmiş və Azərbaycanın
Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış
etmişdir.
H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, əvvəlcə
Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 1991–93-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan
Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessi-
yalarında fəal iştirak etmiş, Azərbaycanda mövcud ictimai-siyasi
vəziyyəti həmişə obyektiv təhlil etmiş, mühüm prinsipial fikirlər
söyləmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara
çıxarmış və təqsirkarların dəqiq ünvanını göstərmişdir. 1993-cü
ilin may–iyununda dövlət böhranının, hakimiyyətsizliyin,
başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə
vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gə-
tirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı
319
dövlət rəhbərliyi onu rəsmən Bakıya dəvət etməyə məcbur
oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri
seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində
H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əli-
yevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəl-
xalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu
prosesi başlandı. Dövlətimizin xarici siyasəti, eləcə də
dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əla-
qələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı.
Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi,
cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. H.
Əliyevin fəal diplomatiyası nəticəsində ATƏT-in Lissabon
sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-
ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin
həllində Azərbaycanın mənafeyinə uyğun prinsipləri açıq
şəkildə müdafiə etdi.
1994-cü ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şir-
kətləri ilə «Əsrin müqaviləsi» adı almış mühüm müqavilələr
bağlandı.
1999-cu ilin aprelində GUÖAM birliyinin geniş bir məkanda
yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur.
H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi
haqqında» fərmanı Azərbaycanın dünyaya və Avropaya
inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı.
Məhz bunun nəticəsində Azərbaycan 1996-cı ilin iyunundan
Avropa Şurasına «Xüsusi qonaq» statusu almış, 2001-ci il yan-
varın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.
Dostları ilə paylaş: |