İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə90/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   86   87   88   89   90   91   92   93   ...   100

 326 
olan Sumqayıt 1938-ci ildə Bakı neft sənayesini elektrik enerjisi 
ilə təmin edəcək İstilik Elektrik Stansiyasının tikintisi ilə şəhər 
tipli  qəsəbəyə  çevrildi  və  get-gedə  Bakıdan  sonra    ölkəmizin 
ikinci  sənaye  şəhəri  oldu.  Sənayesində    kimya  və  metallurgiya 
sahələri əsas yet tutur. –59–70. 
 
55. Pekin – Çinin paytaxtı (1949-cu ildən). Ölkənin siyasi, 
iqtisadi,  elm  və  mədəniyyət  mərkəzi.  Əhalisinin  sayına  görə 
ölkənin  ikinci  (Şanxaydan  sonra)  şəhəri,  Böyük  Çin  düzən-
liyində,  Yundinxe  çayı  hövzəsindədir.  Sahəsi  16,8  min  km
2

əhalisi 21, 7 milyon nəfərdir. 
Pekin haqqında ilk məlumat e.ə. ikinci minilliyə aid edilir. 
Pekin  Çinin  ən  iri  sənaye  mərkəzlərindəndir.  –  61,64, 
65,67,78–83,126,303–305.  
 
56.  Afina  –  Yunanıstanın  paytaxtı,  sahəsi  412  km
2
,  əhalisi 
3,1  milyon  nəfərdir.  Afina  Yunanıstanın  ən  qədim  şəhərlərin-
dəndir, salındığı tarix dəqiq məlum deyil. Qədim Yunanıstanda 
Afina  mühüm  iqtisadi,    siyasi  və  mədəni  mərkəz,  şəhər-dövlət 
idi.  E.ə.  146-cı  ildən  Romanın  tabeliyində,  IV  əsrdən  1204-cü 
ilədək Bizans imperiyasının tərkibində olmuşdur. 1204–1458-ci 
illərdə  Afina  hersoqluğunun  paytaxtı  idi.  1458-ci  ildə  Afinanı 
türklər  tutmuşdu.    1833-cü  ildən  Afina  Yunanıstanın 
paytaxtıdır. 
Afina  Yunanıstanın  siyasi,  iqtisadi  və  mədəni  mərkəzidir. 
Afinada  qədim  yunan  memarlığının  abidələri  qorunub  saxla-
nılır. – 63,65,126. 
 
57. Sidney – Avstraliyada şəhər. Yeni  Cənubi Uels ştatının 
inzibati mərkəzi. Əsası 1788-ci ildə  qoyulmuşdur. – 64,126. 
 


 
327 
58. Çernobıl hadisələri – 1986-cı ilin aprel ayında Çernobıl 
AES-nin 4-cü enerji blokunda avariya baş verdi. Bunun nəticə-
sində Ukrayna ərazisinin xeyli hissəsi, həmçinin Belorusiya və 
Rusiya  Federasiyasının  Bryansk  və  Kaluqa  əyalətləri  də  ra-
dioaktiv çirklənməyə məruz qaldı və nəticədə AES-in 30 km-lik 
radiusda  yaşayan  əhalisi  bu  zonadan  köçürüldü.  1986-cı  ilin 
noyabrında 4-cü blok ləğv edildi. – 74. 
 
59. Vasili Əliyev, V a s i l i   Ə h m ə d   o ğ l u (1959–1993) 
– Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. – 
74. 
 
60.  ATƏT-in  Parlament  Assambleyası  –  317  parlamen-
tarisi  olan  beynəlxalq  parlament  qrupu.  1990-cı  ildə  Parisdə 
yaradılmışdır.  Assambleya  ildə  bir  neçə  dəfə  Milli  parlament 
deputatlarını  toplayaraq  ATƏT-lə  bağlı  məsələləri  müzakirə 
edir.  Hər  il  Assambleya  səs  çoxluğu  ilə  sədr  seçir,  sədr  əsas 
yığıncaqlarda  iştirak  edir  və  yığıncaqlara  sədrlik  edir.  Mənzil-
qərargahı  Kopenhagendədir.  Assambleyanın  daimi  əməkdaşları 
14  nəfərdir. – 84. 
61.  Makedoniya,  M a k e d o n i y a   R e s p u b l i k a s ı – 
Cənubi Avropada dövlət. Sahəsi 25,3 min km
2
, əhalisi 2 milyon 
nəfərdir.  Dövlət  başçısı  prezident,  ali  qanunverici  orqanı 
birpalatalı Məclisdir. –  85. 
 
62. Branko Çrvenkovski (d.1962) – 2004–2009-cu illərdə 
Makedoniya Respublikasının Prezidenti olmuşdur. – 85. 
  
63.  Koreya  Xalq  Demokratik  Respublikası  –  Şərqi  Asi-
yada,  Koreya  yarımadasında  dövlət.  1948-ci  ildə  yaradıl-
mışdır.  Sahəsi  120,5  min  km
2
,  əhalisi  24,7  milyon  nəfərdir. 
İnzibati ərazisi 9 əyalətə bölünür. Dövlət başçısı prezident, ali 


 328 
qanunverici orqanı Ali Xalq Məclisidir. Paytaxtı Pxenyandır. – 
86. 
 
64.  Kim  Çen  İr  (1941  və  ya  1942–2012)  –  1994–2011-ci 
illərdə  Koreya  Xalq  Demokratik  Respublikasının  başçısı,  Koreya 
Əmək  Partiyasının  Baş  katibi,  Koreya  Xalq  Ordusunun  Baş 
komandanı,  KXDR-in  Dövlət  Müdafiə  Komitəsinin  sədri 
olmuşdur, «Dahi rəhbər» Kim İr Senin oğlu. – 86. 
 
65. Braziliya,  B r a z i l i y a F e d e r a t i v   R e s p u b l i- k 
a  s  ı  –  Cənubi  Amerikada  dövlət.  Sahəsi  8,5  milyon  km
2

əhalisi  205,8  milyon  nəfərdir.  Braziliya  federasiyası  26  ştata 
və  1  federal  dairəyə  bölünür.  Dövlətin  və  hökumətin  başçısı 
prezident,  qanunverici  orqanı  ikipalatalı  Milli  konqresdir. 
Paytaxtı Braziliyadır. – 87. 
 
66. Luis  İnasiu  Lula  Silva (d.1945) – 2003–2011-ci  illər-
də  Braziliya  Federativ  Respublikasının  Prezidenti  olmuşdur.  – 
87. 
 
67. Tacikistan, T a c i k i s t a n   R e s p u b l i k a s ı – 
Orta  Asiyanın  cənub-şərqində  dövlət.  Sahəsi  142  min  km
2

əhalisi  8,5  milyon  nəfərdir.  İnzibati  ərazisi  Bədaxşən  Muxtar 
Vilayətinə,  2  vilayətə  və  45  rayona  bölünür.  Dövlət  başçısı 
prezident,  qanunverici  orqanı  Məclisdir.  Paytaxtı  Düşənbə 
şəhəridir. – 88. 
 
68.  Emoməli  Rəhmon,  E  m  o  m  ə  l  i      Ş  ə  r  i  f      o  ğ  l  u 
(d.1952)  –  Tacikistanın  siyasi  və  dövlət   xadimi.   1992-ci 
ildə  Tacikistan  Ali  Sovetinin  sədri  olmuşdur.  1994-cü  ilin 
noyabrından Tacikistan Respublikasının Prezidentidir.  – 88. 
 


 
329 
69.  Naxçıvan – Azərbaycan Respublikasında şəhər. Naxçıvan 
Muxtar Respublikasının paytaxtı. Sahəsi  191,8  min   km
2
, əhalisi 
82,5  min  nəfərdən  çoxdur.  Naxçıvan  Azərbaycanın  ən  qədim 
şəhərlərindəndir. Müasir Naxçıvan qədim, antik  və orta əsr şəhər 
yerinin xarabalıqları üzərində yerləşmişdir. 
Naxçıvan    e.ə.  IX–VI  əsrlərdə  qədim  Manna  və  Midiyanın, 
eramızın əvvəllərində  Albaniyanın,  IV əsrdən   Sasanilərin tərki-
bində  olmuşdur.  654-cü  ildə  isə  Naxçıvanı  ərəblər  işğal  edirlər. 
Naxçıvan  Azərbaycan  Atabəylər  dövlətinin  (1136–1225) 
paytaxtlarından  biri    olmuşdur.  1828-ci  il  Türkmənçay  müqavi-
ləsinə qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz dairəsində olub. 
Məhz bu ildən Naxçıvan Rusiya imperiyasına birləşdirildi və qəza 
mərkəzinə  çevrildi.  Naxçıvan  şəhəri  1924-cü  il  fevralın  9-da 
Naxçıvan MSSR təşkil ediləndən muxtar respublikanın paytaxtıdır. 
– 89,90,253. 
 
70.  Lənkəran  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1539 km
2
, əhalisi 221 min 
nəfərdir. – 89,96,134. 
71.  Quba  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 2575 km
2
, əhalisi    161,4 
min nəfərdir. – 89. 
 
72. Gəncə – Azərbaycan Respublikasında şəhər. Sahəsi 298 
km
2
,  əhalisi  330  min  nəfərdir.  Gəncə  Azərbaycanın  qədim 
şəhərlərindəndir,  salındığı  tarix  dəqiq  məlum  deyil.  Bəzi 
müəlliflər  Gəncənin  Makedoniyalı  İsgəndərin  dövründə 
(e.ə.336–323) salındığını qeyd etmişlər. – 89,253. 
 
73.  Qazax  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 699 km
2
, əhalisi 93,7 min 
nəfərdir. – 89,312–315. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə