İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə94/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

 340 
119.  Elmar  Məmmədyarov,   E l m a r   M ə h ə r r ə m   o 
ğ l u (d.1960) – tarix  elmləri  namizədi, diplomat. 1995–98-ci 
illərdə Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşki-
latlar  İdarəsinin  başçısı,  1998–2003-cü  illərdə  ABŞ-da  Azər-
baycan  səfirliyində  müşavir,  2003–2004-cü  illərdə  İtaliyada 
Azərbaycan Respublikasının səfiri, 2004-cü ildən isə Azərbaycan 
Respublikasının Xarici İşlər naziridir. – 164. 
 
120.  Yaqub  Eyyubov,  Y  a  q  u  b      A  b  d  u  l  l  a      o  ğ  l  u 
(d.1945) – inşaat mühəndisi, texnika elmləri doktoru, professor. 
1999–2003-cü  illərdə  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetində  Baş  nazirin  müavini,  2003-cü  ildən  Azərbaycan 
Respublikası Baş nazirinin birinci müavinidir. –164. 
 
121.   Əlişir  Nəvai,  N  i  z  a  m  ə  d  d i  n     M i r     Ə l i  ş  i  r 
(1441–1501) – özbək şairi və mütəfəkkiri, dövlət xadimi. Özbək 
dilində  «Xəmsə»  yaradaraq  Nizami  ədəbi  məktəbinin  ən 
görkəmli  davamçılarından  biri  kimi  Yaxın  Şərqdə  şöhrət 
qazanmışdır. – 169,172,173,180––185,186. 
 
122.  Mirzə Uluqbəy, U l u q b ə y   M ə h ə m m ə d  T a- r 
a  ğ  a  y  (1394–1449)  –  özbək  astronomu,  riyaziyyatçısı,  Əmir 
Teymurun nəvəsi. 1409-cu ildə Səmərqənd hakimi elan edilmiş, 
atası Şahruxun ölümündən (1447) sonra Teymurçilər sülaləsinin 
başçısı  olmuşdur.  Hələ  gəncliyindən  elmlə  maraqlanmış, 
ensiklopedik  biliyə  malik  olmuşdur.  Onun  yaratdığı  Uluqbəy 
rəsədxanasında  tərtib  edilən  ulduz  kataloqu  dünyada  ən  yaxşı 
kataloq  olmuş,  Oksfordda  (1665)  nəşr  edilmişdir.  – 
169,173,182. 
 
123. Nizami Gəncəvi,  İ l y a s  Y u s i f  o ğ l u (1141–1209) – 
dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə 


 
341 
məsnəvi formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» 
müəllifi  kimi  daxil  olmuşdur.  Nizami  Gəncəvinin  ilkin  Şərq 
Renessansının  zirvəsi  olan  yaradıcılığında  dövrünün  ən 
humanist,  ümumbəşəri  ictimai-siyasi,  sosial  və  mənəvi-əxlaqi 
idealları  parlaq  bədii  əksini  tapmışdır.  Nizami  Gəncəvi  Yaxın 
Şərq ədəbiyyatında mənzum roman janrının əsasını qoymuş, yeni 
ədəbi  məktəb  yaratmışdır.  Nizami  Gəncəvi  həm  də  dövrünün 
görkəmli  mütəfəkkiri  olmuşdur.  Onun  bütün  əsərlərində 
şəxsiyyət  azadlığı,  insanın  mənəvi  azadlığı  tərənnüm  olunur.  – 
173,183,184. 
 
124.  Maqsud  Şeyxzadə,  M  a q  s  u  d    M  ə  s i  m      o  ğ  l  u 
(1908–1967)  –  Azərbaycan  əsilli  özbək  yazıçısı,  alim  və  peda-
qoq.  Özbəkistan  Əməkdar  incəsənət  xadimi.  Özbək  xalqının 
monqol  istilaçılarına  qarşı  mübarizəsinə  həsr  edilmiş  «Cəla-
ləddin» pyesi, Uluqbəyə həsr edilmiş «Mirzə Uluqbəy» faciəsi, 
Azərbaycan  mövzusunda  əsərləri  və  Azərbaycan  ədəbiy-
yatından tərcümələri ona Özbəkistanda şöhrət qazandırmışdır. – 
173. 
 
125. Fərhad Xəlilov, F ə r h a d   Q u r b a n   o ğ l u (d.1946) 
–  Xalq  rəssamı.  1987-ci  ildən  Azərbaycan  Rəssamlar  İttifaqının 
sədridir.  Azərbaycan  Respublikasının  «Şöhrət»  ordeni  ilə  təltif 
edilmişdir. – 186. 
 
126. Fikrət Sadıq, F i k r ə t   A b b a s   o ğ l u  (d.1930)  – 
şair,  publisist,  ssenarist,  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü, 
Azərbaycanın  Əməkdar  mədəniyyət  işçisi,  Azərbaycan  Dövlət 
mükafatı laureatı. – 187. 
 
127.  Mənuçehr  Muttəki  (d.1953)  –  2005–2010-cu  illərdə 
İran İslam Respublikasının Xarici İşlər naziri olmuşdur. – 190. 


 342 
128.  Bakı  Dövlət  Universiteti  (BDU)  –    Bakı  Universiteti, 
Bakı  Darülfünunu  –  müsəlman  Şərqində  ilk  Avropa  tipli    ali 
məktəb  və  elmi-tədqiqat  müəssisəsi.  Azərbaycan  Xalq    Cüm-
huriyyəti tərəfindən təsis olunmuşdur (1919). 1922–94-cü illərdə 
Azərbaycan Dövlət Universiteti adı ilə fəaliyyət göstərmiş, 1994-
cü  ildə  ilkin  adı  qaytarılmışdır.  Universitetin  yaradılmasında 
F.Xoyskinin, 
M.Ə.Rəsulzadənin, 
N.Yusifbəylinin 
böyük 
xidmətləri  olmuşdur.  Universitetin  ilk  rektoru  V.İ.Razumovski 
idi. 
BDU-nun  16  fakültəsi,  121  kafedrası,  80  elmi-tədqiqat  və 
tədris  laboratoriyası,  2 institutu,  elmi kitabxanası,  6 muzeyi, 4 el-
mi-tədqiqat  mərkəzi,  nəşriyyatı  və  mətbəəsi  var.  Universitetin 
əyani və qiyabi şöbələrində bakalavr pilləsində 55 ixtisas, magistr 
pilləsində  153  ixtisas  üzrə  22500-ə    yaxın,  o  cümlədən  12 
ölkədən  400-dən  artıq  tələbə  təhsil  alır  (2010/2011). 
Universitetdə  1300-dən  artıq  professor-müəllim,  o  cümlədən 
AMEA-nın  8  akademiki,  15  müxbir  üzvü,  250-yədək  elmlər 
doktoru,  professor,  800-ədək  elmlər  namizədi,  dosent  fəaliyyət 
göstərir. – 192–197,234. 
 
129.  Misir  Mərdanov,  M  i  s  i  r      C  u  m  a  y  ı  l    o  ğ  l  u 
(d.1946) – fizika-riyaziyyat elmləri doktoru, professor.  
Müxtəlif  illərdə  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi 
ali  təhsil  və  elm  idarəsinin  rəisi,  Təhsil  nazirinin  müavini, 
BDU-nun  tədris  işləri  üzrə  prorektoru,  rektoru  kimi  müxtəlif 
vəzifələrdə  çalışmışdır.  1998–2013-cü  illərdə  Azərbaycan  Res-
publikasının Təhsil naziri olmuşdur. Hal-hazırda AMEA-nın Riya-
ziyyat  İnstitutunun  direktorudur.    Azərbaycan  Respublikasının 
«Şöhrət» ordeni ilə təltif edilmişdir. – 192,198. 
 
130. Abel Məhərrəmov, A b e l   M ə m m ə d ə l i   o ğ l u 
(d.1950)  –  kimyaçı.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə