293
istəyən hər bir insan işlə təmin olunmalıdır. Bu məsələlər həll
olunduqda, demək olar ki, bizim əsas sosial problemlər həll
edilmiş olur və növbəti illərdə biz daha sürətlə inkişaf edəcəyik.
Bizim inkişafımız üçün bütün imkanlar, hər bir sahə üzrə
çox ciddi dövlət proqramları var. Digər tərəfdən də, xalqla
iqtidar arasında vəhdət var və bizim bütün təşəbbüslərimiz xalq
tərəfindən dəstəklənir. Azərbaycan təbii ehtiyatlarla çox zəngin
olan ölkədir və biz bu ehtiyatlardan səmərəli şəkildə istifadə
edirik. Bunu həm Azərbaycan əhalisi bilir, həm də dünyada
olan ən qabaqcıl beynəlxalq maliyyə qurumları, beynəlxalq
təşkilatlar Azərbaycanın bu istiqamətdəki fəaliyyətini böyük
təqdirlə qarşılayırlar.
Azərbaycanda çox istedadlı insanlar yaşayır. Azərbaycanın
çox gözəl coğrafi mövqeyi vardır və biz bundan uğurla istifadə
edirik. Bölgədəki bütün qonşularımızla yaxşı, qarşılıqlı hörmət
əsasında yaranmış münasibətlərimiz var. Azərbaycanın dünya
miqyasında önəmi də, hörməti də artır. Hamı bilir ki, bizim
sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bunu
Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də bilir.
Azərbaycan dünya miqyasında özünə layiq olan yerini tutub və
bu yeri möhkəmləndirir.
O ki qaldı bölgə məsələlərinə, bizim iştirakımız olmadan heç
bir təşəbbüs həll edilə bilməz, heç bir iqtisadi, yaxud da ki,
siyasi layihə icra oluna bilməz. Biz nəinki bölgədə icra olunan
bütün layihələrin iştirakçısıyıq, onların bir çoxunun
təşəbbüskarıyıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin
sayı artmaqdadır.
Beləliklə, çox güclü sosial siyasət, daxili vəziyyətin sabit
olması, güclü iqtisadiyyat, liberal islahatlar – istər siyasi, istərsə
də iqtisadi islahatlar – çevik xarici siyasət və bölgələrin inkişafı
hesabına biz ölkəmizi inkişaf etdiririk və növbəti illərdə bu
inkişaf davam edəcəkdir.
Qəbələ rayonunun timsalında biz son illər Azərbaycanda
əldə edilmiş müsbət nəticələri görürük. Burada həm quruculuq,
abadlıq işləri gedir, yeni müəssisələr tikilir, həm də şəhər
294
gözəlləşir. Qəbələnin gözəl təbiəti var və bundan çox səmərəli
istifadə olunur. Mən bu gün yeni yaradılmış mehmanxana-
turizm kompleksinə də baş çəkəcəyəm. Bilirəm ki, bunlar da
yüksək səviyyədə yaradılır. Xəbərim var ki, Bakıdan, ölkəmizin
digər bölgələrindən istirahət etmək üçün Qəbələyə gələn
insanların sayı artır. Əminəm ki, qarşıdakı illərdə xaricdən də
gələcəklər.
Bakı–Qəbələ
avtomobil
yolu
yeniləşib,
genişləndirilibdir. Zaqatala aeroportu artıq hazırdır. Digər
vasitələrdən də istifadə edilməklə, Qəbələ Azərbaycanın ən
gözəl turizm mərkəzlərindən birinə çevriləcəkdir.
Mən bütün qəbələlilərə hörmət və məhəbbətimi ifadə etmək
istəyirəm. Arzu edirəm ki, rayonda gedən proseslər bundan
sonra da belə templə davam etsin və burada insanlar yaxşı
yaşasınlar. Qəbələ rayonu Azərbaycanın bütün digər rayonları
ilə bərabər, inkişafa doğru getsin. Bu gözəl mərkəzin açılışı
münasibətilə bir daha sizi təbrik edirəm, sizə uğurlar
arzulayıram.
Sağ olun!
Qəbələ rayonu müəssisələrində istehsal olunan yeni
məhsulların sərgisi
Sentyabrın 20-də prezident İlham Əliyev Qəbələ ra-
yonundakı müəssisələrin istehsal etdiyi yeni məhsulların
sərgisinə baxmışdır.
Dövlətimizin başçısı əvvəlcə «Gilan Holdinq» şirkətlər
qrupuna daxil olan Qəbələ lift zavodunun məhsulunun
nümunələri ilə tanış oldu. Bildirildi ki, müxtəlif yükgötürmə və
sərnişinqaldırma qabiliyyətli liftlər müasir dizayna malikdir.
Zavodda hazırlanan liftlərə ölkəmizdə ehtiyac olduğundan onun
perspektivli müəssisə olduğu diqqətə çatdırıldı.
Prezident İlham Əliyev şirə və şərab məhsullarına da baxdı.
Qeyd edildi ki, Qəbələ rayonunda istehsal olunan bu məh-
sullara xarici bazarda da tələbat var.
295
Sərgidə ölkəmizdə ərzaq proqramı ilə əlaqədar kənd
təsərrüfatı sahəsində görülən işlər ekranda nümayiş etdirildi.
Süd emalı zavodu istifadəyə verildi
Sentyabrın 20-də Qəbələdə süd emalı zavodu istifadəyə
verilmişdir.
Bu münasibətlə Azərbaycan prezidenti İlham Əliyev
zavoda gəldi.
Dövlətimizin başçısı zavodu işə saldı və müəssisə ilə
yaxından tanış oldu. Bildirildi ki, 2007-ci ilin martında
tikintisinə başlanılmış müəssisəyə avadanlıqla birlikdə 3,5
milyon manat xərclənmişdir. Sutkada 10 ton süd emal etmək
gücündə olan müəssisədə pendir, kəsmik, yağ, ayran və s. süd
məhsulları istehsal edilir.
«Gilan Holdinq» şirkətlər qrupuna daxil olan zavodda
Türkiyə və Almaniyadan gətirilmiş avadanlıqlar quraşdırılmış,
35 nəfər işlə təmin olunmuşdur. Alınmış 14 süddaşıyan
maşından 3-ü bu müəssisəyə, qalanları isə digər rayonlarda
fəaliyyət göstərən süd emalı müəssisələrinə veriləcəkdir.
Prezident İlham Əliyev sexləri gəzdi, məhsulların qablaş-
dırılması prosesini izlədi.
Dövlətimizin başçısı ölkəmizin kənd təsərrüfatı sektorunda
nailiyyətlərin əldə olunduğunu bildirdi, yeni zavodun
məhsullarının xarici bazara da çıxarılmasını tövsiyə etdi.
Olimpiya İdman Kompleksinin tikintisi ilə tanışlıq
Sentyabrın 20-də prezident İlham Əliyev Qəbələ
Olimpiya İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış
olmuşdur.
Prezident İlham Əliyev kompleksin baş planı ilə tanış oldu.
Obyektin əsas iqtisadi göstəriciləri barədə məlumat verilərək
bildirildi ki, 4,3 hektar sahədə yerləşəcək kompleksdə böyük
idman salonu, üzgüçülük hovuzu, futbol, basketbol, voleybol
Dostları ilə paylaş: |