İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab


 Müstəqil  Dövlətlər Birliyi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə89/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

 
323 
44. Müstəqil  Dövlətlər Birliyi (MDB)  –  1991-ci il dekabrın 
8-də Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının imza-
ladıqları saziş əsasında SSRİ dağıldıqdan sonra yeni dövlətlər-
arası  birlik  kimi  yaradılmışdır.  Azərbaycan  1993-cü  ilin 
sentyabrında  MDB-yə  daxil  olmuşdur.  Tərkibinə  keçmiş 
SSRİ-nin 12 müttəfiq respublikası – Azərbaycan, Belarus, Er-
mənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbə-
kistan,  Rusiya,  Tacikistan,  Türkmənistan,  Ukrayna  daxildir. 
MDB-nin  1993-cü  ildə  qəbul  edilmiş  nizamnaməsində  aşağı-
dakı  birgə  fəaliyyət  sahələri  nəzərdə  tutulur:  insan  hüquq  və 
azadlıqlarının  təmin  edilməsi;  xarici  siyasi  fəaliyyətin  əlaqə-
ləndirilməsi;  ümumi  iqtisadi  məkanın  formalaşdırılmasında, 
nəqliyyat  sisteminin  və  rabitənin  inkişafında  əməkdaşlıq; 
əhalinin  sağlamlığının  və  ətraf  mühitin  mühafizəsi;  sosial  və 
mühacirət  məsələləri,  mütəşəkkil  cinayətkarlıqla  mübarizə; 
müdafiə siyasətində və  sərhədlərin qorunmasında əməkdaşlıq. 
MDB-nin  orqanları  aşağıdakılardır:  Dövlət  başçıları  Şurası; 
Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlər-
arası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parla-
mentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən 
orqanı  Minsk  şəhərində  yerləşən  Əlaqələndirmə  Məsləhət 
Komitəsidir. – 45,60,62,64,102,210. 
 
45.  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurası 
(BMTTŞ)  –  BMT-nin  daimi  fəaliyyət  göstərən  mühüm  orqanı. 
BMT-nin  Nizamnaməsinə  görə,  beynəlxalq  sülhün  və  təhlü-
kəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5  
daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 
2  il  müddətinə  seçilir.  Şuranın  hər  bir  üzvü  bir  səsə  malikdir. 
Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdik-
də qəbul olunmuş sayılır. – 47,76,154,262. 
 


 324 
46. İran, İ r a n   İ s l a m   R e s p u b l i k a s ı – Cənub-
Qərbi  Asiyada  dövlət.  Sahəsi  1,65  milyon  km
2
,  əhalisi  78,4 
milyon  nəfərdir.  Paytaxtı  Tehran  şəhəridir.  İnzibati  cəhətdən 
24 ostana bölünür.  Ali qanunverici orqanı 4 il müddətinə seçi-
lən  Xalq  Şurası  Məclisidir.  Hökuməti  Baş  nazir  təşkil,  prezi-
dent isə təsdiq edir. – 49,93,101,119,190. 
 
47. Mahmud Əhmədinejad (d.1956) – 2005–2013-cü illər-
də  İran  İslam  Respublikasının  prezidenti  olmuşdur.  –  49,119, 
190. 
 
48. Qırğızıstan, Q ı r ğ ı z ı s t a n   R e s p u b l i k a s ı –  
Orta  Asiyanın  şimal-şərqində  dövlət.  Sahəsi  200,0  min  km
2

əhalisi 6,0 milyon nəfərdir. İnzibati ərazisi 7 vilayətə, 40 rayona 
bölünür.  Dövlət  başçısı  prezident,    qanunverici  orqanı 
parlamentdir. Paytaxtı Bişkekdir. – 50. 
 
49.  Kurmanbek  Bakiyev  (d.1949)  –  Qırğızıstan  siyasi  və 
dövlət  xadimi,  «Qırğızıstan  xalq  hərəkatı»  blokunun  lideri, 
2005–2010-cu  illərdə  Qırğızıstan  Respublikasının  Prezidenti 
olmuşdur. Hazırda Belarusda siyasi mühacirdir. – 50. 
 
50.  Amerika  Birləşmiş  Ştatları  (ABŞ)  –  Şimali  Amerikada 
dövlət.  Şimaldan  Kanada,  cənubdan  Meksika,  şərqdən  Atlantik 
okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Sahəsi 9,5 milyon 
km
2
, əhalisi 325,6 milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştat 
və Kolumbiya federal paytaxt dairəsinə bölünür. Ali qanunvericilik 
orqanı ikipalatalı (Nümayəndələr Palatası və Senat) ABŞ Konqresi-
dir.  Dövlət  başçısı  prezidentdir.  Paytaxtı  Vaşinqton  şəhəridir.  – 
51,110–113,150,188,233,245,252. 
 


 
325 
51.  Şamaxı  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  1610  km
2
,  əhalisi  98,3  min 
nəfərdir.  
Şamaxı  Azərbaycanın  qədim  şəhərlərindəndir.  Şamaxı 
haqqında  antik dövr, ərəb, fars, türk, həmçinin rus və orta əsr 
Avropa  müəllifləri  məlumat  vermişlər.  Şamaxının  adı  ilk  dəfə 
yunan coğrafiyaşünası Ptolemeyin (II əsr) «Coğrafi təlimnamə» 
əsərində «Şamaxeya» və ya «Kemaxeya» kimi çəkilir. Şamaxı-
nın salındığı tarix dəqiq məlum deyil. – 54. 
 
52.  Almaniya,   A l m a n i y a    F e d e r a t i v   R e s - p 
u b l i k a s ı – Mərkəzi Avropada dövlət. Sahəsi 357 min km
2

əhalisi  81,9  milyon  nəfərdir.  AFR  tərkibində  16  ərazisi  olan 
federasiyadır.  Dövlət  başçısı  prezident,  hökumət  başçısı  isə 
federal  kanslerdir.  Ali  qanunverici  hakimiyyət  orqanı  parla-
mentdən  –  Bundestaq  və  Bundesratdan  ibarətdir.  Paytaxtı 
Berlin şəhəridir.  – 54,215,216,225,245. 
 
53.  Olimpiya  oyunları  –  Qədim  Yunanıstanda  Olimpiada  
e.ə.776-cı  ildən  Zevsin  şərəfinə  (ənənəyə  görə  4  ildən  bir) 
keçirilən  Ümumyunan  bayramı  və  yarışları.  Olimpiya  oyun-
larının  keçirildiyi  müddətdə  bütün  yunanlar  üçün  «Müqəddəs 
sülh»  məcburi idi. 
Müasir  dövrdə  ən  böyük  beynəlxalq  kompleks  idman 
yarışları.  P.de  Kubertenin təşəbbüsü ilə  1896-cı  ildən  keçirilir. 
Olimpiya  oyunları  proqramına  Beynəlxalq  Olimpiya  Ko-
mitəsinin təsdiq etdiyi idman növləri daxil edilə bilər. – 56,78–
83,127. 
 
54. Sumqayıt – Azərbaycanda şəhər. Bakıdan 35 km şimal-
qərbdə, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 83 km
2

əhalisi  329,3  min  nəfərdir.  Əvvəllər  kiçik  yaşayış  məntəqəsi 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə