İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə92/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

 
333 
Agentliyi  (AzərTA),  1972-ci  ildən    Azərinform  adlanırdı. 
1992-ci  ildən  AzərTAc  kimi  fəaliyyət  göstərir.  AzərTac 
müasir  Azərbaycan  həqiqətlərini,  ölkədə  demokratik,  hüquqi, 
dünyəvi dövlət quruculuğunu, iqtisadiyyatın inkişafını, sosial-
mədəni  sahədə  qazanılmış  uğurları,  respublikanın  beynəlxalq 
aləmdə  nüfuzunun  yüksəlməsini  əks  etdirən  informasiya  və 
fotoinformasiyaları  yayır,  dünyada  cərəyan  edən  ən  mühüm 
hadisələr barədə operativ məlumat verir. – 101,104,105. 
 
86. Koreya, K o r e y a   R e s p u b l i k a s ı  – Şərqi  Asi-
yada dövlət. Sahəsi 100,2 min km
2
, əhalisi 51,4 milyon nəfər-
dir.  İnzibati  ərazisi 9 əyalətə və mərkəzə  tabeli 6  və 1 xüsusi 
statuslu  şəhərə  bölünür.  Dövlət  başçısı  prezident,  qanunverici 
orqanı birpalatalı Milli Məclisdir. Paytaxtı Seuldur. – 101,217. 
 
87.    Qusman Mixail Solomonoviç (d.1950) – jurnalist. İTAR-
TASS  informasiya  agentliyi  Baş  direktorunun  müavini.  Rusiya 
Federasiyası Dövlət mükafatı laureatı. – 104. 
 
88.  Dövlət  Neft  Fondu  –  1999-cu  ildə  yaradılmışdır.  Əsas 
fəaliyyəti  neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçiril-
məsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin 
toplanmasını,  səmərəli  idarə  etməsini,  gələcək  nəsillər  üçün 
saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.  – 
108. 
 
89. Birləşmiş  Millətlər  Təşkilatı (BMT) – müasir dünyanın 
ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. 
Əsas  vəzifəsi  beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qorumaq  və 
möhkəmlətmək, 
dövlətlər 
arasında 
əməkdaşlığı 
inkişaf 
etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-
Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imza-


 334 
landı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-
yə 198 dövlət daxildir. 
 BMT-nin  əsas  orqanları  Baş  Məclis,  Təhlükəsizlik  Şurası, 
İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə 
və Katiblikdir. 
Azərbaycan  Respublikası  1992-ci  ildən  BMT-nin  üzvüdür. 
Dövlətimizin  apardığı  uğurlu  xarici  siyasət  nəticəsində  Azər-
baycan  2011-ci  ilin  oktyabr  ayında  BMT-nin  Təhlükəsizlik 
Surasına 
qeyri-daimi 
 
üzv 
qəbul 
olunmuşdur. 
– 
108,157,220,278. 
 
90.  Çeyni  Riçard  (Dik)  (d.1941)  –  Amerikanın    siyasi  xa-
dimi.  1989–1992-ci  illərdə  ABŞ-ın  Müdafiə  naziri  olmuşdur. 
1993-cü  ildən  Amerikada  Sahibkarlıq  İnstitutunun  direktorudur. 
«Halliburton» korporasiyasının prezidenti, Amerika–Azərbaycan 
Ticarət  Palatasının  fəxri  üzvüdür.  2001–2009-cu  illərdə  ABŞ-ın 
vitse-prezidenti olmuşdur. – 110–113. 
 
91. Meksika, M e k s i k a  B i r l ə ş m i ş   Ş t a t l a r ı –
Şimali Amerikanın  cənubunda dövlət. Sahəsi 1973 min km
2

əhalisi  121  milyon  nəfərdir.  Meksika  federasiyadır,  inzibati 
ərazisi 31 ştata və federal mərkəzi əyalətə bölünür. Dövlət və 
hökumət başçısı prezident, qanunverici orqanı ikipalatalı Milli 
Konqresdir.  (Deputatlar  Palatası  və    Senat).  Paytaxtı 
Mexikodur. –114. 
 
92.  İnoxosa    Felipe  (d.1962)  –  Meksika  siyasi  xadimi. 
2006–2012-ci  illərdə  Meksikanın  prezidenti  olmuşdur.  Prezi-
dent  seçildikdən  sonra  narkotik  mafiyaya  qarşı  qətiyyətlə 
mübarizə aparmışdır. –114. 
 
93. Səudiyyə   Ərəbistanı,  S ə u d i y y ə  Ə r ə b i s t a n ı  
K r a l l ı ğ ı –  Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 2,15 milyon 


 
335 
km
2
,  əhalisi  31  milyon  nəfərdir.  Paytaxtı  ər-Riyaddır.  İnzibati 
cəhətdən 4 əyalətə bölünür. 
Səudiyyə  Ərəbistanı  mütləq  teokratik  monarxiyadır.  Dövlət 
başçısı kraldır. Ölkədə  bütün hakimiyyət krala məxsusdur. İcra 
orqanı Nazirlər Şurasıdır, Şuranı kral təyin edir və ona başçılıq 
edir. Hökumətin nəzdində Məşvərət Şurası var. Müsəlmanların 
iki 
müqəddəs  şəhəri  Məkkə  və  Mədinə  Səudiyyə 
Ərəbistanındadır. – 115,116. 
 
94.  Abdullah  ibn  Əbdüləziz,  A  l    S  ə  u  d  (1924–2015)  – 
2005–2015-ci illərdə Səudiyyə Ərəbistanı əmiri. 1962-ci ildən 
Səudiyyə  Ərəbistanı  Milli  Qvardiyasının  komandiri  olan 
birinci  əmir  Abdullah  ibn  Səudun  oğludur.  1982-ci  ildən  Baş 
nazirin  müavini,  1996-cı  ildən  2005-ci  ilə  qədər  Baş  nazir 
olmuşdur.  Azərbaycan  Respublikasının  «İstiqlal»  ordeni  ilə 
təltif edilmişdir. –115. 
 
95. Sultan bin Əbdüləziz Al Səud (1931–2011) – Səudiy-
yə  Ərəbistanı  şahzadəsi,  vəliəhd.  1962-ci  ildən  Səudiyyə 
Ərəbistanı  Krallığının  Hərbi  və  Aviasiya  naziri,  həmçinin 
1982-ci  ildən  2005-ci  ilə  qədər  Baş  nazirin  2-ci  müavini, 
2005-ci  ildən  birinci  Baş  vitse-nazir  və  krallığın  Baş  ins-
pektoru olmuşdur. – 116. 
 
96.  Malta,  M  a  l  t  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –Cənubi 
Avropada, Malta arxipelaqında dövlət. Sahəsi 316 km
2
, əhalisi 
430 min nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı 
Nümayəndələr Palatasıdır. Paytaxtı Valletta şəhəridir. – 117. 
 
97.  Edvard  Feneç  Adami  (d.1934)  –  Malta  siyasətçisi. 
1987–1996, 1998–2004-cü  illərdə Maltanın  Baş  naziri,  2004–
2009-cu illərdə Maltanın prezidenti olmuşdur. – 117. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə