336
98. Mali, M a l i R e s p u b l i k a s ı – Qərbi Afrikada
dövlət. Sahəsi 1240 min km
2
, əhalisi 16 milyon nəfərdir.
İnzibati ərazisi 8 vilayətə və Bamako rayonuna bölünür.
Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı
birpalatalı Milli Məclisdir. Paytaxtı Bamakodur. – 118.
99. Ture Amadu (d.1948) – general. 1991–92 və 2012-ci
illərdə Malinin prezidenti olmuşdur . – 118.
100. Mehdi Səfəri (d.1959) – 2001–2005-ci illərdə İranın
Asiya –Sakit okean regionu və MDB üzrə İran Xarici İşlər
nazirinin müavini olmuşdur. – 119.
101. Macarıstan, M a c a r ı s t a n R e s p u b l i k a s ı –
Mərkəzi Avropada dövlət. Sahəsi 93 min km
2
, əhalisi 9,8
milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı
birpalatalı Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. – 120.
102. Vatikan – Avropada Papa dövləti. Monte-Vatikano tə-
pəliyində, İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissə-
sindədir. Roma katolik kilsəsinin siyasi, inzibati və ideoloji
mərkəzidir. Vatikan teokratik monarxiyadır. Dövlət başçısı
Roma Papasıdır. –121.
103. Klaudio Qucerotti (d.1955) – katolik kilsəsinin
arxiyepiskopu, diplomat. 2001–2011-ci illərdə Vatikanın
Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. –
121.
104. Tarçizio Bertone (d.1934) – İtaliya kardinalı, Mü-
qəddəs taxt-tacın Dövlət katibi (2006–2013), Roma katolik
337
kilsəsinin kamerlenqi (2007–2014). 2013-cü ildə Roma Papası
XVI Benediktin taxt-tacdan əl çəkməsi ilə əlaqədar Tarçizio
Bertone 2013-cü ildə kardinal-kamerlenq olduğu üçün Vatikan
dövlətinin başçısı və Müqəddəs taxt-tacın qoruyucusu elan
edildi. – 121.
105. XVI Benedikt (d.1927) – 2005–2013-cü illərdə Roma
Papası olmuşdur. –121.
106. Salyan – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1792 km
2
, əhalisi 125 min
nəfərdir. – 122,131.
107. Cəlilabad rayonu (1967-ci ilədək Astraxanbazar rayonu)
– Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil
edilmişdir. Qərbdə İranla həmsərhəddir. Sahəsi 1441 km
2
, əhalisi
209,3 min nəfərdir. – 132–143.
108. Zərifə xanım, Z ə r i f ə Ə z i z q ı z ı (1923–1985) –
görkəmli Azərbaycan oftalmoloqu. Tibb elmləri doktoru,
professor, Azərbaycan Milli EA-nın akademiki, Rusiya Tibb
EA-nın akademiki, Azərbaycan Respublikasının Əməkdar elm
xadimi. Görkəmli siyasi və dövlət xadimi Əziz Əliyevin qızı,
ulu öndər Heydər Əliyevin həyat yoldaşı, prezident İlham
Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya
elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azər-
baycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində
birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənaye-
lərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənil-
məsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın
müasir problemlərinə dair bir çox sanballı tədqiqatların
müəllifidir. Həmçinin yüksək ixtisaslı səhiyyə kadrları hazır-
338
lanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftal-
moloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə
Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə He-
yətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalı redaksiya he-
yətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə SSRİ
Tibb EA-nın M.İ.Averbax adına mükafatına layiq görül-
müşdür. – 141,247,248.
109. Pakistan, P a k i s t a n İ s l a m R e s p u b l i k a s ı –
Cənubi Asiyada dövlət. Sahəsi 804 min km
2
, əhalisi 199 milyon
nəfərdir. Paytaxtı İslamabad şəhəridir. İnzibati cəhətdən 4 əya-
lətə və federal paytaxt ərazisinə bölünür. Dövlət başçısı prezi-
dent, qanunverici orqanı ikipalatalı parlamentdir. – 144.
110. Asif Əli Zərdari (d.1955) – 2008–2013-cü illərdə Pa-
kistan Respublikasının Prezidenti olmuşdur. – 144.
111. İqtisadi Əməkdaşlıq Təşkilatı – qərargahı Tehranda-
dır. 1992-ci ildən Azərbaycan Respublikası bu beynəlxalq təş-
kilatın üzvüdür. – 145.
112. Türkmənistan, T ü r k m ə n i s t a n R e s p u b l i -k
a s ı – Orta Asiyanın cənub-qərbində dövlət. Sahəsi 491,2 min
km
2
, əhalisi 5,2 milyon nəfərdir. İnzibati ərazisi 5 vilayətə
bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı Məclisdir.
Paytaxtı Aşqabaddır. –146–147.
113. «Əsrin müqaviləsi» – 1994-cü il sentyabrın 20-də Bakı-
da «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq»
yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və
hasil olunan neftin pay şəklində bölüşdürülməsi» haqqında dün-
yanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. –146.
339
114. Qurbanqulu Berdıməhəmmədov (d.1957) – Türkmə-
nistan dövlət xadimi. 2007-ci ildən Türkmənistan Respublika-
sının Prezidentidir. – 147.
115. Abdullah Gül (d.1950) – Türkiyə dövlət və siyasi xa-
dimi, iqtisad elmləri doktoru, professor. 1991-ci ildə TBMM-in
üzvü seçilmişdir. Abdullah Gül Rəcəb Ərdoğanla Ədalət və
İnkişaf Partiyasının yaradıcılarından biridir. 2007–2014-cü
illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti olmuşdur. Azərbaycan
Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. –
148,152–157.
116. Yunanıstan, Y u n a n ı s t a n R e s p u b l i k a s ı –
Cənubi Avropada dövlət. Sahəsi 132 min km
2
, əhalisi 10,8 milyon
nəfərdir. İnzibati ərazisi 13 vilayətə bölünür. Dövlət başçısı
prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı
Afinadır. – 149.
117. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi – BMT-nin
əsas orqanlarından biri. BMT üzvü olan bütün dövlətlərdən
ibarətdir. BMT üzvlərinə və ya BMT Təhlükəsizlik Şurasına
hər cür məsələlərə və işlərə tövsiyələr vermək səlahiyyəti var.
Baş Məclisin qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi
cəhətdən üzv-dövlətlər üçün məcburi deyil. Məclisin hər il növbəti
sessiyası olur. Baş Məclisin nəzdində onun funksiyalarını həyata
keçirmək üçün 7 əsas komitə var. – 154, 220,262.
118. Fazil Məmmədov, F a z i l Ə s ə d o ğ l u (d.1964) –
iqtisadçı. 2000-ci ildən Azərbaycan Respublikasının Vergilər
naziridir. – 164.
Dostları ilə paylaş: |