İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə97/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   92   93   94   95   96   97   98   99   100

 350 
157.  Mətyu  Brayzə  (d.1964)  –  Amerika  diplomatı.  2001–
2005-ci  illərdə  ABŞ  Dövlət  katibinin  Avropa  və  Avrasiya 
məsələləri üzrə köməkçisi, sonra isə  Dağlıq Qarabağ, Abxaziya və 
Cənubi  Osetiya  konfliktlərinin  sülh  yolu  ilə  həll  olunması  işi  ilə 
məşğul olmuşdur. 2011–2012-ci illərdə ABŞ-ın Azərbaycan Res-
publikasında Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. – 233. 
 
158. Balakən – Azərbaycan Respublikasında inzibati rayon. 
1930-cu  ildə  təşkil  edilmişdir.  1963-cü  ildə  ləğv  edilərək 
Zaqatala  rayonuna  verilmiş,  1965-ci  ildə  yenidən  müstəqil 
rayon  olmuşdur.  Şimalda  Dağıstanla,  qərbdə  və  cənub-qərbdə 
Gürcüstan  ilə  həmsərhəddir.  Sahəsi  920  km
2
,  əhalisi  90,3  min 
nəfərdir. – 236–245. 
 
159.  Qax  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi 
Zaqatala  rayonuna  verilmiş,  1964-cü  ildə  yenidən  müstəqil 
rayon  olmuşdur.  Şimal-şərqdən  Dağıstanla,  cənub-qərbdən 
Gürcüstanla  həmsərhəddir.  Sahəsi  1494  km
2
,  əhalisi  54,8  min 
nəfərdir. – 236,266–273,274,300. 
 
160. Şəki  (1968-ci ilədək N u x a   r a y o n u) – Azərbaycan 
Respublikasında 
inzibati 
rayon. 
1930-cu 
ildə  təşkil 
edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz rayonuna 
verilmiş,  1965-ci  ildə  yenidən  müstəqil  rayon  olmuşdur. 
Sahəsi  2430  min  km
2
,  əhalisi  177,5    min  nəfərdir.  – 
236,238,274–282,300. 
 
161.  Oğuz  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
Şəki  rayonunun  ərazisi  1963–65-ci  illərdə  Oğuz  rayonunun 
tərkibində olmuşdur. Şimalda Dağıstanla həmsərhəddir. Sahəsi 
1220 km
2
, əhalisi 41,6 min nəfərdir. –236,283–290,300. 


 
351 
162. Qəbələ (1930–91-ci illərdə Q u t q a ş e n) – Azərbay-
can  Respublikasında  inzibati  rayon.  1930-cu  ildə  təşkil 
edilmişdir.  Sahəsi  1548  km
2
,  əhalisi  95  min  nəfərdir.  –  236, 
291–300. 
 
163. YUNİSEF, BMT-nin U ş a q  F o n d u – 1946-cı ildə 
təsis edilmişdir (1953-cü ildən indiki adı  ilə adlanır). BMT-nin 
müəssisəsi  olaraq  uşaqlar  üçün  proqramlar  üzrə  fəaliyyəti 
əlaqələndirir,  inkişaf  etməkdə  olan  ölkələrə  yardım  göstərir. 
Maliyyə təsisatlarının mənbələrini hökumətlərin könüllü üzvlük 
haqları,  ictimai  təşkilatların,  xüsusi  şəxslərin  və  başqalarının 
ianələri təşkil edir. Fondun rəhbər orqanında – İdarə heyətində 
41 dövlət təmsil olunur. Katibliyi Nyu-Yorkda, şöbələri Avropa 
üzrə  Cenevrədə,  regionlar  üzrə  bir  sıra  inkişaf  etməkdə  olan 
ölkələrdə yerləşir. Nobel sülh mükafatı laureatıdır. – 274. 
 
164.   Ü m u m d ü n y a      S ə  h i y  y ə    T ə ş k i l a t ı  
(ÜST)–BMT-yə məxsus beynəlxalq dövlətlərarası təşkilat. 1946-cı 
ildə  yaradılmışdır.  Cenevrədə  fəaliyyət  göstərir.  Nizamnaməsinə 
görə  vəzifəsi  ən  təhlükəli  xəstəliklərlə  mübarizə,  beynəlxalq 
sanitariya qaydalarının hazırlanması və s.-dir. – 274. 
 
165.  Beynəlxalq  Valyuta  Fondu  –  BMT-nin  hökumətlər-
arası  ixtisaslaşdırılmış  idarəsi,  beynəlxalq  valyuta  təşkilatı. 
1945-ci  ildə  yaradılmış,  1947-ci  ildən  fəaliyyətə  başlamışdır. 
İdarə  heyəti  Vaşinqtondadır.  Dünyanın  130-a  yaxın  ölkəsi 
fondun  üzvüdür.  Nizamnaməsinə  görə,  məqsədi  beynəlxalq 
valyuta  əməkdaşlığına  yardım  etmək,  ölkələr  arasında  valyuta-
hesablaşma  münasibətlərini  nizama  salmaq,  fonda  daxil  olan 
ölkələrin  ödəmə  balanslarını  tarazlaşdırmaq  və  valyuta 
məzənnəsini  tənzimləməkdən  ibarətdir.  1992-ci  ildə  Azərbay-


 352 
can  Respublikası  Beynəlxalq  Valyuta  Fonduna  qəbul  olun-
muşdur. – 278. 
 
166. Yaqub Mahmudov,  Y a q u b   M i k a y ı l   o ğ l u   
(d.1939)  – tarix elmləri doktoru, professor, Əməkdar elm xa-
dimi.  Dövlət  mükafatı  laureatı.  Yeni  Azərbaycan  Partiyası 
Siyasi Şurasının üzvü. Müxtəlif illərdə Azərbaycan Sovet En-
siklopediyasında,  Bakı  Dövlət  Universitetində,    Ali  Attestasi-
ya Komissiyasında və s. məsul vəzifələrdə  çalışmışdır. 2004-
cü  ildən  Azərbaycan  MEA  Tarix  İnstitutunun  direktorudur. 
Tədqiqatları  Azərbaycanın  orta  əsrlər tarixinə  (Ağqoyunlu  və 
Səfəvi  dövlətlərinə),  diplomatiya  tarixinə  və  ümumdünya 
tarixinə  aiddir.  2000-ci  ildən  Azərbaycan  Respublikası  Milli 
Məclisinin üzvüdür. Azərbaycan Respublikasının «Şöhrət» və 
«Şərəf» ordenləri ilə təltif edilmişdir. – 281. 
 
167.  Bakı  Slavyan  Universiteti  –  2000-ci  ildə  M.F.Axun-
dov  adına  Azərbaycan  Rus  Dili  və  Ədəbiyyatı  İnstitutunun 
bazası əsasında yaradılmışdır. İnstitutun 7 fakültəsi var. Burada 
rus,  bolqar,  polyak,  çex,  yunan,  ukrayna  dilləri,  roman-alman 
filologiyası öyrənilir. Universitetdə  40-dan çox  elmlər doktoru, 
200-ə  yaxın  fəlsəfə  doktoru  fəaliyyət  göstərir,  3  min  tələbə  
təhsil alır.  –  302. 
 
168. Ağstafa – Azərbaycan Respublikasında inzibati rayon. 
1939-cu  ildə  təşkil  edilmişdir.  1959-cu  ildə  ləğv  edilib,  ərazisi 
Qazax  rayonuna  verilmiş,  1990-cı  ildə  yenidən  bərpa  olun-
muşdur. Sahəsi 1503,7 km
2
, əhalisi 84,6 min nəfərdir. – 312. 
169.  Tovuz  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək sahəsi 
Qazax rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon 
olmuşdur. Sahəsi 1942 km
2
, əhalisi 160  min nəfərdir. – 312. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə