İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə87/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

 
317 
məsi  üçün  3300  km  uzunluğunda  magistral  qaz  kəmərinin 
reallaşmayan layihəsi.  – 29. 
 
33. Moldova, M o l d o v a   R e s p u b l i k a s ı – Cənub-
Şərqi Avropada dövlət. Sahəsi 33,7 min km
2
, əhalisi 3,5 milyon 
nəfərdir.  İnzibati  ərazisi  40  rayona  bölünür.  Dövlət  başçısı 
prezident,  qanunverici  orqanı  birpalatalı  parlamentdir.  Paytaxtı 
Kişinyov şəhəridir. – 30. 
 
34.  Ziya  Məmmədov,  Z  i  y  a      A  r  z  u  m  a  n      o  ğ  l  u  
(d.1952)  –  dəmiryolçu-mühəndis.  1996–2005-ci  illərdə  Azər-
baycan  Dövlət  Dəmiryol  İdarəsinin  rəisi,  2005-ci  ildən    Azər-
baycan Respublikasının Nəqliyyat naziridir. – 33,54, 163,306. 
 
35.  Xızı  rayonu  –  Azərbaycan    Respublikasında  inzibati 
ərazi.  1990-cı  ildə  təşkil  edilmişdir.  Sahəsi  1850  km
2
,  əhalisi 
14,3 min nəfərdir. – 35–48. 
 
36.  Heydər Əliyev,  H e y d ə r   Ə l i r z a  o ğ l u (1923–
2003)  –    Müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu, 
xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan 
Respublikasının Prezidenti (1993–2003), iki dəfə Sosialist Əməyi 
Qəhrəmanı. 
1964-cü ildə Azərbaycan  SSR Nazirlər Soveti  yanında  Dövlət 
Təhlükəsizlik  Komitəsi  sədrinin  müavini,  1967-ci  ildə  isə  sədri 
vəzifəsinə irəli çəkilmişdir. 
Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  iyul 
(1969)  plenumunda  Heydər  Əliyev  MK-nın  Büro  üzvü,  Azər-
baycan KP MK-nın Birinci katibi seçilmişdir.  
H.Əliyevin  respublikaya  rəhbərlik  etdiyi  ilk    illərdən  əhatəli 
iqtisadi  konsepsiya  hazırlanmış,  yeni  istehsal  sahələri  yaradılmış, 
Azərbaycanın  iqtisadi  potensialı  güclənmişdir.  H.Əliyevin 


 318 
respublikaya  bilavasitə  rəhbərlik  etdiyi  dövrdə  (1969–82-ci  illər) 
idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək 
və  ictimai-siyasi  fəallığın  artırılması,  kənd  təsərrüfatının 
inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məf-
kurəsinin,  milli  ruhun,  milli  özünüdərkin  yüksəlişi,  müstəqil 
dövlətçilik  ideyalarının  güclənməsi  və  reallaşması  üçün  dəyərli 
işlər görülmüşdür. 
H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mər-
kəzi Komitəsinin  üzvü, 1976-cı ilin martında Sov.İKP MK Siyasi 
Bürosu  üzvlüyünə  namizəd,  1982-ci  ilin  noyabrında  isə  Siyasi 
Büro  üzvü  seçilmiş  və  eyni  zamanda,  SSRİ  Nazirlər  Soveti 
sədrinin Birinci  müavini təyin edilmişdir. 
H.Əliyev  Moskvada  işlədiyi  dövrdə  də  həmişə  Azərbaycanı 
düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada 
tanıdılması üçün əlindən gələni etmişdir. 
H.Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda 
törətdiyi  qanlı  faciəni  qətiyyətlə  pisləmiş  və  Azərbaycanın 
Moskvadakı  nümayəndəliyində  kəskin  bəyanatla  çıxış 
etmişdir. 
H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış,  əvvəlcə 
Bakıda,  sonra  isə  Naxçıvanda  yaşamışdır.  O,  1991–93-cü  illərdə 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri,  Azərbaycan 
Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessi-
yalarında  fəal  iştirak  etmiş,  Azərbaycanda  mövcud  ictimai-siyasi  
vəziyyəti  həmişə  obyektiv  təhlil  etmiş,  mühüm  prinsipial  fikirlər 
söyləmiş,  Dağlıq  Qarabağ  münaqişəsinin  səbəblərini  aşkara 
çıxarmış  və  təqsirkarların  dəqiq  ünvanını  göstərmişdir.  1993-cü 
ilin  may–iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin, 
başıpozuqluğun  kulminasiya  nöqtəsinə  çatması  ilə  ölkədə 
vətəndaş  müharibəsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi 
yarandıqda  Azərbaycan  xalqı  H.Əliyevin  hakimiyyətə  gə-
tirilməsi  tələbi  ilə  ayağa  qalxdı  və  Azərbaycanın  o  zamankı 


 
319 
dövlət  rəhbərliyi  onu  rəsmən  Bakıya  dəvət  etməyə  məcbur 
oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri 
seçildi,  iyulun  24-də  Milli  Məclisin  qərarı  ilə  Azərbaycan 
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə 
başladı.  
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində 
H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əli-
yevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, 
sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəl-
xalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu 
prosesi  başlandı.  Dövlətimizin  xarici  siyasəti,  eləcə  də 
dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əla-
qələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. 
Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  ilk  mərhələ  kimi, 
cəbhə  xəttində  atəşkəs  elan  edilməsinə  nail  olundu.  H. 
Əliyevin  fəal  diplomatiyası  nəticəsində  ATƏT-in  Lissabon 
sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-
ü  (Ermənistandan  başqa)  Dağlıq  Qarabağ  probleminin 
həllində  Azərbaycanın  mənafeyinə  uyğun    prinsipləri  açıq 
şəkildə müdafiə etdi. 
1994-cü  ilin  sentyabrında  Bakıda  dünyanın  aparıcı  neft    şir-
kətləri  ilə  «Əsrin  müqaviləsi»  adı  almış  mühüm    müqavilələr  
bağlandı. 
 1999-cu  ilin  aprelində  GUÖAM  birliyinin  geniş  bir  məkanda 
yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur. 
H.Əliyevin  «İnsan  hüquq  və  azadlıqlarının  təmin  edilməsi 
haqqında»  fərmanı  Azərbaycanın  dünyaya  və  Avropaya 
inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. 
Məhz  bunun  nəticəsində  Azərbaycan  1996-cı  ilin  iyunundan 
Avropa  Şurasına    «Xüsusi  qonaq»  statusu  almış,  2001-ci  il  yan-
varın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə