İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə93/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   89   90   91   92   93   94   95   96   ...   100

 336 
 
98. Mali, M a l i   R e s p u b l i k a s ı – Qərbi Afrikada 
dövlət.  Sahəsi  1240  min  km
2
,  əhalisi  16  milyon  nəfərdir. 
İnzibati  ərazisi  8  vilayətə  və  Bamako  rayonuna  bölünür. 
Dövlət  və  hökumət  başçısı  prezident,  qanunverici  orqanı 
birpalatalı Milli Məclisdir. Paytaxtı Bamakodur. – 118. 
 
99.  Ture  Amadu  (d.1948)  –  general.  1991–92  və  2012-ci 
illərdə Malinin prezidenti olmuşdur  . – 118. 
 
100.  Mehdi  Səfəri  (d.1959)  –  2001–2005-ci  illərdə  İranın 
Asiya  –Sakit  okean  regionu  və  MDB  üzrə    İran  Xarici  İşlər 
nazirinin müavini olmuşdur. – 119. 
 
101. Macarıstan,  M a c a r ı s t a n   R e s p u b l i k a s ı –  
Mərkəzi  Avropada  dövlət.  Sahəsi  93  min  km
2
,  əhalisi  9,8 
milyon  nəfərdir.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı 
birpalatalı  Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. –  120. 
 
102. Vatikan – Avropada Papa dövləti. Monte-Vatikano tə-
pəliyində,  İtaliyanın  paytaxtı  Roma  şəhərinin  qərb  hissə-
sindədir.  Roma  katolik  kilsəsinin  siyasi,  inzibati  və  ideoloji 
mərkəzidir.  Vatikan  teokratik  monarxiyadır.  Dövlət  başçısı 
Roma Papasıdır. –121. 
 
103.  Klaudio    Qucerotti    (d.1955)    –    katolik    kilsəsinin 
arxiyepiskopu,  diplomat.  2001–2011-ci  illərdə  Vatikanın 
Azərbaycanda  Fövqəladə  və  Səlahiyyətli  səfiri  olmuşdur.  –
121. 
 
104.  Tarçizio  Bertone  (d.1934)  –  İtaliya  kardinalı,  Mü-
qəddəs  taxt-tacın  Dövlət  katibi  (2006–2013),  Roma  katolik 


 
337 
kilsəsinin  kamerlenqi  (2007–2014).  2013-cü  ildə  Roma  Papası 
XVI  Benediktin  taxt-tacdan  əl  çəkməsi  ilə  əlaqədar  Tarçizio 
Bertone  2013-cü  ildə  kardinal-kamerlenq  olduğu  üçün  Vatikan 
dövlətinin  başçısı  və  Müqəddəs  taxt-tacın  qoruyucusu  elan 
edildi. – 121. 
 
105. XVI Benedikt (d.1927) – 2005–2013-cü  illərdə Roma 
Papası olmuşdur. –121. 
 
106.  Salyan    –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  1792  km
2
,  əhalisi  125  min 
nəfərdir. – 122,131. 
 
107. Cəlilabad rayonu (1967-ci ilədək Astraxanbazar rayonu) 
– Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil 
edilmişdir. Qərbdə İranla həmsərhəddir. Sahəsi 1441  km
2
,  əhalisi 
209,3 min nəfərdir. – 132–143. 
 
108. Zərifə xanım,  Z ə r i f ə   Ə z i z  q ı z ı (1923–1985) – 
görkəmli  Azərbaycan  oftalmoloqu.  Tibb  elmləri  doktoru, 
professor,  Azərbaycan  Milli  EA-nın  akademiki,  Rusiya  Tibb 
EA-nın  akademiki,  Azərbaycan  Respublikasının  Əməkdar  elm 
xadimi.  Görkəmli siyasi  və  dövlət  xadimi  Əziz  Əliyevin  qızı, 
ulu  öndər  Heydər  Əliyevin  həyat  yoldaşı,  prezident  İlham 
Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya 
elminin inkişafında  müstəsna  xidmətləri  var.  O,  vaxtilə  Azər-
baycanda  geniş  yayılmış  traxomanın,  dünya  təcrübəsində 
birincilər  sırasında  peşə,  xüsusilə  kimya  və  elektron  sənaye-
lərində  peşə  fəaliyyəti  ilə  bağlı  göz  xəstəliklərinin  öyrənil-
məsi,  profilaktikası  və  müalicəsinə,  habelə  oftalmologiyanın 
müasir  problemlərinə  dair  bir  çox  sanballı  tədqiqatların 
müəllifidir.  Həmçinin  yüksək  ixtisaslı  səhiyyə  kadrları  hazır-


 338 
lanmasına  böyük  əmək  sərf  etmişdir.  O,  Ümumittifaq  Oftal-
moloqlar  Cəmiyyəti  Rəyasət  Heyətinin,  Sovet  Sülhü  Müdafiə 
Komitəsinin,  Azərbaycan  Oftalmologiya  Cəmiyyəti  İdarə  He-
yətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalı redaksiya he-
yətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə SSRİ 
Tibb  EA-nın  M.İ.Averbax  adına  mükafatına  layiq  görül-
müşdür. – 141,247,248. 
 
109. Pakistan, P a k i s t a n   İ s l a m   R e s p u b l i k a s ı – 
Cənubi Asiyada dövlət. Sahəsi 804 min km
2
, əhalisi 199 milyon 
nəfərdir. Paytaxtı İslamabad şəhəridir. İnzibati cəhətdən 4 əya-
lətə  və  federal paytaxt  ərazisinə  bölünür.  Dövlət  başçısı  prezi-
dent, qanunverici orqanı ikipalatalı parlamentdir. – 144. 
 
110.  Asif Əli  Zərdari (d.1955)  –  2008–2013-cü  illərdə  Pa-
kistan Respublikasının Prezidenti olmuşdur. – 144. 
 
111.  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  –  qərargahı  Tehranda-
dır. 1992-ci  ildən  Azərbaycan  Respublikası bu  beynəlxalq  təş-
kilatın üzvüdür. – 145. 
 
112. Türkmənistan,  T ü r k m ə n i s t a n    R e s p u b l i -k 
a  s  ı  –  Orta  Asiyanın  cənub-qərbində  dövlət.  Sahəsi  491,2  min 
km
2
,  əhalisi  5,2  milyon  nəfərdir.  İnzibati  ərazisi  5  vilayətə 
bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı Məclisdir. 
Paytaxtı Aşqabaddır. –146–147. 
 
113. «Əsrin müqaviləsi» – 1994-cü il sentyabrın 20-də Bakı-
da  «Xəzər  dənizinin  Azərbaycan  sektorunda  «Azəri»,  «Çıraq» 
yataqlarının  dərinlikdə  yerləşən  hissəsinin  birgə  işlənilməsi  və  
hasil olunan neftin pay şəklində bölüşdürülməsi» haqqında dün-
yanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. –146. 


 
339 
 
114. Qurbanqulu Berdıməhəmmədov (d.1957)  – Türkmə-
nistan  dövlət  xadimi.  2007-ci  ildən  Türkmənistan  Respublika-
sının Prezidentidir. – 147. 
 
115. Abdullah Gül (d.1950) – Türkiyə dövlət və siyasi xa-
dimi,  iqtisad  elmləri  doktoru,  professor.  1991-ci  ildə  TBMM-in 
üzvü  seçilmişdir.  Abdullah  Gül  Rəcəb  Ərdoğanla  Ədalət  və 
İnkişaf  Partiyasının    yaradıcılarından  biridir.  2007–2014-cü 
illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti olmuşdur. Azərbaycan 
Respublikasının  «Heydər  Əliyev»  ordeni  ilə  təltif  edilmişdir.  –
148,152–157. 
 
116. Yunanıstan, Y u n a n ı s t a n   R e s p u b l i k a s ı – 
Cənubi Avropada dövlət. Sahəsi 132 min km
2
, əhalisi 10,8 milyon 
nəfərdir.  İnzibati  ərazisi  13  vilayətə  bölünür.  Dövlət  başçısı 
prezident,  qanunverici  orqanı  birpalatalı  parlamentdir.  Paytaxtı 
Afinadır. – 149. 
 
117. Birləşmiş Millətlər Təşkilatının  Baş Məclisi – BMT-nin 
əsas  orqanlarından  biri.  BMT  üzvü  olan  bütün  dövlətlərdən 
ibarətdir.  BMT  üzvlərinə  və  ya  BMT  Təhlükəsizlik  Şurasına 
hər cür məsələlərə və işlərə tövsiyələr vermək səlahiyyəti var. 
Baş  Məclisin  qərarları    tövsiyə  xarakteri  daşıyır,  yəni  hüquqi 
cəhətdən üzv-dövlətlər üçün məcburi deyil. Məclisin hər il növbəti 
sessiyası  olur.  Baş  Məclisin  nəzdində  onun  funksiyalarını  həyata 
keçirmək üçün 7 əsas  komitə var. – 154, 220,262. 
 
118. Fazil Məmmədov, F a z i l   Ə s ə d   o ğ l u (d.1964) – 
iqtisadçı.  2000-ci  ildən  Azərbaycan  Respublikasının  Vergilər 
naziridir. – 164. 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə