340
119. Elmar Məmmədyarov, E l m a r M ə h ə r r ə m o
ğ l u (d.1960) – tarix elmləri namizədi, diplomat. 1995–98-ci
illərdə Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşki-
latlar İdarəsinin başçısı, 1998–2003-cü illərdə ABŞ-da Azər-
baycan səfirliyində müşavir, 2003–2004-cü illərdə İtaliyada
Azərbaycan Respublikasının səfiri, 2004-cü ildən isə Azərbaycan
Respublikasının Xarici İşlər naziridir. – 164.
120. Yaqub Eyyubov, Y a q u b A b d u l l a o ğ l u
(d.1945) – inşaat mühəndisi, texnika elmləri doktoru, professor.
1999–2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər
Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan
Respublikası Baş nazirinin birinci müavinidir. –164.
121. Əlişir Nəvai, N i z a m ə d d i n M i r Ə l i ş i r
(1441–1501) – özbək şairi və mütəfəkkiri, dövlət xadimi. Özbək
dilində «Xəmsə» yaradaraq Nizami ədəbi məktəbinin ən
görkəmli davamçılarından biri kimi Yaxın Şərqdə şöhrət
qazanmışdır. – 169,172,173,180––185,186.
122. Mirzə Uluqbəy, U l u q b ə y M ə h ə m m ə d T a- r
a ğ a y (1394–1449) – özbək astronomu, riyaziyyatçısı, Əmir
Teymurun nəvəsi. 1409-cu ildə Səmərqənd hakimi elan edilmiş,
atası Şahruxun ölümündən (1447) sonra Teymurçilər sülaləsinin
başçısı olmuşdur. Hələ gəncliyindən elmlə maraqlanmış,
ensiklopedik biliyə malik olmuşdur. Onun yaratdığı Uluqbəy
rəsədxanasında tərtib edilən ulduz kataloqu dünyada ən yaxşı
kataloq olmuş, Oksfordda (1665) nəşr edilmişdir. –
169,173,182.
123. Nizami Gəncəvi, İ l y a s Y u s i f o ğ l u (1141–1209) –
dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə
341
məsnəvi formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə»
müəllifi kimi daxil olmuşdur. Nizami Gəncəvinin ilkin Şərq
Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən
humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi
idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi Yaxın
Şərq ədəbiyyatında mənzum roman janrının əsasını qoymuş, yeni
ədəbi məktəb yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün
görkəmli mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində
şəxsiyyət azadlığı, insanın mənəvi azadlığı tərənnüm olunur. –
173,183,184.
124. Maqsud Şeyxzadə, M a q s u d M ə s i m o ğ l u
(1908–1967) – Azərbaycan əsilli özbək yazıçısı, alim və peda-
qoq. Özbəkistan Əməkdar incəsənət xadimi. Özbək xalqının
monqol istilaçılarına qarşı mübarizəsinə həsr edilmiş «Cəla-
ləddin» pyesi, Uluqbəyə həsr edilmiş «Mirzə Uluqbəy» faciəsi,
Azərbaycan mövzusunda əsərləri və Azərbaycan ədəbiy-
yatından tərcümələri ona Özbəkistanda şöhrət qazandırmışdır. –
173.
125. Fərhad Xəlilov, F ə r h a d Q u r b a n o ğ l u (d.1946)
– Xalq rəssamı. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının
sədridir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif
edilmişdir. – 186.
126. Fikrət Sadıq, F i k r ə t A b b a s o ğ l u (d.1930) –
şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət
mükafatı laureatı. – 187.
127. Mənuçehr Muttəki (d.1953) – 2005–2010-cu illərdə
İran İslam Respublikasının Xarici İşlər naziri olmuşdur. – 190.
342
128. Bakı Dövlət Universiteti (BDU) – Bakı Universiteti,
Bakı Darülfünunu – müsəlman Şərqində ilk Avropa tipli ali
məktəb və elmi-tədqiqat müəssisəsi. Azərbaycan Xalq Cüm-
huriyyəti tərəfindən təsis olunmuşdur (1919). 1922–94-cü illərdə
Azərbaycan Dövlət Universiteti adı ilə fəaliyyət göstərmiş, 1994-
cü ildə ilkin adı qaytarılmışdır. Universitetin yaradılmasında
F.Xoyskinin,
M.Ə.Rəsulzadənin,
N.Yusifbəylinin
böyük
xidmətləri olmuşdur. Universitetin ilk rektoru V.İ.Razumovski
idi.
BDU-nun 16 fakültəsi, 121 kafedrası, 80 elmi-tədqiqat və
tədris laboratoriyası, 2 institutu, elmi kitabxanası, 6 muzeyi, 4 el-
mi-tədqiqat mərkəzi, nəşriyyatı və mətbəəsi var. Universitetin
əyani və qiyabi şöbələrində bakalavr pilləsində 55 ixtisas, magistr
pilləsində 153 ixtisas üzrə 22500-ə yaxın, o cümlədən 12
ölkədən 400-dən artıq tələbə təhsil alır (2010/2011).
Universitetdə 1300-dən artıq professor-müəllim, o cümlədən
AMEA-nın 8 akademiki, 15 müxbir üzvü, 250-yədək elmlər
doktoru, professor, 800-ədək elmlər namizədi, dosent fəaliyyət
göstərir. – 192–197,234.
129. Misir Mərdanov, M i s i r C u m a y ı l o ğ l u
(d.1946) – fizika-riyaziyyat elmləri doktoru, professor.
Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi
ali təhsil və elm idarəsinin rəisi, Təhsil nazirinin müavini,
BDU-nun tədris işləri üzrə prorektoru, rektoru kimi müxtəlif
vəzifələrdə çalışmışdır. 1998–2013-cü illərdə Azərbaycan Res-
publikasının Təhsil naziri olmuşdur. Hal-hazırda AMEA-nın Riya-
ziyyat İnstitutunun direktorudur. Azərbaycan Respublikasının
«Şöhrət» ordeni ilə təltif edilmişdir. – 192,198.
130. Abel Məhərrəmov, A b e l M ə m m ə d ə l i o ğ l u
(d.1950) – kimyaçı. Azərbaycan Milli Elmlər Akademiyasının
Dostları ilə paylaş: |