343
akademiki. 2010–2015-ci illərdə Azərbaycan Respublikası Milli
Məclisinin üzvü olmuşdur. 1999-cu ildən Bakı Dövlət
Universitetinin
rektorudur.
Azərbaycan
Respublikasının
«Şöhrət» ordeni ilə təltif edilmişdir. – 192.
131. Beynəlxalq Maliyyə Korporasiyası – özəl investisiya
layihələrinə kömək üçün yaradılan beynəlxalq təşkilat. Əsası
1956-cı ildə qoyulmuşdur. – 195.
132. Artur Rasizadə, A r t u r T a h i r o ğ l u (d.1935) –
Azərbaycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı laureatı.
1986–92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin bi-
rinci müavini vəzifəsində işləyib. 1996-cı ildən Azərbaycan
Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının «İs-
tiqlal» ordeni ilə təltif edilmişdir. – 201.
133. Ramiz Mehdiyev, R a m i z Ə n v ə r o ğ l u (d.1938) –
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, fəlsəfə elmləri
doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü. 1978–80-ci illərdə Rayon Partiya Komitəsinin 1-ci
katibi, 1980–81-ci illərdə Azərbaycan KP MK-da elm və təhsil
şöbəsinin müdiri, 1981–83-cü illərdə Azərbaycan KP MK-da
partiya-təşkilat işi şöbəsinin müdiri, 1983–88-ci illərdə Azər-
baycan KP MK-da katib, 1988–94-cü illərdə Azərbaycan EA-nın
İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə
müdiri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatının şöbə müdiri, 1995-ci ildən Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəridir. 1995–2000-ci illərdə
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Müasir siyasi problemlərə, dövlət quruculuğuna aid bir çox kitab
və monoqrafiyaların müəllifidir. Azərbaycan Respublikasının
«İstiqlal», Rusiya Federasiyasının «Dostluq» ordenləri ilə təltif
edilmişdir. Beynəlxalq Nyu-York Akademiyasının və Türk
344
Dünyası Araşdırmalar Uluslararası Elmlər Akademiyasının
üzvüdür. – 201.
134. Hacıbala Abutalıbov, H a c ı b a l a İ b r a h i m o
ğ l u (d.1944) – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Fizika-
riyaziyyat elmləri doktorudur. – 201,224.
135. ATƏT-in Minsk qrupu – 1992-ci il martın 24-də yara-
dılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlət-
lər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya,
İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsveç. 1994-
cü ilin dekabrından Minsk qrupuna iki sədr – Rusiya və İtaliya
rəhbərlik edirdi. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ
və fransalı həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan–
Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və
Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə
bilavasitə kömək etməkdir. – 207, 233,235.
136. Putin Vladimir (d.1952) – 2000–2008-ci illərdə Rusiya
Federasiyasının Prezidenti olmuşdur. 1975–97-ci illərdə bir sıra
məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası
Prezidenti Administrasiyasının rəhbəri, 1998–99-cu illərdə FTX-
nın direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin baş-
çısı, 2008-ci ilin mayında Rusiya Federasiyasının Baş naziri təyin
edilmişdir. 2012-ci ilin mart ayında yenidən Rusiya Federa-
siyasının Prezidenti seçilmişdir. – 209–213.
137. Mərkəzi Bank, M i l l i B a n k – Azərbaycan Respub-
likasının mərkəzi bankıdır. Onun əsas vəzifəsi qiymətlərin
sabitliyinin təmin edilməsi, xarici dönərli valyutalara nisbətən
milli valyutanın kursunun möhkəmləndirilməsi, həmçinin ölkə
bank sisteminin sabitliyinin qorunmasıdır. AMB valyuta
345
tənzimlənməsi və nəzarətini həyata keçirir, xarici dövlətlərlə he-
sablaşma qaydalarını müəyyən edir, xarici valyuta ehtiyatlarını
idarə edir. AMB həmçinin Azərbaycan Respublikasının
tədiyyə-hesablama balansının tərtibinə rəhbərlik edir. – 210.
138. Hu Szintao (d.1942) – Çin siyasətçisi və dövlət
xadimi. 1992-ci ildən ÇKP MK-da yüksək vəzifələrdə ça-
lışmışdır. 2002-ci ildə ÇKP MK-nın Baş katibi, 2003-cü ildə
ÇXR-nın sədri, 2004-cü ildə isə ÇXR Hərbi Şurasının sədri
olmuşdur. 2007-ci ildən Ümumçin Xalq Nümayəndələri
Məclisinin sədridir. – 214.
139. Ramazan bayramı – müsəlman aləmində orucluq bi-
təndən sonra keçirilən bayram. Qurani-Kərim oruc tutmağı
islamın vacib əməllərindən biri hesab etmiş və insanlarda yol
verilmiş xataların oruc tutmaqla bağışlanmasını təsbit edir. Bu
bayram bir də ona görə əzizdir ki, məhz Qurani-Kərim müqəd-
dəs ramazan ayında nazil olmuşdur. – 218–222.
140. İslam Konfransı Təşkilatı (İKT) – 1969-cu ildə yara-
dılmışdır. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamna-
məsinə görə İslam Konfransı Təşkilatının fəaliyyəti müsəl-
manların həmrəyliyinin möhkəmlənməsinə, üzv-dövlətlər ara-
sında əməkdaşlığa yönəldilmişdir. İqamətgahı Ciddədədir
(Səudiyyə Ərəbistanı). Azərbaycan 1991-ci ildən İKT-nın
üzvüdür. Hazırda İslam Əməkdaşlıq Təşkilatıdır. –219.
141. İraq, İ r a q R e s p u b l i k a s ı – Cənub-Qərbi Asiyada
– Dəclə və Fərat çayları hövzəsində neft ixrac edən ölkə. Sahəsi
435 min km
2
, əhalisi 36 milyon nəfərdir. İnzibati ərazisi 18
mühafazaya və 102 qəzaya bölünür. Dövlət başçısı prezident,
hökumət başçısı isə Baş nazirdir. Ölkə ABŞ və NATO ölkələri ilə
Dostları ilə paylaş: |