350
157. Mətyu Brayzə (d.1964) – Amerika diplomatı. 2001–
2005-ci illərdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya
məsələləri üzrə köməkçisi, sonra isə Dağlıq Qarabağ, Abxaziya və
Cənubi Osetiya konfliktlərinin sülh yolu ilə həll olunması işi ilə
məşğul olmuşdur. 2011–2012-ci illərdə ABŞ-ın Azərbaycan Res-
publikasında Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. – 233.
158. Balakən – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək
Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil
rayon olmuşdur. Şimalda Dağıstanla, qərbdə və cənub-qərbdə
Gürcüstan ilə həmsərhəddir. Sahəsi 920 km
2
, əhalisi 90,3 min
nəfərdir. – 236–245.
159. Qax – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi
Zaqatala rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil
rayon olmuşdur. Şimal-şərqdən Dağıstanla, cənub-qərbdən
Gürcüstanla həmsərhəddir. Sahəsi 1494 km
2
, əhalisi 54,8 min
nəfərdir. – 236,266–273,274,300.
160. Şəki (1968-ci ilədək N u x a r a y o n u) – Azərbaycan
Respublikasında
inzibati
rayon.
1930-cu
ildə təşkil
edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz rayonuna
verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.
Sahəsi 2430 min km
2
, əhalisi 177,5 min nəfərdir. –
236,238,274–282,300.
161. Oğuz – Azərbaycan Respublikasında inzibati rayon.
Şəki rayonunun ərazisi 1963–65-ci illərdə Oğuz rayonunun
tərkibində olmuşdur. Şimalda Dağıstanla həmsərhəddir. Sahəsi
1220 km
2
, əhalisi 41,6 min nəfərdir. –236,283–290,300.
351
162. Qəbələ (1930–91-ci illərdə Q u t q a ş e n) – Azərbay-
can Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil
edilmişdir. Sahəsi 1548 km
2
, əhalisi 95 min nəfərdir. – 236,
291–300.
163. YUNİSEF, BMT-nin U ş a q F o n d u – 1946-cı ildə
təsis edilmişdir (1953-cü ildən indiki adı ilə adlanır). BMT-nin
müəssisəsi olaraq uşaqlar üçün proqramlar üzrə fəaliyyəti
əlaqələndirir, inkişaf etməkdə olan ölkələrə yardım göstərir.
Maliyyə təsisatlarının mənbələrini hökumətlərin könüllü üzvlük
haqları, ictimai təşkilatların, xüsusi şəxslərin və başqalarının
ianələri təşkil edir. Fondun rəhbər orqanında – İdarə heyətində
41 dövlət təmsil olunur. Katibliyi Nyu-Yorkda, şöbələri Avropa
üzrə Cenevrədə, regionlar üzrə bir sıra inkişaf etməkdə olan
ölkələrdə yerləşir. Nobel sülh mükafatı laureatıdır. – 274.
164. Ü m u m d ü n y a S ə h i y y ə T ə ş k i l a t ı
(ÜST)–BMT-yə məxsus beynəlxalq dövlətlərarası təşkilat. 1946-cı
ildə yaradılmışdır. Cenevrədə fəaliyyət göstərir. Nizamnaməsinə
görə vəzifəsi ən təhlükəli xəstəliklərlə mübarizə, beynəlxalq
sanitariya qaydalarının hazırlanması və s.-dir. – 274.
165. Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlər-
arası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı.
1945-ci ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır.
İdarə heyəti Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi
fondun üzvüdür. Nizamnaməsinə görə, məqsədi beynəlxalq
valyuta əməkdaşlığına yardım etmək, ölkələr arasında valyuta-
hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan
ölkələrin ödəmə balanslarını tarazlaşdırmaq və valyuta
məzənnəsini tənzimləməkdən ibarətdir. 1992-ci ildə Azərbay-
352
can Respublikası Beynəlxalq Valyuta Fonduna qəbul olun-
muşdur. – 278.
166. Yaqub Mahmudov, Y a q u b M i k a y ı l o ğ l u
(d.1939) – tarix elmləri doktoru, professor, Əməkdar elm xa-
dimi. Dövlət mükafatı laureatı. Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü. Müxtəlif illərdə Azərbaycan Sovet En-
siklopediyasında, Bakı Dövlət Universitetində, Ali Attestasi-
ya Komissiyasında və s. məsul vəzifələrdə çalışmışdır. 2004-
cü ildən Azərbaycan MEA Tarix İnstitutunun direktorudur.
Tədqiqatları Azərbaycanın orta əsrlər tarixinə (Ağqoyunlu və
Səfəvi dövlətlərinə), diplomatiya tarixinə və ümumdünya
tarixinə aiddir. 2000-ci ildən Azərbaycan Respublikası Milli
Məclisinin üzvüdür. Azərbaycan Respublikasının «Şöhrət» və
«Şərəf» ordenləri ilə təltif edilmişdir. – 281.
167. Bakı Slavyan Universiteti – 2000-ci ildə M.F.Axun-
dov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunun
bazası əsasında yaradılmışdır. İnstitutun 7 fakültəsi var. Burada
rus, bolqar, polyak, çex, yunan, ukrayna dilləri, roman-alman
filologiyası öyrənilir. Universitetdə 40-dan çox elmlər doktoru,
200-ə yaxın fəlsəfə doktoru fəaliyyət göstərir, 3 min tələbə
təhsil alır. – 302.
168. Ağstafa – Azərbaycan Respublikasında inzibati rayon.
1939-cu ildə təşkil edilmişdir. 1959-cu ildə ləğv edilib, ərazisi
Qazax rayonuna verilmiş, 1990-cı ildə yenidən bərpa olun-
muşdur. Sahəsi 1503,7 km
2
, əhalisi 84,6 min nəfərdir. – 312.
169. Tovuz – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək sahəsi
Qazax rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon
olmuşdur. Sahəsi 1942 km
2
, əhalisi 160 min nəfərdir. – 312.
Dostları ilə paylaş: |