İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə95/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   92   93   94   95   96   97   98   99   100

 
343 
akademiki. 2010–2015-ci illərdə Azərbaycan Respublikası Milli 
Məclisinin  üzvü  olmuşdur.  1999-cu  ildən  Bakı  Dövlət 
Universitetinin 
rektorudur. 
Azərbaycan 
Respublikasının 
«Şöhrət» ordeni ilə təltif edilmişdir. – 192. 
131. Beynəlxalq  Maliyyə  Korporasiyası  –  özəl  investisiya 
layihələrinə  kömək  üçün  yaradılan  beynəlxalq  təşkilat.  Əsası 
1956-cı ildə qoyulmuşdur. – 195. 
 
132. Artur Rasizadə, A r t u r  T a h i r  o ğ l u (d.1935) – 
Azərbaycanın  dövlət  xadimi.  SSRİ  Dövlət  mükafatı  laureatı. 
1986–92-ci  illərdə  Azərbaycan  Respublikası  Baş  nazirinin  bi-
rinci  müavini  vəzifəsində  işləyib.  1996-cı  ildən  Azərbaycan 
Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının «İs-
tiqlal» ordeni ilə təltif edilmişdir. – 201. 
 
133. Ramiz Mehdiyev,  R a m i z  Ə n v ə r  o ğ l u (d.1938) – 
Azərbaycanın  görkəmli    siyasi  və  dövlət  xadimi,  fəlsəfə  elmləri 
doktoru,  professor.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
həqiqi  üzvü.  1978–80-ci  illərdə    Rayon  Partiya  Komitəsinin  1-ci 
katibi,  1980–81-ci  illərdə  Azərbaycan  KP  MK-da  elm  və  təhsil 
şöbəsinin  müdiri,  1981–83-cü  illərdə  Azərbaycan  KP  MK-da 
partiya-təşkilat    işi  şöbəsinin    müdiri,  1983–88-ci  illərdə  Azər-
baycan  KP  MK-da  katib,  1988–94-cü  illərdə  Azərbaycan    EA-nın  
İctimai-Siyasi  Tədqiqatlar  və  İnformasiya  İnstitutunda  şöbə 
müdiri,  1994-cü  ildə  Azərbaycan  Respublikası  Prezidentinin  İcra 
Aparatının  şöbə  müdiri,  1995-ci  ildən  Azərbaycan  Respublikası 
Prezidentinin Administrasiyasının rəhbəridir. 1995–2000-ci illərdə 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  olmuşdur. 
Müasir siyasi problemlərə, dövlət quruculuğuna aid bir çox kitab 
və  monoqrafiyaların  müəllifidir.  Azərbaycan  Respublikasının 
«İstiqlal»,  Rusiya  Federasiyasının  «Dostluq»    ordenləri  ilə  təltif 
edilmişdir.  Beynəlxalq  Nyu-York  Akademiyasının  və  Türk 


 344 
Dünyası  Araşdırmalar  Uluslararası  Elmlər  Akademiyasının  
üzvüdür.  – 201. 
 
134.  Hacıbala  Abutalıbov,   H a c ı b a l a   İ b r a h i m   o 
ğ l u (d.1944) – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Fizika-
riyaziyyat elmləri doktorudur. – 201,224. 
 
135.  ATƏT-in  Minsk  qrupu  –  1992-ci  il  martın  24-də  yara-
dılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlət-
lər  daxil  olmuşdur:  Azərbaycan,  Ermənistan,  Belarus,  Almaniya, 
İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsveç. 1994-
cü  ilin  dekabrından  Minsk  qrupuna  iki  sədr  –  Rusiya  və  İtaliya 
rəhbərlik edirdi. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ 
və  fransalı  həmsədrləri  var.  Qrupun  əsas  vəzifəsi  Ermənistan–
Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və 
Dağlıq  Qarabağ  probleminin  dinc  vasitələrlə  həll  edilməsinə 
bilavasitə kömək etməkdir. – 207, 233,235. 
 
136. Putin Vladimir  (d.1952)  – 2000–2008-ci illərdə Rusiya 
Federasiyasının  Prezidenti  olmuşdur.  1975–97-ci  illərdə  bir  sıra 
məsul  vəzifələrdə  çalışmışdır.  1998-ci  ildə  Rusiya  Federasiyası 
Prezidenti  Administrasiyasının  rəhbəri,  1998–99-cu  illərdə  FTX-
nın direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin baş-
çısı, 2008-ci ilin mayında Rusiya Federasiyasının Baş naziri təyin 
edilmişdir.  2012-ci  ilin  mart  ayında  yenidən  Rusiya  Federa-
siyasının Prezidenti seçilmişdir. – 209–213. 
 
137.  Mərkəzi Bank, M i l l i   B a n k – Azərbaycan Respub-
likasının  mərkəzi  bankıdır.  Onun  əsas  vəzifəsi  qiymətlərin 
sabitliyinin  təmin  edilməsi,  xarici  dönərli  valyutalara  nisbətən 
milli  valyutanın  kursunun  möhkəmləndirilməsi,  həmçinin  ölkə 
bank    sisteminin    sabitliyinin      qorunmasıdır.  AMB  valyuta 


 
345 
tənzimlənməsi və nəzarətini həyata keçirir, xarici dövlətlərlə he-
sablaşma qaydalarını müəyyən edir, xarici valyuta ehtiyatlarını 
idarə  edir.  AMB  həmçinin  Azərbaycan  Respublikasının 
tədiyyə-hesablama balansının tərtibinə rəhbərlik edir. – 210. 
 
138.  Hu  Szintao  (d.1942)  –  Çin  siyasətçisi  və  dövlət 
xadimi.  1992-ci  ildən  ÇKP  MK-da  yüksək  vəzifələrdə  ça-
lışmışdır.  2002-ci  ildə  ÇKP  MK-nın  Baş  katibi,  2003-cü  ildə 
ÇXR-nın  sədri,  2004-cü  ildə  isə  ÇXR  Hərbi  Şurasının  sədri 
olmuşdur.  2007-ci  ildən  Ümumçin  Xalq  Nümayəndələri 
Məclisinin sədridir. – 214. 
 
139. Ramazan bayramı – müsəlman aləmində  orucluq bi-
təndən  sonra  keçirilən  bayram.  Qurani-Kərim  oruc  tutmağı 
islamın vacib əməllərindən biri hesab etmiş və insanlarda yol 
verilmiş xataların oruc tutmaqla bağışlanmasını təsbit edir. Bu 
bayram bir də ona görə əzizdir ki, məhz Qurani-Kərim müqəd-
dəs ramazan ayında nazil olmuşdur. – 218–222. 
 
140. İslam Konfransı Təşkilatı (İKT) – 1969-cu ildə yara-
dılmışdır.  Müsəlman  ölkələrinin  çoxunu  birləşdirir.  Nizamna-
məsinə  görə  İslam  Konfransı  Təşkilatının  fəaliyyəti  müsəl-
manların  həmrəyliyinin  möhkəmlənməsinə,  üzv-dövlətlər  ara-
sında  əməkdaşlığa  yönəldilmişdir.  İqamətgahı  Ciddədədir 
(Səudiyyə  Ərəbistanı).  Azərbaycan  1991-ci  ildən  İKT-nın 
üzvüdür. Hazırda İslam Əməkdaşlıq Təşkilatıdır.  –219. 
 
141. İraq, İ r a q   R e s p u b l i k a s ı – Cənub-Qərbi Asiyada 
–  Dəclə  və  Fərat  çayları  hövzəsində  neft  ixrac  edən  ölkə.  Sahəsi 
435  min  km
2
,  əhalisi  36  milyon  nəfərdir.  İnzibati  ərazisi  18 
mühafazaya  və  102  qəzaya  bölünür.  Dövlət  başçısı  prezident, 
hökumət başçısı isə Baş nazirdir. Ölkə ABŞ və NATO ölkələri ilə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə