333
Agentliyi (AzərTA), 1972-ci ildən Azərinform adlanırdı.
1992-ci ildən AzərTAc kimi fəaliyyət göstərir. AzərTac
müasir Azərbaycan həqiqətlərini, ölkədə demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğunu, iqtisadiyyatın inkişafını, sosial-
mədəni sahədə qazanılmış uğurları, respublikanın beynəlxalq
aləmdə nüfuzunun yüksəlməsini əks etdirən informasiya və
fotoinformasiyaları yayır, dünyada cərəyan edən ən mühüm
hadisələr barədə operativ məlumat verir. – 101,104,105.
86. Koreya, K o r e y a R e s p u b l i k a s ı – Şərqi Asi-
yada dövlət. Sahəsi 100,2 min km
2
, əhalisi 51,4 milyon nəfər-
dir. İnzibati ərazisi 9 əyalətə və mərkəzə tabeli 6 və 1 xüsusi
statuslu şəhərə bölünür. Dövlət başçısı prezident, qanunverici
orqanı birpalatalı Milli Məclisdir. Paytaxtı Seuldur. – 101,217.
87. Qusman Mixail Solomonoviç (d.1950) – jurnalist. İTAR-
TASS informasiya agentliyi Baş direktorunun müavini. Rusiya
Federasiyası Dövlət mükafatı laureatı. – 104.
88. Dövlət Neft Fondu – 1999-cu ildə yaradılmışdır. Əsas
fəaliyyəti neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçiril-
məsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin
toplanmasını, səmərəli idarə etməsini, gələcək nəsillər üçün
saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. –
108.
89. Birləşmiş Millətlər Təşkilatı (BMT) – müasir dünyanın
ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir.
Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və
möhkəmlətmək,
dövlətlər
arasında
əməkdaşlığı
inkişaf
etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-
Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imza-
334
landı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-
yə 198 dövlət daxildir.
BMT-nin əsas orqanları Baş Məclis, Təhlükəsizlik Şurası,
İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə
və Katiblikdir.
Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.
Dövlətimizin apardığı uğurlu xarici siyasət nəticəsində Azər-
baycan 2011-ci ilin oktyabr ayında BMT-nin Təhlükəsizlik
Surasına
qeyri-daimi
üzv
qəbul
olunmuşdur.
–
108,157,220,278.
90. Çeyni Riçard (Dik) (d.1941) – Amerikanın siyasi xa-
dimi. 1989–1992-ci illərdə ABŞ-ın Müdafiə naziri olmuşdur.
1993-cü ildən Amerikada Sahibkarlıq İnstitutunun direktorudur.
«Halliburton» korporasiyasının prezidenti, Amerika–Azərbaycan
Ticarət Palatasının fəxri üzvüdür. 2001–2009-cu illərdə ABŞ-ın
vitse-prezidenti olmuşdur. – 110–113.
91. Meksika, M e k s i k a B i r l ə ş m i ş Ş t a t l a r ı –
Şimali Amerikanın cənubunda dövlət. Sahəsi 1973 min km
2
,
əhalisi 121 milyon nəfərdir. Meksika federasiyadır, inzibati
ərazisi 31 ştata və federal mərkəzi əyalətə bölünür. Dövlət və
hökumət başçısı prezident, qanunverici orqanı ikipalatalı Milli
Konqresdir. (Deputatlar Palatası və Senat). Paytaxtı
Mexikodur. –114.
92. İnoxosa Felipe (d.1962) – Meksika siyasi xadimi.
2006–2012-ci illərdə Meksikanın prezidenti olmuşdur. Prezi-
dent seçildikdən sonra narkotik mafiyaya qarşı qətiyyətlə
mübarizə aparmışdır. –114.
93. Səudiyyə Ərəbistanı, S ə u d i y y ə Ə r ə b i s t a n ı
K r a l l ı ğ ı – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 2,15 milyon
335
km
2
, əhalisi 31 milyon nəfərdir. Paytaxtı ər-Riyaddır. İnzibati
cəhətdən 4 əyalətə bölünür.
Səudiyyə Ərəbistanı mütləq teokratik monarxiyadır. Dövlət
başçısı kraldır. Ölkədə bütün hakimiyyət krala məxsusdur. İcra
orqanı Nazirlər Şurasıdır, Şuranı kral təyin edir və ona başçılıq
edir. Hökumətin nəzdində Məşvərət Şurası var. Müsəlmanların
iki
müqəddəs şəhəri Məkkə və Mədinə Səudiyyə
Ərəbistanındadır. – 115,116.
94. Abdullah ibn Əbdüləziz, A l S ə u d (1924–2015) –
2005–2015-ci illərdə Səudiyyə Ərəbistanı əmiri. 1962-ci ildən
Səudiyyə Ərəbistanı Milli Qvardiyasının komandiri olan
birinci əmir Abdullah ibn Səudun oğludur. 1982-ci ildən Baş
nazirin müavini, 1996-cı ildən 2005-ci ilə qədər Baş nazir
olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə
təltif edilmişdir. –115.
95. Sultan bin Əbdüləziz Al Səud (1931–2011) – Səudiy-
yə Ərəbistanı şahzadəsi, vəliəhd. 1962-ci ildən Səudiyyə
Ərəbistanı Krallığının Hərbi və Aviasiya naziri, həmçinin
1982-ci ildən 2005-ci ilə qədər Baş nazirin 2-ci müavini,
2005-ci ildən birinci Baş vitse-nazir və krallığın Baş ins-
pektoru olmuşdur. – 116.
96. Malta, M a l t a R e s p u b l i k a s ı –Cənubi
Avropada, Malta arxipelaqında dövlət. Sahəsi 316 km
2
, əhalisi
430 min nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı
Nümayəndələr Palatasıdır. Paytaxtı Valletta şəhəridir. – 117.
97. Edvard Feneç Adami (d.1934) – Malta siyasətçisi.
1987–1996, 1998–2004-cü illərdə Maltanın Baş naziri, 2004–
2009-cu illərdə Maltanın prezidenti olmuşdur. – 117.
Dostları ilə paylaş: |