İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə84/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   80   81   82   83   84   85   86   87   ...   100

 306 
olunur. Əlbəttə, bu müasir, gözəl işıq dirəkləri xaricdən gətirilir, 
amma bu da müvəqqətidir. Mən bilirəm ki, artıq Azərbaycanda 
gözəl dirəklərin istehsalı başlanılmışdır. Keçən dəfə biz Heydər 
Əliyev  prospektində  onları  gördük.  Beləliklə,  Azərbaycanda 
bütün  infrastruktur  layihələri  yerli  materiallar  əsasında,  yerli 
işçi  qüvvəsi  və  yerli  şirkətlər  tərəfindən  icra  olunur  və  oluna-
caqdır.  Bu  da  onu  göstərir  ki,  Azərbaycan  dövləti  hər  şeyə 
qadirdir.  Biz  bütün  böyük  layihələrin  icra  olunmasına  hazırıq. 
Bu, 
son 
illər 
ərzində 
Azərbaycanda 
tikilən 
yol 
infrastrukturunun, sadəcə olaraq, bir hissəsidir. Bütün magistral 
yollarda  iş  gedir.  Bakı–Gürcüstan,  Bakı–Rusiya,  Bakı–İran, 
Bakı–Şamaxı–Balakən–Gürcüstan  sərhədi  –  bütün  bu 
istiqamətlərdə  iş  gedir.  Mən  bölgələrdə  tez-tez  oluram  və  o 
yollarla  gedib-gəlirəm.  Görürəm  ki,  nəhəng  tikinti-quruculuq 
işləri  aparılır.  Bütün  bunlar  Azərbaycanın  infrastruktur 
imkanlarını  daha  da  genişləndirəcək,  biznesin  inkişafına  təkan 
verəcək və insanların rahatlığına imkanlar yaradacaqdır. 
Nəqliyyatla bağlı bütün tədbirlər kompleks şəklində görülür. 
Yeni  yollar,  körpülər  açılır,  yeni,  ən  gözəl  keyfiyyətli 
avtobuslar alınır ki, bizim vətəndaşlarımız yüksək xidmətə layiq 
olsunlar, ondan istifadə etsinlər. Mən bu körpünün tikintisində 
iştirak  etmiş  bütün  insanlara  öz  təşəkkürümü  bildirirəm.  Çox 
böyük peşəkarlıqla, keyfiyyətlə tikilibdir və sizə gələcək işlərdə 
yeni uğurlar arzulayıram.  
Sağ olun.  
 
 
 
                                 * * * 
Prezident  İlham  Əliyev  körpünü  gəzdi,  qovşağın  inşa 
olunacaq  digər  qolları  ilə  maraqlandı.  Körpünün  Əli  Vəliyev 
küçəsi  və  Qara  Qarayev  prospektinin  kəsişməsindəki  hissəsinə  
baxdı.  Bu  ərazi  də  xüsusi  zövqlə  abadlaşdırılıb  –  ətraf 
yaşıllaşdırılıb, dekorativ kollar və güllər əkilibdir. 
Dövlətimizin başçısı görülən işlərdən razı qaldı. Şəhərin ən 
gediş-gəlişli yerlərindən birində inşa olunan bu yol qovşağının 


 
307 
tam  istifadəyə  verilməsi  paytaxtda  nəqliyyatın  hərəkətinin 
tənzimlənməsində əhəmiyyətli rol oynayacaqdır. 
Prezident  İlham  Əliyev  daha  sonra  Heydər  Əliyev 
prospektində  Əzizbəyov  dairəsindən  Ramstore  dairəsinədək 
ərazidə  aparılan  yenidənqurma  işləri  ilə  tanış  oldu.  5  kilo-
metrlik  məsafədə  10  zolaqlı  yolun  eni  45–50  metrdir.  Dövlət 
başçısına  məlumat  verildi  ki,  Heydər  Əliyev  prospektində 
körpünün altından keçən hissədə sürücülərin görmə məsafəsini 
artırmaq  üçün  yolun  hündürlüyü  azaldılıb,  beləliklə,  hərəkətin 
təhlükəsizliyi təmin olunubdur. 
Prezident  İlham  Əliyev  Yusif  Səfərov  küçəsində  aparılan 
yenidənqurma  və  abadlıq  işləri,  «Excelsior»  mehmanxanası 
yaxınlığında tikilən müxtəlif səviyyəli yol qovşağının layihəsi ilə 
də  tanış  oldu.  Bu  yol  qovşağının  tıxacların  yaranmasının 
qarşısının  alınmasında  böyük  rolu  olacaqdır.  Yusif  Səfərov 
küçəsində 1500 metr uzunluğunda 6 zolaqlı yolun eni 20 metr, 
ayırıcı  zolağı  3  metr  olacaqdır.  Yol  boyunca  abadlıq  işləri 
aparılacaq,  səkilər  təzələnəcək,  işıqlandırma  sistemi  müasir-
ləşdiriləcəkdir. Bu ərazidə işlərin təxminən bir ay ərzində başa 
çatdırılması nəzərdə tutulur.  
 
 
 
 
 
 
 
 
 


 308 
 
 
 
DÜNYA GƏNCLƏRİNİN IV MƏŞĞULLUQ 
SAMMİTİNİN İŞTİRAKÇILARINA 
 
Hörmətli sammit iştirakçıları! 
Sizi  –  Dünya  Gənclərinin  IV  Məşğulluq  Sammitinin 
iştirakçılarını  Azərbaycanın  paytaxtı  Bakı  şəhərində  səmimi-
qəlbdən  salamlayır,  sammitinizin  işinə  uğurlar,  hər  birinizə 
cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. 
Cəmiyyətin  ən  fəal  təbəqəsi  sayılan  gənclərin  məşğulluğu 
qloballaşma  dövründə  dünyanın  bütün  ölkələrində  olduqca 
aktual problem kimi, müvafiq qurumların diqqət mərkəzindədir. 
Yüksək potensiala malik belə böyük qüvvənin işlə təminatının 
təhlili  informasiya  cəmiyyətinin  tələblərinə  uyğun  şəkildə 
aparılmalı  və  onun  yeni  texnologiyalara,  innovasiyalara 
yiyələnməsi  üçün  lazımi  şərait  yaradılmalı,  biliklərə  əsaslanan 
iqtisadiyyatın qurulmasında rolu artırılmalıdır. 
Dünyanın  müxtəlif  guşələrindən  gəlmiş  nümayəndələrin 
sammitinizdə  iştirakı  gənclərin  məşğulluğu  probleminə 
beynəlxalq miqyasda göstərilən marağın ifadəsidir. Ümidvaram 
ki, bu mötəbər tədbirdə təmsil olunan müxtəlif ölkələrin zəngin 
təcrübəsindən faydalanmaqla, siz məşğulluq məsələlərinin həlli 
istiqamətində  yeni  konseptual  yanaşmalar  axtarıb  tapacaq  və 
onların  tətbiqi  mexanizminə  dair  təkliflər  hazırlayacaqsınız. 
Gənclərin  məşğulluğunun  təmin  edilməsi  cəmiyyətin  bu  günü 
və  gələcəyi  ilə  bilavasitə  bağlı  olduğuna  görə,  Azərbaycan 
dövləti  bu  işə  son  dərəcə  həssaslıqla  və  qayğı  ilə  yanaşır.  Biz 
əhalinin  rifah  halının  daha  da  yaxşılaşdırılmasını  dövlətin 
apardığı  siyasətin  prioriteti  olaraq  müəyyən  etmişik.  İnkişaf 
yolunda  inamlı  addımlar  atan  respublikamızda  sosial-iqtisadi 
tərəqqinin 
böyük 
vüsət 
alması, 
iqtisadi 
potensialın 
gücləndirilməsi və yeni iş yerlərinin yaradılması gənclərimizin 
qarşısında  geniş  imkanlar  açır,  onları  təhsil,  bacarıq  və 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə